Previous Next
Bağla

“E-qanun.ai” platformasının təqdimat mərasimi keçirilib

25-09-2025 14:43
“E-qanun.ai” platformasının təqdimat mərasimi keçirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Ədliyyə Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gəlmiş, Azərbaycanın hüquqi sənəd və qanunvericilik bazasında effektiv axtarış etməyə imkan verən “E-qanun.ai” platforması istifadəyə verilib. “Azərbaycan Respublikasının 2025 – 2028-ci illər üçün süni intellekt Strategiyası”nın icrası məqsədilə hazırlanmış bu süni intellekt məhsulu Strategiyanın 8.2.2-ci yarımbəndində qeyd olunan təbii dil emalı istiqamətlərinin gücləndirilməsi tədbirlərindən biridir.

Xeberler.az bildirir ki, təqdimat mərasimində ədliyyə nazirinin müavini Toğrul Hüseynov, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov, aidiyyəti qurumların nümayəndələri, hüquqşünaslar və media nümayəndələri iştirak ediblər. 

“E-qanun.ai” Ədliyyə Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə
müəyyənləşdirdiyi texniki şərtlər əsasında AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzi tərəfindən hazırlanıb. Sistem hüquqi aktların vahid elektron bazasına əsaslanan, süni intellekt dəstəkli, innovativ hüquqi axtarış platformasıdır. İstifadəçilər üçün sürətli təhlil və dəqiq nəticə təqdim edən platforma hüquqi sahədə yaranan suallara operativ və etibarlı şəkildə cavab əldə edilməsini hədəfləyir.

Platformanın əsas məqsədi qanunların hər kəs üçün daha əlçatan və anlaşılan olmasını təmin etməkdir. Burada istifadəçilər hüquqi məlumatı mətnə, mənaya görə və ya hibrid formada axtara, onun süni intellekt əsaslı təhlilini görüntüləyə və əvvəlki axtarışlarının tarixçəsinə öz şəxsi hesablarında baxa bilərlər.

Platformanın bazasında normativ hüquqi aktlar, normativ xarakterli aktlar, qeyri-normativ hüquqi aktlar və rəsmi mətnlər mövcuddur. 

Platformanın əsas üstünlüyü süni intellekt texnologiyası ilə axtarış nəticəsinin təhlili, anlaşılan, qısa xülasənin istifadəçiyə təqdim olunması, nəticələrin filtrlənməsi, qovluqlarda saxlanılmasıdır.

Platforma həm də hüquqşünaslar və əlaqəli sahədə çalışan hər kəs üçün iş prosesini sadələşdirməyi hədəfləyir.

Növbəti mərhələdə platforma istifadəçilərinin, eləcə də hüquqşünasların ehtiyaclarına uyğun və onların işini daha da asanlaşdıracaq təkmil funksiyaların təqdim olunması nəzərdə tutulub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“E-qanun.ai”nin mobil tətbiq versiyasının istifadəyə veriləcək

“E-qanun.ai”nin mobil tətbiq versiyasının istifadəyə veriləcək

17-11-2025
Nazir müavini: Azərbaycan süni intellekt üzrə mövqeyini gücləndirir

Nazir müavini: Azərbaycan süni intellekt üzrə mövqeyini gücləndirir

11-02-2026
Milli Süni İntellekt Mərkəzi 3 süni intellekt layihəsini istifadəyə verib

Milli Süni İntellekt Mərkəzi 3 süni intellekt layihəsini istifadəyə verib

11-12-2025
Azərbaycanda süni intellekt həlli təqdim edilib

Azərbaycanda süni intellekt həlli təqdim edilib

08-12-2025
“E-hüquqşünas” portalının rəsmi təqdimatı olub

“E-hüquqşünas” portalının rəsmi təqdimatı olub

07-05-2026
Qazaxıstanda “Süni intellekt haqqında” Qanun qəbul edilib

Qazaxıstanda “Süni intellekt haqqında” Qanun qəbul edilib

17-11-2025
Elektron notariat informasiya sistemində 36 milyondan çox notariat məlumatı toplanıb

Elektron notariat informasiya sistemində 36 milyondan çox notariat məlumatı toplanıb

09-07-2019
"Süni intellekt Strategiyası” çərçivəsində görüş keçirilib

"Süni intellekt Strategiyası” çərçivəsində görüş keçirilib

24-10-2025
Komitə sədri: Süni intellektlə bağlı normativ-hüquqi baza formalaşıb

Komitə sədri: Süni intellektlə bağlı normativ-hüquqi baza formalaşıb

24-04-2026
İİTKM-də süni intellekt strategiyası ilə bağlı indikativ planlaşma aparılıb

İİTKM-də süni intellekt strategiyası ilə bağlı indikativ planlaşma aparılıb

14-05-2025
Ədliyyə sahəsində rəqəmsal transformasiya və innovasiyalar mövzusunda təqdimat keçirilib

Ədliyyə sahəsində rəqəmsal transformasiya və innovasiyalar mövzusunda təqdimat keçirilib

20-11-2019
ABŞ-də hüquqi xidmətlərin əvəzinə süni intellekt istifadə edilir

ABŞ-də hüquqi xidmətlərin əvəzinə süni intellekt istifadə edilir

09-10-2025
Rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərini qoruyan qanun layihəsi hazırlanıb

Rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərini qoruyan qanun layihəsi hazırlanıb

08-06-2026
Hüquq və rəqəmsallaşma mövzusunda seminar keçirilib

Hüquq və rəqəmsallaşma mövzusunda seminar keçirilib

07-09-2019
Elm və Təhsil Nazirliyi və OpenAI əməkdaşlığa başlayıb

Elm və Təhsil Nazirliyi və OpenAI əməkdaşlığa başlayıb

29-05-2026
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

07-03-2014
Akademik: Süni intellektin hüquqi statusu arzuolunan səviyyədə deyil

Akademik: Süni intellektin hüquqi statusu arzuolunan səviyyədə deyil

11-03-2026
Telekommunikasiya üzrə kolokasiya və birgə istifadə mexanizmləri yaradılacaq

Telekommunikasiya üzrə kolokasiya və birgə istifadə mexanizmləri yaradılacaq

09-04-2026
Süni intellekt üzrə Milli Strategiya üçün Yol Xəritəsi tərtib edilib

Süni intellekt üzrə Milli Strategiya üçün Yol Xəritəsi tərtib edilib

26-01-2023
Süni intellekt üzrə prioritet sektorların siyahısı hazırlanacaq

Süni intellekt üzrə prioritet sektorların siyahısı hazırlanacaq

19-03-2025
Deputat: Süni intellekt sistemləri regionlar və sosial həssas qruplara əlçatan olmalıdır

Deputat: Süni intellekt sistemləri regionlar və sosial həssas qruplara əlçatan olmalıdır

07-10-2025
Milli Məclis "Kraudfandinq haqqında" qanun layihəsini müzakirə edir

Milli Məclis "Kraudfandinq haqqında" qanun layihəsini müzakirə edir

17-06-2026
MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib

MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib

10-06-2026
Qazaxıstanda Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi yaradılıb

Qazaxıstanda Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi yaradılıb

18-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə