Previous Next
Bağla

“Azərpoçt” MMC Avropa Poçt İttifaqına üzv qəbul olunub

19-11-2020 14:26
“Azərpoçt” MMC Avropa Poçt İttifaqına üzv qəbul olunub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC Avropa Poçt İttifaqına üzv qəbul olunub.

Bu münasibətlə təşkil olunan onlayn iclasda qurumun Baş direktoru Emin Əfəndiyev çıxış edib.

Xeberler.az bildirir ki, baş direktor “Azərpoçt” MMC-nin dünyanın 80-ə yaxın ölkəsi ilə birbaşa beynəlxalq poçt mübadiləsi həyata keçirdiyini, fəaliyyət göstərdiyi müddətdə bir sıra uğurlar əldə etdiyini, o cümlədən EMS sahəsində ardıcıl 9 dəfə Qızıl səviyyəli sertifikata layiq görüldüyünü konfrans iştirakçılarının nəzərinə çatdırıb.

Emin Əfəndiyev vurğulayıb ki, “COVID-19” pandemiyası dövründə “Azərpoçt” MMC beynəlxalq sahədə öz fəaliyyətini Ümumdünya Poçt İttifaqının, ölkə daxilində isə ÜPİ, eləcə də Azərbaycan hökumətinin tələb və tövsiyələrinə uyğun layiqincə yerinə yetirir.

Ölkə daxilində poçt mübadiləsinin yüksək səviyyədə təşkil olunmasından danışan E.Əfəndiyev Ermənistanın Azərbaycana təcavüzündən də söhbət açıb. O qeyd edib ki, düşmənin 30 ilə yaxın müddətdə torpaqlarımızı işğal etməsi nəticəsində “Azərpoçt” ölkə ərazisində tam olaraq poçt mübadiləsini həyata keçirə bilmirdi. Artıq rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal
altında olan torpaqlarımızı azad edib. Həmin ərazilərdə yaxın zamanda yeni poçt məntəqələri fəaliyyətə başlayacaq.

Baş direktor ötən dövr ərzində Avropa Poçt İttifaqının üzvü olmamasına baxmayaraq, “Azərpoçt” MMC-nin bu qurumun bir çox toplantılarına dəvət alaraq onların işində müşahidəçi qismində aktiv iştirak etdiyini bildirib.

Sonda Avropa Poçt İttifaqının üzvü olan 53 ölkə arasında Azərbaycanın quruma üzv qəbul olunması üçün qapalı səsvermə keçirilib. Nəticədə “Azərpoçt” MMC Avropa Poçt İttifaqının üzvlüyünə qəbul edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azərpoçt” Qarabağda fəaliyyətə başlamağa hazırlaşır

19-11-2020

“Azərpoçt” MMC daha bir beynəlxalq səviyyəli sertifikata layiq görüldü

14-05-2020

“Azərpoçt”un rəhbəri dəyişdi

02-03-2021

Azərpoçt beynəlxalq sertifikata layiq görülüb

09-04-2019

“Azərpoçt” MMC-nin Baş direktoru Latviya poçtunun rəhbəri ilə görüş keçirib

19-08-2021

9 oktyabr - Ümumdünya Poçt Günüdür

09-10-2020

Polşa poçtunun nümayəndələri Azərpoçt MMC-də olublar

07-06-2018

“Azərpoçt” MMC-nin Baş direktoru PTT rəhbəri ilə onlayn görüş keçirib

14-04-2021

Azərbaycanın poçt xidmətlərinin keyfiyyətinə görə qızıl səviyyəli sertifikatı

27-04-2015

"Azərpoçt" MMC adından göndərilən saxta mesajların sayı artıb

25-01-2024

“Azərekspresspoçt” növbəti dəfə beynəlxalq səviyyəli sertifikata layiq görülüb

27-04-2020

“Azərpoçt” ABA-ya üzv olub

10-06-2023

Azərpoçt-a yeni baş direktor təyin edilib

10-04-2018

Azərbaycan poçtunun növbəti Qızıl səviyyəli sertifikatı

10-04-2015

“Azexport.az” portalı və “Azərpoçt” MMC əməkdaşlığı genişləndirir

05-04-2021

“Poçt liderləri forumu” çərçivəsində “Azərpoçt”da növbəti görüş olub

14-05-2025

Azərpoçt MMC bank nominasiyasının qalibi olub

18-10-2018

Türkiyənin ən sərfəli pul köçürmələri “Azərpoçt”da

21-04-2021

Azərbaycan İstanbulda keçirilən Poçt Tənzimləyicilərinin Avropa Komitəsinin iclasında iştirak edir

26-11-2010

“Azərmarka” MMC “Azərpoçt” MMC-yə birləşdirilir

23-07-2021

“Azərpoçt”un əməkdaşı regional qurumda vəzifəyə təyin olunub

02-07-2025

“Azərpoçt” “Bakı Taksi Xidməti” ilə əməkdaşlığa başlayıb

03-12-2024

Azərpoçt MMC-nin beynəlxalq ödəniş kartları Türkiyədə dəstəklənəcək

27-09-2018

48-ci beynəlxalq epistolyar inşa müsabiqəsinə start verildi

13-12-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə