Qızlar İnternetdən Barbie ilə danışa biləcək

13-03-2015 / 12:09

İstehsalçı Mattel şirkəti, Amerikanın ToyTalk firmasıyla əməkdaşlığa girərək uşaqlarla dialoq quran  "Hello Barbie"-ni  təqdim edib. Yeni Barbie-yə ToyTalk tərəfindən  səs tanıma sistemi kimi xüsusiyyətlər əlavə edilib.

Mattel spikeri bildirib ki, dünyanın hər yerindən qızlar Barbie ilə danışmaq istədiklərini söyləyirlər və indi ilk dəfə Barbie ilə qarşılıqlı danışmaq imkanları olacaq.

"Hello Barbie"  oyunlar oynamaq, hekayələr izah etmək və zarafat etmək kimi funksiyaları yerinə yetirir. Qarşısındakı uşağın izah etdiklərini da dinləyəcək olan Barbie, eşitdiklərini görə hərəkət edə biləcək. Məsələn bir uşaq rəqs etməkdən xoşu gəldiyini söyləsə, Barbie  danışıqlarda rəqs mövzusunu da gündəmə gətirə biləcək.

"Hello Barbie"  ilə oynamaq üçün internet xətti lazımdır və oyuncaq tamamilə dolduqda bir saat müddətlə oynamaq mümkün olur.

Barbie-nin boyunbağısına bir mikrofon, səsucaldan və iki ədəd üç rəngli LED yerləşdirilib."Hello Barbie" nin nə vaxt bazara çıxacağı açıqlanmadı, lakın təxminən 75 dollara satılması gözlənilir.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə