AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC Bakıda keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda (ICCD 2026) iştirak edib.
“Süni intellekt dövründə güc və təsir: dəyişən kiberməkana regional baxış” mövzusuna həsr olunan konfrans beynəlxalq ekspertləri, diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirib.
Konfrans çərçivəsində keçirilən panel müzakirələrində “AzInTelecom”un Kibertəhlükəsizlik departamentinin direktoru Ruslan Dadayev çıxış edib. O, rəqəmsal suverenlik və böhran şəraitində dövlətlərin kibertəhlükəsizliyinin təmin edilməsi məsələlərinə toxunaraq rəqəmsal infrastrukturun dayanıqlığının və kibertəhlükəsizlik sistemlərinin effektiv idarə olunmasının əhəmiyyətini vurğulayıb.
Konfransda süni intellektin diplomatik münasibətlərə təsiri, texnologiya şirkətlərinin beynəlxalq proseslərdə artan rolu, informasiya müharibəsi və kiberməkanda regional əməkdaşlıq kimi aktual mövzular müzakirə olunub.
“AzInTelecom”un ICCD 2026-da iştirakı kibertəhlükəsizlik və rəqəmsal suverenlik sahəsində beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsinə və tərəfdaşlıq əlaqələrinin inkişafına yönəlib.
Qeyd edək ki, ölkənin texnoloji suverenliyinin gücləndirilməsi, təhlükəsiz və dayanıqlı rəqəmsal infrastrukturun inkişafı “AzInTelecom”un fəaliyyətinin əsas istiqamətlərindəndir. Şirkət məlumatların ölkə daxilində təhlükəsiz saxlanılması və emalı üçün zəruri infrastruktur yaratmaqla, müasir bulud, kibertəhlükəsizlik və rəqəmsal identifikasiya həlləri təqdim etməklə Azərbaycanın rəqəmsal ekosisteminin inkişafına töhfə verməyi hədəfləyir.




























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları