AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC müştərilərinə daha rahat və təhlükəsiz rəqəmsal ödəniş imkanı yaratmaq məqsədilə “AzPostMobile” tətbiqində “AZQR” funksiyasını istifadəyə verib.
Xeberler.az bildirir ki, “AZQR” Azərbaycan Respublikası ərazisində QR kod vasitəsilə ödəniş əməliyyatlarının vahid standartlar əsasında həyata keçirilməsini təmin edən rəqəmsal ödəniş həllidir.
Yeni funksiya istifadəçilərə ticarət və xidmət obyektlərində, POS-terminal və kassa həllərində, eləcə də onlayn mağazalarda yaradılan QR kodları smartfon vasitəsilə skan edərək ödəniş aparmaq imkanı verir.
“AZQR” vasitəsilə ödəniş zamanı kart məlumatlarının tətbiqə və ya brauzerə daxil edilməsinə ehtiyac yaranmır. Ödəniş birbaşa istifadəçinin mobil tətbiqi üzərindən biometrik təsdiq və ya şifr vasitəsilə baş tutur. Beləliklə, istifadəçilər kart və ya pul kisəsi daşımadan ödənişlərini saniyələr ərzində həyata keçirə bilərlər.
Sözügedən funksiya ödəniş prosesinin sadələşdirilməsinə, kassalarda növbələrin azalmasına və əməliyyatların daha operativ həyata keçirilməsinə xidmət edir.
Qeyd edək ki, nağdsız ödənişlərin icrasını təmin edən “AZQR” funksiyası “Azərpoçt”a məxsus https://stamps.az/, www.smartpay.az və www.postcargo.az saytlarında da aktivdir.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları