Xeberler.az bildirir ki, “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətində müasir texnologiyalarının tətbiqinin genişləndirilməsi, o cümlədən elektron ədliyyə xidmətlərinin sayının artırılması, bu xidmətlərdə yeni innovativ metodların tətbiqi və həmin xidmətlərin mobil versiyalarının hazırlanması, “Elektron məhkəmə” və “Elektron icra” informasiya sistemlərinin funksionallığının təkmilləşdirilməsi və bu sahədə digər tədbirlərlərin görülməsi müəyyən olunub.
Ötən il Azərbaycan ədliyyəsinin 100 illik yubileyi ərəfəsində bir neçə innovativ həllər ictimaiyyətə təqdim olunub.
Bu təcrübə davam etdirilərək 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü ərəfəsində Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “Ədliyyə sahəsində rəqəmsal transformasiya və innovasiyalar” mövzusunda ictimai təqdimat keçirilib.
Tədbirdə Ədliyyə Nazirliyinin rəhbər işçiləri, millət vəkilləri, ictimai xadimlər, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Mətbuat Şurasının, vətəndaş cəmiyyəti institutlarının, bank və İKT sektorunun təmsilçiləri, çoxsaylı KİV rəhbərləri, hakimlər, vəkillər iştirak ediblər.
İctimai təqdimatda nazirliyin İKT idarəsinin rəisi Ağakərim Səmədzadə və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron hökumətin inkişafı mərkəzinin direktor müavini Mehdi Cavadov tərəfindən çıxışlar edilib.
Təqdimat zamanı nazirliyin müxtəlif fəaliyyət istiqamətləri üzrə aşağıdakı innovativ həllərin nümayişi olub:
1. İctimai işlərin icrasına elektron nəzarət – cəza siyasətinin humanistləşdirilməsi barədə ölkə başçısının 10.02.2017-ci il tarixli Sərəncamına əsasən ictimai işlər cəzasının formal icrası təcrübəsinin qarşısının alınması məqsədilə yerli mütəxəssislər tərəfindən ictimai işlərə nəzarət qurğusu layihələndirilib və 21.12.2018-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin yeni inzibati binasının açılışı zamanı ölkə başçısına əyani nümayiş olunub.
Cari il ərzində həmin qurğu istehsal edilərək sınaqları keçirilib və bilavasitə məhkumlar üzərində pilot rejimdə istifadəsinə başlanılıb.
2. Mobil məhkəmə – məhkəmə xidmətlərinə əlçatanlığın artırılması məqsədilə “Elektron məhkəmə” informasiya sisteminin mobil versiyası hazırlanıb. “Mobil məhkəmə” proqram təminatı üzərindən istifadəçi “Şəxsi kabineti” vasitəsi ilə sistemin açdığı bütün imkanlardan yerləşdiyi yerdən asılı olmayaraq öz mobil cihazı vasitəsilə istifadə edə bilər.
3. Normativ hüquqi aktların elektron bazası (e-qanun) – nazirlik tərəfindən aparılan normativ hüquqi aktların internet elektron bazasının və Hüquqi Aktların Dövlət Reyestrinin birləşdirilməsi əsasında müasir tələblərə cavab verən yeni vahid elektron qanunvericilik bazası formalaşdırılıb.
Yeni sistemdə rahat istifadə şəraiti, müasir dizayn, geniş və sürətli axtarış imkanı, eləcə də normativ sənədlərin bir mənbədən əldə edilməsi təmin edilib, normativ hüquqi aktların struktur elementləri üzrə qəbul olunmuş qərarlarla tanış olmaq funksionallığı yaradılıb. Növbəti ildən sistemin mobil tətbiqi də istifadəyə veriləcək.
4. İcra üzrə ödənişlərin elektron ədliyyə köşkü vasitəsilə ödənilməsi – keçən il Heydər Əliyev adına beynəlxalq hava limanında quraşdırılmış elektron ədliyyə köşkü üzərindən icra sənədləri üzrə borcların ödənilməsi və məhdudiyyətlərin avtomatlaşdırılmış qaydada aradan qaldırılması imkanı təşkil edilib. Sınaqları bitdikdən sonra yaxın günlərdə bu funksionallıq istifadəyə veriləcək.
5. Elektron etibarnamə – “Mobil notariat” proqram təminatının imkanları genişləndirilərək bu platforma üzərindən məkandan asılı olmayaraq həftənin bütün günləri 24 saat ərzində, notariat ofisinə müraciət etmədən nəqliyyat vasitələrinin idarə edilməsinə dair etibarnamələrin rəsmiləşdirilməsi imkanı yaradılıb.
Təqdimatda həmçinin Dövlət Agentliyi nazirliklə əməkdaşlıqda təşkil edilmiş “Elektron hökumət”in müasir versiyası olan “myGov” portalı üzərindən göstərilən ədliyyə xidmətləri, o cümlədən nikahın və doğumun elektron qaydada qeydə alınması prosesi təqdim olunur.
Sonra ədliyyə fəaliyyətinə dair mətbuat konfransı keçirilərək iştirakçıları maraqlandırılan sualların cavablandırılması nəzərdə tutulur.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri