Previous Next
Bağla

“Bulud əsaslı imza” layihəsinə start verilib

12-05-2020 17:34
“Bulud əsaslı imza” layihəsinə start verilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və “Premium Bank” arasında “Bulud əsaslı imza” layihəsi istiqamətində əməkdaşlığa start verildi.

Xeberler.az bildirir ki, bu gündən etibarən “Premium Bank”, müştərilərini “Bulud əsaslı imza” sertifikatları ilə təmin edəcək.

“Bulud əsaslı imza” bank əməliyyatlarını daha rahat şəkildə aparmaq, sənədlərin imzalanması prosesini elektron formada, təhlükəsiz və sürətli həyata keçirmək imkanı yaradır. “Bulud əsaslı imza” idarəçilik sistemi həm hüquqi öhdəliklərin təsdiqlənməsi, həm də təhlükəsizlik amili üzrə etibarlı mühitin yaradılmasını özündə əks etdirir.

Sözügedən imza sertifikatını əldə etmək üçün vətəndaş “Premium Bank”a müraciət edərək şəxsi məlumatlarını təqdim edir. Bu məlumatlara müştərinin şəxsiyyət vəsiqəsi məlumatları, istifadə etdiyi telefon nömrəsi (adına olması şərt deyil), elektron poçt ünvanı daxildir. Bank operatoru şəxsi məlumatları sistemə daxil edir və 2 dəqiqə ərzində sertifikat hazırlanır. Sertifikatın hazır olması haqqında təsdiqləyici SMS və FİN kod müştərinin mobil nömrəsinə göndərilir.

Adıçəkilən sertifikat vasitəsilə sənədlər həm müştəri, həm də bank əməkdaşı tərəfindən qarşılıqlı imzalanır.

Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən, onlayn müstəvidə olan bu imzalama prosesi kağız üzərində imzalanmaya bərabər tutulur. İmzalanan sənədlərin təhlükəsizliyi tam qorunur.

Vətəndaş elektron xidməti seçdikdən sonra imzalama prosesi üçün birdəfəlik kod mobil nömrəsinə daxil olur. Sonra imzalanacaq sənədlər seçilir, açılan pəncərədə FİN kod və birdəfəlik kod daxil edilib OK düyməsi sıxılır. Bir neçə saniyə ərzində imzalanmış fayl (.edoc format) əldə olunur.

“Bulud əsaslı imza”nın etibarlılıq müddəti 3 il təşkil edir. Qeyd edək ki, “Premium Bank”la birgə əməkdaşlıq nəticəsində reallaşan bu layihə vətəndaş məmnunluğunun artırılmasına xidmət edir. Bununla da vətəndaşlar məsafədən maliyyə hesabatlarını əldə edə, hesablarındakı qalıqlar barədə informasiya ala, bankla müqavilə bağlaya, kredit üçün müraciət edə və digər xidmətlərdən yararlana bilərlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

E-imzanın mobil versiyası təqdim olundu

07-05-2018

Asan İmza xidməti artıq Bank BTB ASC–də

28-09-2018

“SİMA İmza” və “Yelo Bank”dan yenilik

25-04-2025

“PAŞA Bank” onlayn bank platformasını daha da əlçatan edib

06-12-2023

“Asan İmza” ilə Unibank-ın xidmətləri telefonunuzda

25-04-2016

SİMA ilə “Etik İmza”da bütün sənədləri dərhal imzalamaq mümkün oldu

22-08-2022

"SİMA" "E-taxes" portalına inteqrasiya edilə bilər

25-02-2022

SİMA ilə həyat sığortası məhsullarını əldə etmək imkanı yaradıldı

15-08-2022

SİMA-nın ilk tərəfdaşı “PAŞA Bank” oldu

11-04-2022

ərlər Siyasət İqtisadiyyat Cə SİMA ilə yeni bank hesablarının açılması sadələşdi

15-08-2023

SİMA üzrə yeni tərəfdaş “Yelo Bank” oldu

18-05-2022

“SİMA İmza”da FİN kod və seriya nömrəsi ilə qeydiyyat mümkün oldu

14-02-2024

SİMA İmza mobil tətbiqinin istifadəçi sayı 500 mini keçib

23-11-2023

SİMA-nın ilk BOKT tərəfdaşı “AzKredit” oldu

02-08-2022

Daha bir bank elektron arayış sisteminə qoşuldu

18-06-2015

E-imzanın onlayn sifarişi sadələşdirildi

31-10-2017

SİMA ilə “E-gov” sisteminə giriş daha əlçatan oldu

18-07-2022

“PAŞA Həyat” SİMA ilə əməkdaşlığa başladı

29-08-2022

“SİMA İmza” “Dostbank” mobil tətbiqinə inteqrasiya edilib

10-04-2025

Sığorta şirkətləri elektron imzanın tətbiqinə başlayıb

06-10-2016

SİMA-nın 60-dan çox qurumla inteqrasiya prosesi aparılır

06-10-2022

TBC Kredit arayışların elektron formada qəbuluna başlayıb

07-01-2016

“SİMA İmza” ilə banka getmədən kredit əldə etmək mümkündür

28-11-2023

SİMA ilə sığorta məhsullarını əldə etmək imkanı yaradıldı  

24-05-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə