Previous Next
Bağla

“AzInTelecom” MMC və “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi arasında memorandum imzalanıb

03-08-2022 15:41
“AzInTelecom” MMC və “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi arasında memorandum imzalanıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC ilə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu “AzInTelecom” MMC-nin sədri Elxan Əzizov və “Keyfiyyət Assosiasiyası” İB-nin sədri Samir Novruzlu imzalayıb.  

Xeberler.az bildirir ki, memorandumun məqsədləri tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsi, hər iki qurumun fəaliyyət istiqamətlərinə uyğun olaraq birgə layihələrin həyata keçirilməsi, o cümlədən “AzInTelecom”da keyfiyyət infrastrukturunun beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması, mövcud idarəetmə sisteminin və bütövlükdə fəaliyyətin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin artırılması və davamlı olaraq yaxşılaşdırılmasından ibarətdir. Eyni zamanda məqsədlərə şirkətin mütəxəssislərinin hazırlanması, onların bilik və bacarıqlarının artırılması üçün təlimlərin təşkili, birgə nəşrlərin hazırlanması, çapı, paylanması yolu ilə təbliğat işlərinin aparılması, tərəflər arasında mütəxəssis və ekspertlərin mübadiləsi, həmçinin müxtəlif format və təyinatlı tədbirlərin keçirilməsi daxildir.

Qeyd edək ki, “AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərinə cavab verən Bakı və Yevlaxda yerləşən 2 Əlçatanlıq Zonasına (Data Mərkəzi) sahibdir. Şirkətə məxsus AZCLOUD Data Mərkəzi dövlət və özəl sektora “Bulud infrastrukturu”, “Yerləşdirmə”, “AZCLOUD Drive”, “Arxivləşdirmə”, “Rezervlənmə”, “Microsoft” məhsulları, “Oracle” məhsulları və “Virtual İP Telefoniya” kimi genişmiqyaslı və çoxşaxəli bulud xidmətlərini təqdim edir.

“Keyfiyyət Assosiasiyası” İctimai Birliyi Azərbaycanda keyfiyyət, idarəetmə, standartlaşdırma, sertifikatlaşdırma, akkreditasiya və uyğunluğun qiymətləndirilməsi sahələrinin inkişafı istiqamətində fəaliyyət göstərir.

2007-ci ildə təsis olunan KAİB keyfiyyəti idarəetmə, qida təhlükəsizliyi, peşə sağlamlığı, təhlükəsizliyi və digər sahələr üzrə bir çox layihələrdə məsləhətçi kimi çıxış edib, həmçinin beynəlxalq standartları tətbiq etmək istəyən müəssisə və təşkilatlara dəstək verir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“AzInTelecom” ilə AZSTAND arasında əməkdaşlıq memorandumu imzalanıb

05-04-2023

“Bakı Fond Birjası”məlumatlarını hökumət buluduna etibar edib

29-09-2022

“Azər Türk Bank” informasiya sistemlərini “Hökumət buludu”na köçürür

17-10-2022

İpoteka və Kredit Zəmanət Fondu məlumatların qorunmasını Yevlax Əlçatanlıq Zonasına etibar edib

08-07-2022

“AzInTelecom” MMC fövqəladə hallarda məlumatların qorunması və fasiləsiz iş xidmətini təqdim edir

10-08-2022

Dövlət qurumlarının “Hökumət buludu”na keçidi sürətləndirilir

26-10-2022

Dövlət Reklam Agentliyi “Hökumət buludu”nda əldə etdiyi xidmətləri genişləndirir

07-09-2022

Data Mərkəz “TİER III” infrastruktur sertifikatı aldı

01-08-2022

Təhsil Nazirliyi ilə “AzInTelecom” MMC arasında Yevlax Əlçatanlıq Zonasında görüş keçirildi

09-08-2022

AzInTelecom beynəlxalq keyfiyyət sertifikatı aldı

21-11-2016

“AzInTelecom” maliyyə mütəxəssisləri üçün əlverişli “1C” xidmətini təklif edir

30-06-2021

“AzInTelecom” MMC-nin Əlçatanlıq zonaları 3 beynəlxalq standart üzrə sertifikasiya auditindən uğurla keçdi  

14-07-2022

“Azalternativenerji” MMC informasiya sistemlərini “Hökumət buludu”na köçürür

19-09-2022

AzInTelecom “Biznes Davamlılığının İdarəetməsi” sertifikatına layiq görülüb

16-07-2020

Yevlax şəhərində “AzInTelecom” MMC-nin Əlçatanlıq Zonası istifadəyə verilib

03-06-2022

Dövlət komitəsinə Yevlax Data Mərkəzində rezerv serverlər ayrılıb

23-11-2022

“AzInTelecom”un Data Mərkəzi “TIER III” sertifikatına layiq görülüb

05-03-2020

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC “AZCLOUD”un müştəriləri sırasına daxil oldu

24-12-2020

“AzInTelecom” MMC “Azcloud ScaleUp” startaplara dəstək proqramına start verir

10-06-2021

FHN İT resurslarını qismən “Hökumət buludu”na köçürüb

21-12-2023

“AzInTelecom” Beynəlxalq İnformasiya Təhlükəsizliyi Standartının etibarlılıq müddəti uzadıldı

17-07-2020

“Azərenerji” informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

02-04-2024

Milli Depozit Mərkəzi İT sistemlərini “Hökumət buludu”na köçürüb

05-11-2024

ANAMA informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

26-07-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə