Previous Next
Bağla

“Əlilliyi olan şəxslər üçün proaktiv təyinat” layihəsi beynəlxalq mükafata layiq görüldü

24-02-2024 10:38
“Əlilliyi olan şəxslər üçün proaktiv təyinat” layihəsi  beynəlxalq mükafata layiq görüldü

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəqəmsal layihələrindən biri olan “Əlilliyi olan şəxslər üçün proaktiv təyinat” layihəsi “Essl Fondu”nun (Avstriya) “Zero Project Awardees 2024” müsabiqəsinin qalibi olaraq Fondun mükafatı ilə təltif olunub.

 “Zero Project Awardees 2024” müsabiqəsində 97 ölkədən 523 layihə iştirak edib, onlardan

75-i, o cümlədən “Əlilliyi olan şəxslər üçün proaktiv təyinat” layihəsi qalib seçilib.

 BMT-nin Avstriyanın Vyana şəhərindəki ofisində keçirilən mükafatlandırma tədbirində mükafat Nazirliyin Əlillik siyasəti şöbəsinin müdir müavini Ülvi Hüseynova təqdim olunub. Ü.Hüseynov tədbirdə layihə ilə bağlı təqdimat edib, habelə ölkəmizdə son illər dövlət sosial xidmətlərinin rəqəmsallaşdırılması sahəsində əldə olunan nailiyyətlərə dair məlumat verib.

“Essl Fondu” qeyri-kommersiya təşkilatıdır. Fondun “Zero Project” proqramı BMT-nin “Əlilliyi olan Şəxslərin Hüquqları haqqında” Konvensiyasının qlobal miqyasda icrasına, bu sahədə aparılan işlərin təbliğinə, əldə olunan uğurların tanıdılmasına yönəlib.

 Hər il keçirilən “Zero Project Awardees” müsabiqəsi də əlilliyi olan şəxslərlə bağlı inklüziv təhsil, İKT sahələri üzrə uğurlu innovativ həlləri, həmin şəxslərin gündəlik həyatını yaxşılaşdıran qabaqcıl təcrübələri müəyyən etmək məqsədi daşıyır.

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Əlilliyi olan şəxslərin Elektron İnformasiya Bazası yaradılır

23-09-2019

“Nar” “Əlilliyi olan şəxslərin məşğulluğu” ilə bağlı keçirilən tədbirdə öz təcrübəsini paylaşıb

18-02-2021

Əlilliyi olan şəxslər üçün xüsusi elektron portal yaradılacaq

21-01-2025

DOST Agentliyi növbəti dəfə Avropa Sosial Xidmətlər Mükafatına layiq görülüb

06-11-2024

Naxçıvan Regional DOST Mərkəzi bu il istifadəyə veriləcək

12-03-2025

Fazil Novruzov: Əlilliyi olan şəxslər üçün informasiya əlçatan olmalıdır

17-06-2025

Ötən il bu elektron xidmətlərə 9,9 milyon müraciət olub

11-01-2023

Əlilliyi olan şəxslər üçün yeni layihə hazırlanıb

12-07-2019

Sərgi-satış portalı yaradılır

20-04-2022

“Əmək və Məşğulluq” altsisteminə yeni funksionallıq əlavə edilib

29-04-2025

DSMF daha bir ali mükafata layiq görülüb

16-04-2025

ƏƏSMN Beynəlxalq Telekommunikasiya İttifaqının təşkil etdiyi müsabiqələrdə qalib olub

08-07-2025

Əlilliyi olan şəxslər üçün elektron sistem yaradılır

09-08-2019

DOST RİM daha 3 beynəlxalq mükafata layiq görülüb

29-11-2024

DOST Agentliyinin iki layihəsi beynəlxalq müsabiqədə uğur qazanıb

07-08-2025

Sosial sahə üzrə e-xidmətlərə müraciət edənlərin sayı açıqlanıb

21-01-2025

DOST Britaniyada keçirilən “FinTech Awards 2023” müsabiqəsinin qalibi seçildi

31-08-2023

DSMF beynəlxalq müsabiqədə iki mükafata layiq görülüb

05-05-2025

“Tibbi şəhadətləndirmə” altsistemi və proaktiv təyinat mexanizmi müsabiqədə uğur qazanıb

16-12-2024

Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur

26-11-2018

Nazirliyin e-xidmətlərinə 21,7 milyon müraciət qeydə alınıb

19-09-2024

ƏƏSMN daha iki beynəlxalq mükafat qazanıb

09-12-2024

ƏƏSMN-in 2 rəqəmsal layihəsi beynəlxalq müsabiqənin qalibi olub

30-12-2024

Yarım milyon pensiya, müavinət, təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb

17-01-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə