Previous Next
Bağla

“Barbie”nin yaradıcıları “OpenAI” ilə əməkdaşlıq edəcək

14-06-2025 08:30
“Barbie”nin yaradıcıları “OpenAI” ilə əməkdaşlıq edəcək

“Barbie” gəlincikləri və bir çox məşhur uşaq oyuncaqları ilə tanınan “Mattel” şirkəti “ChatGPT” dil modelini yaratmış “OpenAI” ilə əməkdaşlığa başladığını elan edib.

Xeberler.az Mattel şirkətinin rəsmi məlumatına istinadən bildirir ki, tərəflər süni intellekt texnologiyalarını oyuncaqlarla birləşdirərək uşaqlar və ailələr üçün daha ağıllı və interaktiv əyləncə məhsulları yaratmağı planlaşdırırlar.

“Məhsullarımızın hər biri azarkeşlərimizi ilhamlandırmaq, tamaşaçıları əyləndirmək və oyun vasitəsilə həyatı zənginləşdirmək məqsədi daşıyır. Süni intellekt isə bu missiyanı daha da genişləndirməyə və brendlərimizin daha maraqlı və innovativ şəkildə təqdim olunmasına imkan verir”, - deyə “Mattel”in françayzinq üzrə direktoru Coş Silverman bildirib.

Hazırda şirkətlər birgə süni intellekt əsaslı bir neçə yeni məhsul üzərində işləyirlər. Bu oyuncaqlar “Mattel”in mövcud populyar brendləri əsasında hazırlanacaq. Bununla yanaşı, təhlükəsizlik, şəxsi məlumatların qorunması və yaşa uyğunluq məsələləri əsas prioritetlərdən biri olacaq. Lakin ilin sonuna qədər təqdim olunacağı gözlənilən bu yeni oyuncaqlar barədə hələlik ətraflı məlumat verilməyib.

Qeyd edək ki, bu yaxınlarda Yaponiyanın “Bandai Namco” şirkəti də “Tamagotchi” oyuncaqlarının tamamilə yenilənmiş versiyasını təqdim edib. Yeni nəsil “Tamagotchi”lər daha geniş funksiyalara malik olacaq, rəngli ekran və fırlanan disklə təchiz ediləcək. Virtual ev heyvanına qulluq konsepsiyası isə artıq bütöv bir ekosistem səviyyəsinə qaldırılır.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Qızlar İnternetdən Barbie ilə danışa biləcək

13-03-2015

“Amazon” ChatGPT-yə sərmayə yatıracaq

30-01-2026

“OpenAI” yeni bir alət yaradacaq

28-10-2025

“OpenAI” səsli süni intellekt modelini təqdim edəcək

06-01-2026

OpenAI bir neçə modeli birləşdirərək GPT-5-i təqdim edəcək

09-07-2025

OpenAI GPT-5 modelini istifadəyə verəcək

26-07-2025

ChatGPT-də onlayn ödəniş sistemi yaradılır

18-07-2025

"OpenAI" "Chat.com" domenini alıb

07-11-2024

"ChatGPT Images" təsvir yaratma modeli təqdim edilib

17-12-2025

Mask: Süni intellekt 2031-ci ilə qədər bəşəriyyətdən daha ağıllı ola bilər

23-01-2026

ChatGPT-də reklamların göstərilməsinə başlanılıb

19-01-2026

"Amazon" və "OpenAI" 38 milyard dollarlıq müqavilə imzalayıb

04-11-2025

OpenAI Cənubi Koreyada ofis açacaq

27-05-2025

“Chat GPT-5” süni intellekt texnologiyasının zirvəsi olmağa hazırlaşır

12-09-2024

“OpenAI” yeni ChatGPT5 modelini təqdim edib

08-08-2025

"OpenAI"nin illik gəliri 10 milyard dollara çatıb

10-06-2025

“OpenAI” "Chrome"u almaq niyyətindədir

23-04-2025

“OpenAI” “Statsig” startapını satın alır

04-09-2025

Tamagotchi Apple Watch ilə geri döndü!

03-05-2015

“Alibaba” süni intellektin inkişafına 52 milyard dollar sərmayə yatıracaq

24-02-2025

Azərbaycan "OpenAI" ilə birgə əməkdaşlığı müzakirə edib

13-12-2025

Britaniya süni intellekti dövlət xidmətlərində tətbiq edəcək

22-07-2025

OpenAI yeni süni intellekt modelini təqdim edib

26-03-2025

“OpenAI” NATO ilə yeni müqavilə imzalayacaq

04-03-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə