Previous Next
Bağla

“Azərpoçt” MMC Ümumdünya Poçt İttifaqının yeni tətbiqinə qoşulub

19-11-2021 17:32
“Azərpoçt” MMC Ümumdünya Poçt İttifaqının yeni tətbiqinə qoşulub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC Ümumdünya Poçt İttifaqının yeni EAD (Electronic Advance Data – İlkin Elektron Məlumatlar) mobil tətbiqinə qoşulub.

Xeberler.az bildirir ki, sürətli poçt rabitəsi xidmətləri (EMS) vasitəsilə xarici ölkəyə poçt göndərişi həyata keçirmək istəyən göndərici bu xidmətdən istifadə etməklə bir sıra üstünlüklər qazanır. Müştəri poçt şöbəsinə getməzdən əvvəl göndərəcəyi məhsul barədə məlumatları EAD mobil tətbiqinə əlavə edərək xüsusi şifrə əldə edir. Daha sonra poçt şöbəsinə yaxınlaşaraq müvafiq şifrəni poçt əməliyyatçısına təqdim etməklə göndərişi qısa bir zamanda göndərir.

Mobil tətbiqdən istifadə edərək gömrük bəyannaməsinin öncədən doldurulması xidmətin daha operativ həyata keçirilməsinə şərait yaradır. Tətbiqdən yararlanmaq isə çox sadədir. Vətəndaşlar istifadə etdiyi sistemdən asılı olaraq tətbiqi “Play Market” və ya “AppStore” vasitəsilə yükləyir. Daha sonra göstərilən boş xanalara müvafiq məlumatları (ingilis hərfləri ilə) daxil edir.

Yeni tətbiqin daha bir üstünlüyü ondan ibarətdir ki, müştəri təyinat ölkəsində hansı malların qadağan olunduğunu görə bilir və göndərilən məhsulun HS (Harmonized System – Uyğunlaşdırılmış Sistem) gömrük kodunu əvvəlcədən müəyyənləşdirir. Bu da gömrük baxışı zamanı problemlərin yaranmamasına, sürətli gömrük rəsmiləşdirilməsi aparılması və göndərişin ünvançıya gecikdirilmədən çatdırılması ilə nəticələnir.

Qeyd edilən xidmət ilkin mərhələdə Mərkəzi Poçt Şöbəsi, Poçt Daşıma Mərkəzi və Gəncə şəhərində yerləşən EMS məntəqələrində həyata keçirilir.

Bu gün “Azərpoçt” MMC Azərbaycan Respublikasının yeganə milli poçt operatoru olaraq həm fərdi şəxslərə, həm də biznes qurumlarına 1500-ə yaxın poçt şöbəsi vasitəsilə həftə içi hər gün, eyni zamanda şənbə, bazar və bayram günləri də xidmət göstərir. “Azərpoçt” MMC-nin fəaliyyətinin əsas məqsədi əhaliyə və müştərilərə yüksək keyfiyyətli poçt və maliyyə xidmətlərinin göstərilməsidir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Azərpoçt” Ümumdünya Poçt Günü ilə bağlı güzəşt kampaniyası keçirir

“Azərpoçt” Ümumdünya Poçt Günü ilə bağlı güzəşt kampaniyası keçirir

04-10-2021
“Azərpoçt” MMC daha bir beynəlxalq səviyyəli sertifikata layiq görüldü

“Azərpoçt” MMC daha bir beynəlxalq səviyyəli sertifikata layiq görüldü

14-05-2020
Poçt göndərişini şəxsin yerinə dostu ala bilərmi?

Poçt göndərişini şəxsin yerinə dostu ala bilərmi?

10-01-2022
"Azərpoçt" MMC "Extra" layihəsinə start verib

"Azərpoçt" MMC "Extra" layihəsinə start verib

02-12-2021
“Azərpoçt” yeni mobil tətbiqini istifadəyə verib

“Azərpoçt” yeni mobil tətbiqini istifadəyə verib

22-02-2022
“Agent bankçılıq” layihəsi daha bir regionda tətbiq olundu

“Agent bankçılıq” layihəsi daha bir regionda tətbiq olundu

17-05-2022
“Azərpoçt” MMC-in 1494 poçt şöbəsi fəaliyyətini bərpa edib

“Azərpoçt” MMC-in 1494 poçt şöbəsi fəaliyyətini bərpa edib

13-04-2020
“Agent bankçılıq” Masallı və Tovuzda!

“Agent bankçılıq” Masallı və Tovuzda!

22-06-2022
“Azərpoçt” yeni xidmət portfoliosunu açıq elan edir

“Azərpoçt” yeni xidmət portfoliosunu açıq elan edir

26-01-2022
9 oktyabr - Ümumdünya Poçt Günüdür

9 oktyabr - Ümumdünya Poçt Günüdür

09-10-2020
“Azərpoçt” MMC “Azercell”in bürünc sertifikatlı rəsmi dileri statusu alıb

“Azərpoçt” MMC “Azercell”in bürünc sertifikatlı rəsmi dileri statusu alıb

27-01-2023
Şəbəkə xidmət mərkəzlərinin fəaliyyətə başlamasından 3 il ötür

Şəbəkə xidmət mərkəzlərinin fəaliyyətə başlamasından 3 il ötür

10-02-2020
“Azərpoçt” Rusiyadan Azərbaycana pul köçürmələri üçün alternativ kanal təqdim edib

“Azərpoçt” Rusiyadan Azərbaycana pul köçürmələri üçün alternativ kanal təqdim edib

22-08-2022
"Azərpoçt" yeni layihə həyata keçirir

"Azərpoçt" yeni layihə həyata keçirir

21-10-2021
Azərpoçt e-ticarətlə bağlı yenilik edəcək

Azərpoçt e-ticarətlə bağlı yenilik edəcək

05-12-2017
“Azexport.az” portalı və “Azərpoçt” MMC əməkdaşlığı genişləndirir

“Azexport.az” portalı və “Azərpoçt” MMC əməkdaşlığı genişləndirir

05-04-2021
Poçt şöbələrinin kompüterləşdirilməsi davam etdirilir

Poçt şöbələrinin kompüterləşdirilməsi davam etdirilir

04-05-2015
Paytaxtda yeni poçt şöbəsi istifadəyə verilib

Paytaxtda yeni poçt şöbəsi istifadəyə verilib

19-03-2019
"AzInTelecom"un Müştəri Xidmətləri  6 günlük iş rejiminə keçib

"AzInTelecom"un Müştəri Xidmətləri 6 günlük iş rejiminə keçib

16-11-2022
“Azərpoçt” agent bankçılıq layihəsində xidmət göstərəcək

“Azərpoçt” agent bankçılıq layihəsində xidmət göstərəcək

15-03-2022
“Azərpoçt” MMC Avropa Poçt İttifaqına üzv qəbul olunub

“Azərpoçt” MMC Avropa Poçt İttifaqına üzv qəbul olunub

19-11-2020
Azercell məhsulları artıq Azərpoçt məntəqələrində!

Azercell məhsulları artıq Azərpoçt məntəqələrində!

20-06-2022
“Azərpoçt” İspaniyadan sifarişlərin çatdırılmasını həyata keçirəcək

“Azərpoçt” İspaniyadan sifarişlərin çatdırılmasını həyata keçirəcək

07-02-2025
“Azərpoçt” yeni veb-saytını istifadəyə verib

“Azərpoçt” yeni veb-saytını istifadəyə verib

17-12-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə