Previous Next
Bağla

“Disney” “YouTube”da uşaqlarla bağlı məlumatların toplanmasına görə 10 milyon dollar ödəyəcək

04-09-2025 18:38
“Disney” “YouTube”da uşaqlarla bağlı məlumatların toplanmasına görə 10 milyon dollar ödəyəcək

“The Walt Disney Company” ABŞ Federal Ticarət Komissiyasının (FTC) “YouTube”da uşaqlar haqqında şəxsi məlumatların qanunsuz toplanmasına dair irəli sürdüyü ittihamları həll etmək üçün 10 milyon dollar ödəyəcək.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, FTC-nin açıqlamasına görə, şirkət uşaqlar üçün nəzərdə tutulmuş videomateriallara baxan azyaşlıların məlumatlarının valideynlərindən xəbərsiz və ya onların razılığı olmadan toplanmasına icazə verib.

Şikayətdə bildirilib ki, Disney internetdə uşaqların məxfiliyinin qorunması haqqında qaydaları pozaraq bəzi “YouTube” videolarında onların azyaşlılar üçün nəzərdə tutulduğunu göstərməyib. Agentlik iddia edib ki, şirkət 13 yaşınadək uşaqların məlumatlarını toplayaraq onları hədəfli reklam üçün istifadə edə bilib.

2019-cu ildə FTC ilə razılaşmadan sonra “YouTube” kontent yaradıcılarından yüklədikləri videoların uşaqlar üçün nəzərdə tutulmuş və ya tutulmayan olduğunu qeyd etməyi tələb etməyə başlayıb. Bu addım uşaqlar üçün hazırlanmış videolarda şəxsi məlumatların toplanmamasını və onlara fərdiləşdirilmiş reklamların göstərilməməsini təmin edir. Həmçinin həmin videolara şərh yazmaq da mümkün deyil.

Təklif olunan razılaşmaya əsasən, “Disney” 10 milyon dollar məbləğində cərimə ödəməli, uşaqlara dair məlumatların qorunması qaydalarına əməl etməli və “YouTube”da yerləşdirilən videoların “uşaqlar üçün nəzərdə tutulmuş” kimi işarələnməli olub-olmadığını yoxlamaq məqsədilə xüsusi proqram tətbiq etməlidir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

YouTube böyük miqdarda cərimə ödəyə bilər

10-04-2018

Google və YouTube cərimə ödəyəcəklər

05-09-2019

Minlərlə tətbiq uşaqları izləyir-Təhlükə

16-04-2018

Disney virtual reallığın inkişafı üzrə layihəyə investisiya yatırıb

23-09-2015

Uşaqlar üçün axtarış sistemi: Thinga

05-01-2016

Dövlət provayderi uşaqların qorunması xidmətini pullu edib

01-06-2018

YouTube-da aya 1 milyon qazanan uşaq

12-12-2017

Uşaqlar üçün yeni Youtube versiyası yaradılacaq

02-09-2019

Valideynlər uşaqların Shorts-a baxışına nəzarət edə biləcək

15-01-2026

Google uşaqlar üçün “Youtube Kids” tətbiqini təqdim etdi

24-02-2015

Azercell “Təhlükəsiz internet”in təbliğinə start verir

12-12-2023

Walt Disney piratlara qarşı mübarizə aparacaq

16-09-2008

“YouTube” Trampın hesabını bloklaladğına görə kompensasiya ödəyəcək

30-09-2025

Youtube terroçulara zərbə vurdu

12-09-2008

"Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanuna dəyişiklik ediləcək

18-12-2025

Avropa Birliyi Facebook-a qarşı istintaqa start verdi

05-10-2018

Uşaq verilişlərində verilən reklama məhdudiyyət qoyulacaq

18-09-2019

Google YouTube-dən yaxşı qazanmır

22-06-2009

YouTube yalan informasiyalara son qoyacaq

10-07-2018

Facebook külli miqdarda cərimə ödəyəcək

13-09-2017

ABŞ Federal Ticarət Komissiyası hesab edir ki, sosial şəbəkələr “geniş nəzarət” aparır

22-09-2024

Təklif: İnternet klublarda uşaqlar üçün xüsusi kompüter ayrılsın

06-03-2017

Uşaqlar üçün İnternetdə hansı təhlükələr var? –Müzakirə

25-04-2018

5 yaşlı uşaq Youtube milyonçusu oldu

24-07-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə