Previous Next
Bağla

“Azərpoçt” Kəlbəcərdə fəaliyyət göstərməyə başlayıb

09-09-2025 11:36
“Azərpoçt” Kəlbəcərdə fəaliyyət göstərməyə başlayıb

İşğaldan azad olunan ərazilərdə əhaliyə poçt xidmətlərinin göstərilməsi davam etdirilir. Belə ki, AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC Kəlbəcər şəhərində AZ3200 indeksli Kəlbəcər Poçt Şöbəsini vətəndaşların istifadəsinə verib.

Xeberler.az bildirir ki, yeni poçt məntəqəsində vətəndaşlara universal poçt (məktub, teleqram və bağlama göndərişləri), karqo xidmətləri və maliyyə yığımları təqdim olunur.

Poçt şöbəsinin iş rejimi bazar ertəsi – cümə günləri saat 09:00 – 17:00 aralığında (nahar fasiləsi: saat 13:00 – 14:00), şənbə günləri isə saat 09:00 – 14:00 aralığında müəyyən edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq poçt sahəsində işlər mərhələli şəkildə həyata keçirilməkdədir.

Bildirək ki, Qarabağ iqtisadi rayonuna daxil olan Hadrutda poçt şöbəsi 2020-ci, Xankəndi poçt filialı isə 2024-cü ildə istifadəyə verilib. Eyni zamanda Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cocuq Mərcanlıda 2020-ci ildə poçt şöbəsi yaradılıb, 2022-ci ildə Zəngilan rayonunun Ağalı kəndində, 2025-ci ildə isə Şuşa şəhərində poçt xidmətlərinin təşkili təmin olunub.

Poçt xidmətləri haqqında ətraflı məlumat əldə etmək istəyən vətəndaşlar www.azerpost.az veb-saytını ziyarət edə və ya “169” Çağrı mərkəzi ilə əlaqə yarada bilərlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azərpoçt” Şuşada fəaliyyət göstərməyə başlayıb

24-01-2025

Gəncə – Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək

27-02-2025

İşğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus reyslərinə maraq artıb

01-03-2025

Mingəçevir – Xocalı – Xankəndi – Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək

07-02-2025

Zəngilanda radio və televiziya yayımı təmin olunub

20-10-2021

Kəlbəcərdə radio və televiziya yayımı təmin olunub

04-10-2021

"Azərpoçt" ötən ilin yekunlarına dair brifinq keçirib

07-02-2025

Yeni Bakı – Laçın reysi fəaliyyətə başlayır

19-02-2026

Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi qrupunun iclası keçirilib

30-05-2025

"Qarabağ Universiteti" yaradılır

28-11-2023

Hadrutda Poçt Agentliyi fəaliyyətə başladı

01-02-2021

Xankəndidə olan yaşayış yerləri telekommunikasiya ilə təmin edilib

18-03-2025

AYNA tərəfindən Laçın şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək

10-10-2024

İşğaldan azad edilmiş ərazilərdə aparılan dövlət torpaq kadastr uçotu işləri açıqlanıb

18-10-2023

“Agent bankçılıq” Masallı və Tovuzda!

22-06-2022

İşğaldan azad edilmiş ərazilərdə yayımlanacaq xarici kanalın adı məlum olub

28-12-2020

Qubadlıda radio və televiziya yayımı təmin edilib

25-10-2021

Ağdərədə üç radio-televiziya yayım stansiyasının fəaliyyəti bərpa edilib

29-12-2025

Xocalı rayonu telekommunikasiya xidmətləri ilə təmin edilib

21-02-2025

Ağdam və Kəlbəcər telekommunikasiya xidmətləri ilə təmin edilib

21-01-2026

ASAN xidmət və ASAN Kommunal mərkəzləri işə daha erkən başlayacaq

14-08-2018

Şuşa, Ağdam və Füzuli istiqamətində iyul ayına olan biletlər satışa çıxarılacaq

26-06-2022

Bərdə-Xankəndi müntəzəm avtobus reysi fəaliyyətə başlayacaq

13-09-2024

Nazirlər Kabinetində boyukqayidish.gov.az portalının icmal təqdimatı keçirilib

14-07-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə