Previous Next
Bağla

“E-hüquqşünas” portalının rəsmi təqdimatı olub

07-05-2026 12:58
“E-hüquqşünas” portalının rəsmi təqdimatı olub

Mayın 7-də Hüquq və İnsan Haqları İnstitutunun təşkilatçılığı ilə “E-huquqshunas.az” hüquq məlumat portalının rəsmi təqdimat mərasimi keçirilib. Bu portal Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilib.

Xeberler.az məlumat verir ki, saytın fəaliyyət prinsipini hüququn aliliyinin təşviqi, hüquqi savadlılığın artırılması, demokratik dəyərlərin inkişafına dəstək verilməsi və hüquqi maarifləndirmə vasitəsilə cəmiyyətin inkişafına töhfə verilməsi təşkil edir.

Tədbirdə institutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə yeni platformanın əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, “E-hüquqşünas” layihəsi hüquq sahəsində mövcud olan məlumatların sistemli, dolğun təqdim olunmasına geniş imkanlar yaradacaq. Müasir dövrün tələblərinə uyğun hazırlanmış bu platforma hüquqi informasiyanın operativ, etibarlı və dolğunluğunu təmin edən innovativ bir resurs kimi çıxış edəcək. “E-hüquqşünas.az” yalnız informasiya platforması deyil, eyni zamanda, hüquqi biliklərin vahid məkanda cəmləndiyi müasir intellektual mühitdir. M.Quluzadənin sözlərinə görə, portalın istifadəyə verilməsi hüquqi məlumatların əlçatanlığının artırılması istiqamətində atılmış mühüm addım olmaqla yanaşı, hüquqşünaslar, dövlət qurumları və bu sahənin mütəxəssisləri arasında məlumat mübadiləsinin daha səmərəli təşkilinə, qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə və ölkədə hüquqi ekosistemin daha çevik və inteqrasiya olunmuş şəkildə inkişafına güclü təkan verəcək.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri Araz Poladov isə institutun hüquqi maarifləndirmə sahəsində həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyətləri, eləcə də yaratdığı zəngin hüquqi resursları yüksək qiymətləndirərək vurğulayıb ki, təqdim olunan yeni portal bu təşəbbüslərin məntiqi davamıdır. Həmçinin A.Poladov bildirib ki, belə layihələr hüquqi informasiyanın daha geniş auditoriyaya çatdırılmasını və vətəndaşların hüquqi məlumatlara çıxış imkanlarını genişləndirir.

Qeyd edək ki, portal Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin təşəbbüsü ilə yaradılıb və onun tabeliyində fəaliyyət göstərən Hüquq və İnsan Haqları İnstitutu tərəfindən idarə olunur.

Təqdimat zamanı iştirakçılara portalın funksionallığı, istifadə imkanları və gələcək inkişaf istiqamətləri barədə ətraflı məlumat təqdim olunub.

Tədbirdə Azərbaycan Respublikasının Prezident Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis, Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası, Konstitusiya Məhkəməsi, Ombudsman Aparatı, Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Vəkillər Kollegiyası, həmçinin media qurumlarının nümayəndələri iştirak ediblər. Bununla yanaşı, ali təhsil müəssisələrinin hüquq fakültələrinin professor-müəllim heyəti və peşəkar hüquqşünaslar da tədbirə qatılıblar.

Təqdimat çərçivəsində qonaqlar portalın fəaliyyəti ilə bağlı fikir və təkliflərini bölüşərək onun gələcək inkişaf perspektivlərini müzakirə ediblər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnformasiya hüququ adlı dərslik nəşr olunub

19-07-2019

Bakıda türk dövlətlərində hüquqi sahədə müasir informasiya texnologiyalarının tətbiqi müzakirə olunur

04-06-2024

"İctimai proseslər media müstəvisində" adlı forum keçirilib

02-05-2025

“E-qanun.ai” platformasının təqdimat mərasimi keçirilib

25-09-2025

Vəkilliyin elektron məhkəmə informasiya sisteminə inteqrasiyası müzakirə olunub

06-06-2018

12 Noyabr - Konstitusiya Günüdür

12-11-2025

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş təlim keçirilib

22-04-2025

Ədliyyə və məhkəmə sahəsində innovasiyaların tətbiqi genişləndirilir

24-10-2022

Sədr müavini: COP29 yeni innovativ texnologiyaların təqdimatı üçün vacib bir platforma yaradacaq

24-10-2024

“Süni intellekt və beynəlxalq hüquq” konfransı keçirilib

04-12-2025

“Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfrans keçirilib

02-04-2024

XRİTDX-də Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib

12-11-2025

Baş Prokurorluqda “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfrans keçirilir

02-04-2024

Fərhad Abdullayev: Məhkəmədə süni intellektin tətbiqi müasir dövrün tələbidir

12-11-2025

Ədliyyə naziri təyin edilən Fərid Əhmədov KİMDİR..

27-02-2024

İnternet hüquqlarına dair elektron kitablar təqdim edilib

24-11-2015

Hüquq və rəqəmsallaşma mövzusunda seminar keçirilib

07-09-2019

Baş Prokuror “Rəqəmsal dövr və hüquq: Yeni çağırışlar” adlı mühazirə oxuyub

18-04-2025

Dövlət Xidməti vəkillər və vəkilliyə namizədlər üçün təlim keçirib

22-04-2022

Prezident Administrasiyasının yeni strukturu məlum oldu

30-11-2019

Azərkosmosun əməkdaşı Beynəlxalq Kosmos Hüququ İnstitutuna üzv seçilib

12-10-2022

Hüquq xidmətlərini elektron qaydada təqdim edən ilk startap-Müsahibə

09-10-2017

“Rəqəmsal suverenliyin hüquqi aspektləri” mövzusunda vebinar keçirilib

26-11-2025

BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi seminar təşkil edib

24-11-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə