Previous Next
Bağla

Əlilliyi olan şəxslər üçün yeni layihə hazırlanıb

12-07-2019 13:28
Əlilliyi olan şəxslər üçün yeni layihə hazırlanıb

Xeberler.az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər"in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 sentyabr tarixli 189 nömrəli qərarına dəyişiklik edilməsi barədə” layihə hazırlanıb.

Layihə əlilliyi olan şəxslərin internet informasiya xidmətlərindən rahat istifadəsi və səmərəli şəkildə faydalanması üçün bərabər şərtlərin, imkanların yaradılması, rəsmi internet informasiya ehtiyatlarının bu kateqoriyadan olan şəxslər üçün müyəssərliyinin təmin olunması məqsədinə xidmət edir. Bu məqsədlə Layihədə bir sıra tələblər yer alır. 

Tələblərdə bildirilir ki, əlilliyi olan şəxslərin dövlət orqanlarının informasiya ehtiyatlarından səmərəli şəkildə faydalanması və istifadəsi məqsədilə internet informasiya ehtiyatının beynəlxalq standarta uyğun təmin edilməlidir. İnternet informasiya ehtiyatında mətn olmayan kontent üçün mətn alternativləri, audio və video kontentlər üçün transkript, altyazılar, böyük şriftlərdən istifadə, şrift seçimi imkanları, rənglərin idarə olunması, simvollararası məsafə təmin edilməlidir.

Zamanın tənzimlənməsi funksiyası yaradılmalı, kontenti oxumaq və istifadə etmək üçün istifadəçilərə kifayət qədər vaxt verilməlidir. Proseslərin klaviaturadan idarə olunmasının mümkünlüyü, animasiyalı şəkillərin deaktiv edilməsi funksiyasının icra olunması, kontentin aydın və ardıcıl olması təmin edilməli, internet informasiya ehtiyatında maksimum oxunaqlı və başa düşülən dildən istifadə olunmalıdır. Kontentin cari və sonradan yaradılan müxtəlif istifadəçi brauzerləri, yardımçı texnologiyalar ilə maksimal uyğunluğu da təmin edilməlidir.

 Bu qanun BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasında əlilliyi olan şəxslərin əsas hüquqlarının, o cümlədən informasiya əldə etmək hüququnun təmin edilməsi ilə bağlı prinsipə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunundakı müvafiq maddəyə uyğunluq təşkil edir.

Nazirlər Kabinetinin müvafiq qərarına dəyişiklik edilməsi barədə layihə hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Xüsusi Dövlət Mühafizə Xidməti ilə razılaşdırılma mərhələsindədir.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytında artıq bu imkanlar təmin edilib. Saytın əlilliyi olan şəxslər üçün müyəssərliyinin daha da təkmilləşdirilməsi üçün müvafiq texniki işlər həyata keçirilməkdədir.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Hökumət dövlət orqanlarının saytları qarşısında yeni tələb qoydu

Hökumət dövlət orqanlarının saytları qarşısında yeni tələb qoydu

17-09-2020
Dövlət Agentliyi Veb konfrans təşkil edib

Dövlət Agentliyi Veb konfrans təşkil edib

21-05-2020
Fazil Novruzov: Əlilliyi olan şəxslər üçün informasiya əlçatan olmalıdır

Fazil Novruzov: Əlilliyi olan şəxslər üçün informasiya əlçatan olmalıdır

17-06-2025
Əlilliyi olan şəxslərin Elektron İnformasiya Bazası yaradılır

Əlilliyi olan şəxslərin Elektron İnformasiya Bazası yaradılır

23-09-2019
“Nar” “Əlilliyi olan şəxslərin məşğulluğu” ilə bağlı keçirilən tədbirdə öz təcrübəsini paylaşıb

“Nar” “Əlilliyi olan şəxslərin məşğulluğu” ilə bağlı keçirilən tədbirdə öz təcrübəsini paylaşıb

18-02-2021
Əlilliyi olan şəxslərin avtomobil və digər reabilitasiya vasitələri ilə təmin edilməsi proseduru elektronlaşır

Əlilliyi olan şəxslərin avtomobil və digər reabilitasiya vasitələri ilə təmin edilməsi proseduru elektronlaşır

27-01-2024
Daha bir nazirlikdə islahatlar başladı - Fərman

Daha bir nazirlikdə islahatlar başladı - Fərman

18-01-2019
Əlilliyi olan şəxslər üçün xüsusi elektron portal yaradılacaq

Əlilliyi olan şəxslər üçün xüsusi elektron portal yaradılacaq

21-01-2025
DOST Agentliyi növbəti dəfə Avropa Sosial Xidmətlər Mükafatına layiq görülüb

DOST Agentliyi növbəti dəfə Avropa Sosial Xidmətlər Mükafatına layiq görülüb

06-11-2024
“Əlilliyi olan şəxslər üçün proaktiv təyinat” layihəsi  beynəlxalq mükafata layiq görüldü

“Əlilliyi olan şəxslər üçün proaktiv təyinat” layihəsi beynəlxalq mükafata layiq görüldü

24-02-2024
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səlahiyyətləri artırılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səlahiyyətləri artırılıb

10-07-2023
Dövlət orqanlarının internet informasiya ehtiyatlarının təhlükəsizliyinin təmini gücləndiriləcək

Dövlət orqanlarının internet informasiya ehtiyatlarının təhlükəsizliyinin təmini gücləndiriləcək

20-06-2012
Sərgi-satış portalı yaradılır

Sərgi-satış portalı yaradılır

20-04-2022
Televiziyalara informasiyaları işarət dilinə tərcümə etmə tələbi qoyulub

Televiziyalara informasiyaları işarət dilinə tərcümə etmə tələbi qoyulub

25-04-2025
Prezident "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərman imzalayıb

Prezident "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərman imzalayıb

07-02-2013
Əlilliyi olan şəxslər üçün elektron sistem yaradılır

Əlilliyi olan şəxslər üçün elektron sistem yaradılır

09-08-2019
Naxçıvana aid informasiya ehtiyatları “GOV.AZ”-a köçürüləcək

Naxçıvana aid informasiya ehtiyatları “GOV.AZ”-a köçürüləcək

10-12-2022
Naxçıvanda bir sıra qurumların internet səhifələrinə giriş məhdudlaşdırılıb

Naxçıvanda bir sıra qurumların internet səhifələrinə giriş məhdudlaşdırılıb

11-03-2025
Əlilliyi müəyyən edən sənədləri elektron qaydada qəbul edəcək yeni dövlət orqanı müəyyənləşib

Əlilliyi müəyyən edən sənədləri elektron qaydada qəbul edəcək yeni dövlət orqanı müəyyənləşib

09-06-2015
ƏƏSMN-nin informasiya sistemində yeni elektron xidmətlər yaradılıb

ƏƏSMN-nin informasiya sistemində yeni elektron xidmətlər yaradılıb

16-04-2019
Azərbaycanda dövlət informasiya sistemlərinin təhlükəsizliyinə dair qanun layihəsi hazırlanıb

Azərbaycanda dövlət informasiya sistemlərinin təhlükəsizliyinə dair qanun layihəsi hazırlanıb

13-08-2014
Əlilliyi olan şəxslərə 13,1 min reabilitasiya vasitəsi verilib

Əlilliyi olan şəxslərə 13,1 min reabilitasiya vasitəsi verilib

08-04-2022
DOST RİM fərdi məlumat və informasiya sistemləri ilə bağlı  fəaliyyət üzrə lisenziya alıb

DOST RİM fərdi məlumat və informasiya sistemləri ilə bağlı fəaliyyət üzrə lisenziya alıb

01-07-2022
XRİTDX əlilliyi olan şəxslər üçün müyəssərliyə dair modul istifadəyə verib

XRİTDX əlilliyi olan şəxslər üçün müyəssərliyə dair modul istifadəyə verib

21-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə