Previous Next
Bağla

Təhsil Nazirliyi universitetlərə məsafədən tədrislə bağlı təklif verib

18-03-2020 15:54
Təhsil Nazirliyi universitetlərə məsafədən tədrislə bağlı təklif verib

Təhsil Nazirliyi tədris prosesinin dayandırıldığı müddət ərzində təhsilalanlara təhsil proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsi və təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə ali təhsil müəssisələrinə “Microsoft Teams” platformasından istifadəni təklif edib.

Xeberler.az bildirir ki, “Microsoft Teams” platforması ali təhsil müəssisələri üçün aşağıdakı imkanları yaradır:

• Video bağlantı vasitəsilə məsafədən təhsil vermə;

• Müəllim-tələbə müzakirəsini təşkil etmək üçün interaktiv alətlərdən istifadə;

• Sillabus, mühazirə və digər dərs materiallarının ötürülməsi;

• Böyük həcmli materialların yerləşdirilməsi;

• Təqvim aləti vasitəsilə dərslərin və onlayn mühazirələrin planlaşdırılması;

• Qiymətləndirmənin aparılması alətlərində istifadə;

• Qrup işinin təşkili.

“Microsoft Teams” platformasında bütün ali təhsil müəssisələri üçün domenlər yaradılıb.

Məlumat üçün bildiririk ki, Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında əməkdaşlıq çərçivəsində ötən dövr ərzində ölkəmizin bir sıra ali təhsil müəssisələri (ADA Universiteti, Azərbaycan-Fransız Universiteti (UFAZ), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)  və s.) artıq bu platformaya qoşularaq təlim-tədris prosesinin məsafədən təşkilini təmin ediblər. Göstərilən platformadan istifadə təhsil müəssisələri üçün ödənişizdir.

Eyni zamanda bildiririk ki, ölkəmizdə eyni ixtisas üzrə bir neçə ali təhsil müəssisəsində kadr hazırlığının aparıldığını nəzərə alaraq elektron resursları məhdud olan ali təhsil müəssisələri elektron resursları olan digər ali təhsil müəssisələrinin imkanlarından istifadə edə bilərlər.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"mygov"a yeni təhsil xidmətləri inteqrasiya edilib

14-05-2026

BDU-da tədrisin məsafədən təşkili uğurla davam etdirilir

19-04-2020

Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb

30-09-2020

Ali təhsil müəssisələrinin səlahiyyətləri artırılacaqmı?

16-03-2020

İranın ali təhsil müəssisələrində dərslər onlayn keçiriləcək

07-03-2026

Tələbə köçürülməsi üzrə e-sənəd qəbulunun vaxtı uzadıldı

15-08-2017

Ali təhsil müəssisələri vahid platformada birləşəcək

21-08-2019

Tələbələrin elektron qaydada köçürülməsinə başlanır

15-01-2018

Tədris-İnnovasiya Mərkəzi ixtisasartırma kursları təşkil edib

14-07-2011

Microsoft lisenziyalarının verilməsi davam etdirilir

09-08-2019

AKM Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq sazişi imzalayıb

04-02-2025

Tələbələrin köçürülməsi ilə bağlı elektron sənəd qəbulu başladı

06-02-2017

UNEC Beynəlxalq Distant Ali Təhsil Forumu 2020-yə start verib

28-04-2020

Nazirlik İnformatikanın üstündən birdəfəlik xətt çəkmək niyyətindədir

28-04-2017

Tələbələrin elektron formada köçürülməsi davam edir

08-08-2017

Tələbələrin köçürülməsi elektron qaydada aparılacaq

10-08-2016

3 mindən çox tələbə köçürülmə üçün elektron müraciət edib

23-08-2017

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu bu tarixədək davam edəcək

26-07-2022

Azərbaycan “Microsoft” tərəfindən təşkil olunacaq konfransda təmsil olunacaq

03-07-2009

Rusiya Nəqliyyat Universiteti təhsil təqaüd proqramı elan edir

18-12-2024

Ali təhsil müəssisələrinə elektron ixtisas seçimi başa çatıb

20-08-2024

2014-cü il üçün “Elektron Təhsil” müsabiqəsi başlayır

13-05-2014

AzEduNet şirkəti “Virtual Məktəb” platformasının davamlı işləməsində dəstək göstərir

08-04-2021

Xaricdə təhsil alacaq gənclərin seçilməsi üçün meyarlar təsdiqlənib

03-06-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə