Previous Next
Bağla

“Aztelekom” 2 beynəlxalq mükafata layiq görülüb

28-10-2025 11:24
“Aztelekom” 2 beynəlxalq mükafata layiq görülüb

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC telekommunikasiya və rəqəmsal inkişaf sahəsində həyata keçirdiyi uğurlu fəaliyyətə görə 2 nüfuzlu beynəlxalq mükafata layiq görülüb.

Xeberler.az məlumat verir ki, şirkət Parisdə keçirilmiş Beynəlxalq Konqres çərçivəsində Ümumdünya Genişzolaqlı Əlaqə Assosiasiyası (WBBA) tərəfindən “Broadband for Digital Inclusion Excellence” mükafatı ilə təltif edilib. Bu mükafat internet xidmətlərinə bərabər çıxış imkanlarının yaradılması, genişzolaqlı bağlantının regionlara yayılması və rəqəmsal bərabərliyin təmin olunması istiqamətində “Aztelekom”un həyata keçirdiyi layihələrin yüksək qiymətləndirilməsidir. GPON (Giqabit Tutumlu Passiv Optik Şəbəkə) texnologiyasının genişmiqyaslı tətbiqi, internet sürətinin yüksəldilməsi və xidmət keyfiyyətinin artırılması bu uğurun əsasını təşkil edir.

Eyni zamanda şirkət “HUAWEI Product Line” tərəfindən təqdim olunan “Best Practice of Net 5.5G Converged IP Network” mükafatına layiq görülüb. “IPv6 Forum” tərəfindən təsdiqlənmiş bu mükafat “Aztelekom”un 400GE interkonnekt texnologiyasının tətbiqi, şəbəkə avtomatlaşdırılması və əməliyyat səmərəliliyinin artırılması sahəsində qabaqcıl rolunu təsdiqləyir.

“Aztelekom”un bu uğurları ölkənin rəqəmsal transformasiyasına verdiyi töhfənin, qabaqcıl texnologiyaların tətbiqindəki lider mövqeyinin və beynəlxalq səviyyədə artan nüfuzunun bariz göstəricisidir. Şirkət bundan sonra da Azərbaycanın rəqəmsal gələcəyinin qurulması və genişzolaqlı internet xidmətlərinin daha əlçatan olması istiqamətində fəaliyyətini davam etdirəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Aztelekom” daha bir beynəlxalq mükafata layiq görülüb

04-03-2026

“Aztelekom” daha bir nüfuzlu beynəlxalq mükafata layiq görülüb

30-05-2025

“Aztelekom” beynəlxalq assosiasiyaya üzv olub

21-10-2025

“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb

08-05-2025

“Aztelekom” beynəlxalq mükafatla təltif edilib

17-03-2025

“Aztelekom” “SAMENA Liderlər Sammiti”ndə təcrübəsini paylaşacaq

22-05-2025

“Aztelekom”un dəstəyi ilə “GAMESUMMIT” keçiriləcək

26-05-2025

“Aztelekom” MMC-nin yenidən təşkili qeydə alınıb

15-05-2025

"Aztelekom" yenidən təşkil edilir

25-04-2025

“Aztelekom” 10G və 50G PON texnologiyalarının tətbiqinə başlayacaq

28-08-2025

“Aztelekom”un dəstəyi ilə “4-cü İllik SƏTƏMM Konfransı” keçirilib

29-04-2025

“Aztelekom”un dəstəyi ilə “4-cü İllik SƏTƏMM Konfransı” keçiriləcək

22-04-2025

“Aztelekom” rəqəmsal transformasiya təcrübəsini WUF13-də təqdim edib

25-05-2026

Azərbaycanda ev təsərrüfatlarının 55 faizi optik internetlə təmin olunacaq

16-08-2023

“Aztelekom” Azərbaycanın ən sürətli sabit şəbəkə internet provayderi seçilib

27-02-2025

"Aztelekom" MMC Xankəndi və Xocalıda genişzolaqlı internet şəbəkəsi qurur

02-10-2023

Azərbaycanda GPON tarifləri üzrə internetin sürəti artır

30-05-2024

Şuşa şəhəri optik telekommunikasiya xidmətləri ilə təmin edilib

08-11-2021

“Açıq kitabxana” genişzolaqlı internetlə təmin edilib

20-02-2025

Son iki ildə ölkədə genişzolaqlı internetin illik orta sürəti artıb

10-03-2025

“Ookla” “Onlayn Azərbaycan” haqqında analitik məqalə yayımlayıb

14-05-2025

“Aztelekom” İstehsalat Birliyi genişzolaqlı internet xidmətlərinin tariflərini növbəti dəfə endirib

03-06-2010

“Aztelekom” “Ən Sürətli Sabit Şəbəkə” mükafatına layiq görülüb

06-03-2025

“Aztelekom” MMC Quba rayonunda GPON texnologiyasının tətbiqinə başlayıb  

13-09-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə