Previous Next
Bağla

“AzInTelecom” MMC-nin Əlçatanlıq zonaları 3 beynəlxalq standart üzrə sertifikasiya auditindən uğurla keçdi  

14-07-2022 14:40
“AzInTelecom” MMC-nin Əlçatanlıq zonaları 3 beynəlxalq standart üzrə sertifikasiya auditindən uğurla keçdi   

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-yə məxsus Əlçatanlıq zonalarının (Data mərkəzləri) üç beynəlxalq standart üzrə tənzimlənən idarəetmə sistemləri dünyanın aparıcı sertifikatlaşdıma qurumlarından olan “DNV – Business Assurance” təşkilatının audit yoxlamasından uğurla keçib.

Xeberler.az bildirir ki, əlçatanlıq mərkəzlərində İT xidməti idarəetmə sisteminin mükəmməlliyi “ISO/IEC 20000-1:2018” standartı üzrə resertifikasiya olunub. “ISO/IEC 20000-1:2018” sertifikatı İT xidməti idarəetmə sistemində yüksək keyfiyyəti və benefisiarların biznes maraqlarını rəhbər tutmaqla proseslərin inteqrasiyasını, məhsuldarlığın artırılmasını hədəfləyən struktur yanaşması və davamlı təkmilləşdirmə mədəniyyəti formalaşdırır. Bununla da
benefisiarlara Əlçatanlıq zonalarının növbəti sertifikasiya dövrü üçün proseslərin təhlükəsiz, düzgün idarə olunan, eləcə də təkmilləşən olmasına bir daha təminat verilmiş oldu.

Əlçatanlıq mərkəzləri üçün yenilənən növbəti sertifikat isə informasiya təhlükəsizliyini əhatə edən “ISO/IEC 27001:2013” sertifikatıdır. Bu, şirkətin informasiya təhlükəsizliyinin idarəetmə sisteminin işlənib hazırlanması üçün nəzərdə tutulan standartdır. İnformasiya sisteminin şəffaflaşdırılması, biznes proseslərinin təhlükəsizliyi ilə bağlı əsas təhdidlərin aşkar edilməsi, təhlükəsizlik və idarəetmə sistemində təhdidlərdən, çatışmazlıqlardan qorunmaq üçün tövsiyələrin işlənib hazırlanmasından ibarət olan “ISO/IEC 27001:2013” standartı şirkətin rəqabət qabiliyyətini və informasiya risklərini idarə etmək qabiliyyətini artırır. Bu standartın mövcudluğu informasiya təhlükəsizliyinin effektiv idarə olunmasının bariz sübutudur.

Bakı və Yevlax şəhərlərində yerləşən Əlçatanlıq zonaları üçün dövri auditdən uğurla keçmiş növbəti beynəlxalq “ISO 22301:2012” sertifikatı Biznesin Davamlılığı standartları üzrə oldu.

Qeyd edək ki, “AzInTelecom” MMC 2020-ci ildə Biznesin Davamlılığı İdarəetmə Sistemi standartı üzrə sertifikata (ISO 22301:2012) layiq görülən ilk Azərbaycan şirkəti olub.

Bu sənəd biznes proseslərinin davamlılığını təmin etmək, pozulmaların baş vermə ehtimalını azaltmaq, onlara hazırlaşmaq, reaksiya vermək və yaranan zaman onları bərpa etmək üçün idarəetmə sisteminin tətbiqi, saxlanması və təkmilləşdirilməsi kimi tələbləri müəyyən edir.

Məlumat üçün bildirək ki, “AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO/IEC 20000-1:2018”, “ISO 22301:2012” və “ISO/IEC 27001:2013” sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən 2 Əlçatanlıq Zonasına (Data Mərkəzinə) sahibdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azercell müştəri məlumatlarını beynəlxalq standartlara uyğun qoruduğunu bir daha təsdiq etdi

Azercell müştəri məlumatlarını beynəlxalq standartlara uyğun qoruduğunu bir daha təsdiq etdi

19-12-2022
AzInTelecom “Biznes Davamlılığının İdarəetməsi” sertifikatına layiq görülüb

AzInTelecom “Biznes Davamlılığının İdarəetməsi” sertifikatına layiq görülüb

16-07-2020
“AzInTelecom” Beynəlxalq İnformasiya Təhlükəsizliyi Standartının  etibarlılıq müddəti uzadıldı

“AzInTelecom” Beynəlxalq İnformasiya Təhlükəsizliyi Standartının etibarlılıq müddəti uzadıldı

17-07-2020
Yeni yaradılacaq Data Mərkəzi üçün TIER 3 sertifikatı alınıb

Yeni yaradılacaq Data Mərkəzi üçün TIER 3 sertifikatı alınıb

07-10-2019
Azercell İSO/IEC 27001 sertifikatını alan ilk mobil operator olub

Azercell İSO/IEC 27001 sertifikatını alan ilk mobil operator olub

29-12-2019
Azercell ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu

Azercell ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu

23-01-2026
AzInTelecom beynəlxalq keyfiyyət sertifikatı aldı

AzInTelecom beynəlxalq keyfiyyət sertifikatı aldı

21-11-2016
SOCAR-ın işçilərinə informasiya təhlükəsizliyi üzrə kurs keçirilib

SOCAR-ın işçilərinə informasiya təhlükəsizliyi üzrə kurs keçirilib

08-04-2015
Data Mərkəz “TİER III” infrastruktur sertifikatı aldı

Data Mərkəz “TİER III” infrastruktur sertifikatı aldı

01-08-2022
“AzInTelecom” maliyyə mütəxəssisləri üçün əlverişli “1C” xidmətini təklif edir

“AzInTelecom” maliyyə mütəxəssisləri üçün əlverişli “1C” xidmətini təklif edir

30-06-2021
Yevlax şəhərində “AzInTelecom” MMC-nin Əlçatanlıq Zonası istifadəyə verilib

Yevlax şəhərində “AzInTelecom” MMC-nin Əlçatanlıq Zonası istifadəyə verilib

03-06-2022
Təhsil Nazirliyi ilə “AzInTelecom” MMC arasında Yevlax Əlçatanlıq Zonasında görüş keçirildi

Təhsil Nazirliyi ilə “AzInTelecom” MMC arasında Yevlax Əlçatanlıq Zonasında görüş keçirildi

09-08-2022
“AzInTelecom” MMC və “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi arasında memorandum imzalanıb

“AzInTelecom” MMC və “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi arasında memorandum imzalanıb

03-08-2022
 Azərbaycanın Rabitə Nazirliyi informasiya təhlükəsizliyi standartlarını qəbul edib

Azərbaycanın Rabitə Nazirliyi informasiya təhlükəsizliyi standartlarını qəbul edib

26-10-2010
“AzInTelecom” təcrübə proqramını uğurla bitirmiş tələbələrə sertifikatlar  təqdim edib

“AzInTelecom” təcrübə proqramını uğurla bitirmiş tələbələrə sertifikatlar təqdim edib

28-09-2021
“Azərenerji” informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

“Azərenerji” informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

02-04-2024
“Azər Türk Bank” informasiya sistemlərini “Hökumət buludu”na köçürür

“Azər Türk Bank” informasiya sistemlərini “Hökumət buludu”na köçürür

17-10-2022
Daha bir qurum İT sistemlərini qismən “Hökumət buludu”na köçürüb

Daha bir qurum İT sistemlərini qismən “Hökumət buludu”na köçürüb

29-05-2024
İpoteka və Kredit Zəmanət Fondu məlumatların qorunmasını Yevlax Əlçatanlıq Zonasına etibar edib

İpoteka və Kredit Zəmanət Fondu məlumatların qorunmasını Yevlax Əlçatanlıq Zonasına etibar edib

08-07-2022
 Regional Data Mərkəzin işi yüksək qiymətləndirilib

Regional Data Mərkəzin işi yüksək qiymətləndirilib

17-07-2017
Yevlaxdakı Data Mərkəzi növbəti sertifikatını aldı

Yevlaxdakı Data Mərkəzi növbəti sertifikatını aldı

05-03-2021
MEDİA informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb

MEDİA informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb

29-02-2024
MİDA bütün informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

MİDA bütün informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

06-11-2023
“AzInTelecom” ADA Universiteti ilə təcrübə proqramını davam  etdirir

“AzInTelecom” ADA Universiteti ilə təcrübə proqramını davam etdirir

17-08-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə