Previous Next
Bağla

48-ci beynəlxalq epistolyar inşa müsabiqəsinə start verildi

13-12-2018 17:03
48-ci beynəlxalq epistolyar inşa müsabiqəsinə start verildi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC Təhsil Nazirliyi ilə birgə iki mövzu üzrə epistolyar inşa müsabiqəsinə start verir.
Sözügedən müsabiqə Ümumdünya Poçt İttifaqının (ÜPİ) tövsiyəsi əsasında ənənəvi olaraq hər il təşkil olunur.

Xeberler.az  bildirir ki, builki müsabiqəyə Ümumdünya Poçt İttifaqı tərəfindən “Öz qəhrəmanın haqqında məktub yaz” mövzusu (15 yaşa qədər olan məktəblilər), “Azərpoçt” MMC tərəfindən isə “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mövzusu təklif edilib.

“Azərpoçt” MMC-nin qeyd olunan mövzunu təklif etməsi  2019-cu ildə Ümummilli lider Heydər Əliyevin ilk dəfə Azərbaycana rəhbərlik etməsinin 50 illiyi ilə əlaqədardır.

Qeyd edək ki, Azərbaycan, rus və yaxud ingilis dillərindən birində yazılacaq inşaların həcmi 1000 sözdən artıq  olmamalıdır.

Müsabiqədə iştirak etmək istəyən hər bir şagirdin inşa yazısı iştirakçı vərəqi ilə birlikdə 01 aprel 2019-cu il tarixinə qədər rayon Poçt filialları üzrə yerli Poçt filiallarına, Bakı şəhəri üzrə isə “Azərpoçt” MMC-yə (ünvan: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 36, poçt indeksi: AZ1000) göndərilməlidir.

Hər mövzu üzrə 1-ci  yerin sahiblərinə  200 manat, 2-ci yerin sahiblərinə 150 manat, 3-cü yerin sahiblərinə 100 manat və həvəsləndirici  yerlər  üzrə qaliblərin hər birinə 80 manat məbləğində pul mükafatları, eyni zamanda Fəxri fərman və  hədiyyələr təqdim olunacaq.

Məlumat üçün bildirək ki, Ümumdünya Poçt İttifaqının təklif etdiyi mövzu üzrə qalib elan edilən şagirdin inşa yazısı Azərbaycan Respublikası adından Ümumdünya Poçt İttifaqının İsveçrənin Bern şəhərində yerləşən mərkəzi ofisinə göndərilir. Müsabiqənin şərtlərinə görə, toplanan inşalar YUNESKO-nun təşkil etdiyi münsiflər heyətinə təqdim olunur. Sonda 3 əsas qalib və 5 laureat müəyyən olunur.

Qaliblər qızıl, gümüş, bürünc medallarla, laureatlar isə xüsusi hədiyyələrlə mükafatlandırılır.

Qızıl medalın sahibi olan məktəbli ÜPİ-nin Beynəlxalq Bürosunun mükafatını almaq üçün  Bern şəhərinə dəvət olunur. Gümüş və bürünc medalların sahiblərinin adları ən yaxşı inşa yazısı ilə birlikdə “Poçt ittifaqı” jurnalında çap olunur.

Beynəlxalq Büro bu hadisənin mətbuatda hərtərəfli işıqlandırılmasını təmin etməklə, ictimaiyyətin diqqətini laureatların aid olduğu ölkələrə cəlb edir.  Mükafatlandırma mərasimi hər il 9 oktyabrda Ümumdünya Poçt Günü keçirilir.

Xatırladaq ki, “Azərpoçt” MMC 1993-cü ildən ÜPİ-nin üzvüdür.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

48-ci beynəlxalq epistolyar inşa müsabiqəsinin qalibləri məlum oldu

29-05-2019

Azərpoçt müsabiqə elan edib

16-02-2018

İnşa müsabiqəsinin qalibləri mükafatlandırılıb

21-05-2018

Nazir dünya üçüncüsü olan şagirdə medalını təqdim edib

17-12-2019

Növbəti epistolyar inşa müsabiqəsinə yekun vurulub

02-05-2015

ÜPİ məktəblilər arasında növbəti epistolyar inşa müsabiqəsini keçirir

17-09-2010

9 oktyabr - Ümumdünya Poçt Günüdür

09-10-2020

“Azərpoçt” MMC daha bir beynəlxalq səviyyəli sertifikata layiq görüldü

14-05-2020

“Azərekspresspoçt” növbəti dəfə beynəlxalq səviyyəli sertifikata layiq görülüb

27-04-2020

​Ümumdünya Poçt İttifaqı Azərbaycanın layihəsini təsdiqləyib

12-11-2015

Sabah Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd ediləcək

16-05-2015

Azərbaycan Ümumdünya Poçt İttifaqının müzakirəsində iştirak edir

25-09-2019

“Azərpoçt” MMC Avropa Poçt İttifaqına üzv qəbul olunub

19-11-2020

Danışan kitabxana layihəsi Çempion mükafatına layiq görülüb

10-04-2019

Azərbaycanın poçt xidmətlərinin keyfiyyətinə görə qızıl səviyyəli sertifikatı

27-04-2015

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə beynəlxalq mükafat təqdim olunub

07-04-2022

Made in Azerbaijan brendi altında layihələrimiz beynəlxalq müsabiqəyə təqdim edilib

25-01-2019

Azərbaycan poçtunun növbəti Qızıl səviyyəli sertifikatı

10-04-2015

Azərbaycan İnformasiya Cəmiyyəti üzrə Sammitdə təmsil olunur

09-04-2019

Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü ilə bağlı tədbir keçiriləcək

17-05-2019

Azərbaycan beynəlxalq quruma üzv seçildi

05-05-2015

Azərpoçt beynəlxalq sertifikata layiq görülüb

09-04-2019

“Azərpoçt” media ilə əməkdaşlığı inkişaf etdirir

09-10-2025

Azərpoçt-un “sms xəbərdarlıq” xidməti pulsuz olub

22-05-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə