Previous Next
Bağla

“Fintech Innovation Hub” Türkiyə və Azərbaycanın ekosistemlərini bir araya gətirəcək

21-08-2023 10:06
“Fintech Innovation Hub” Türkiyə və Azərbaycanın ekosistemlərini bir araya gətirəcək

Bakıda “Fintech Innovation Hub” – “FTIHUB” təşkilatı tərəfindən Türkiyə və Azərbaycan Fintech Forumu təşkil olunacaq.

Xeberler.az məlumat verir ki, qardaş ölkənin fintech ekosistemi ilə ölkəmizin ekosistemini bir araya gətirəcək forum sentyabrın 6-da Bakıda keçiriləcək.

Azərbaycanın maliyyə texnologiyaları sənayesinin aparıcı şirkətlərinin iştirak edəcəyi Forumda gələcəyin rəqəmsal maliyyə dünyasına işıq salınacaq. Bundan əlavə, “FTIHUB” tərəfindən təşkil olunacaq Fintech Forumunda Azərbaycan Maliyyə Texnologiyaları Assosiasiyası və Türkiyə Ödəniş və Elektron Pul Qurumları Assosiasiyası yüksək səviyyədə iştirak edəcək.

Həmçinin hər iki ölkənin tanınmış fintech şirkətləri və bankları da Forumda yer alacaq. Ümumiyyətlə, bu tədbir iki ölkənin ekosistemləri arasında yeni imkanlar açacaq. Tədbirdə rəqəmsal ödəniş sistemlərindən maliyyə təhlükəsizliyinə, süni intellektdən blokçeyn texnologiyalarına qədər bir çox mövzular əhatə olunacaq.

Tədbirin təşkilatçısı, “Fintech Innovation Hub” – “FTIHUB”-un qurucusu Kutay Yalınkılınç regionun iki güclü oyunçusu olan Türkiyə və Azərbaycanın maliyyə texnologiyaları sahəsində ən son inkişafları və yenilikləri bölüşmək üçün bu tədbiri təşkil etdiklərini bildirib. O, əməkdaşlıq şəbəkəsi yaratmağı və rəqəmsal maliyyə dünyasının gələcəyini formalaşdıracaq imkanların kəşfini təmin etməyi səbirsizliklə gözlədiklərini bildirib.

K.Yalınkılınç qeyd edib ki, tədbirdə iştirakçıların sayı 150 nəfərlə məhdudlaşdırıldığı üçün iştirak etmək istəyənlər ən qısa zamanda qeydiyyat keçməlidirlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan qlobal maliyyə texnologiyası tədbirində iştirak edəcək

02-02-2023

Bakıda növbəti "Fintech Summit" keçiriləcək

27-03-2023

İnkubasiya proqramı çərçivəsində Fintech Meetup keçiriləcək

16-09-2019

Bakıda "Fintech Summit" keçiriləcək

13-06-2022

Azərbaycan “Dubai FinTech Summit 2025” tədbirində təmsil olunub

14-05-2025

Növbəti Fintech Meetup Gəncədə baş tutacaq

04-10-2019

İnkubasiya proqramı çərçivəsində Fintech Meetup baş tutub

21-09-2019

Azərbaycan-Türkiyə İKT Biznes Forumu keçirilir

11-02-2026

“AzInTelecom” “Baku Fintech Forum 2025”də iştirak edib

14-10-2025

Maliyyə texnologiyasında yeni trendlər müzakirə ediləcək

08-05-2018

Mərkəzi Bank yeni rəqəmsal platformaları istifadəyə verib

03-09-2025

Gəncə Dövlət Universiteti və INNOLAND arasında memorandum imzalanıb

11-10-2019

Bakı Monex Summit Caspian tədbirinə ev sahibliyi edəcək

22-05-2019

9-cu Beynəlxalq Bankçılıq Forumu keçirilir

19-11-2025

AzTU-da "FinTech" laboratoriyasının açılış mərasimi keçirilib

23-02-2026

Azərbaycan “Digital Tajikistan” forumunda təmsil olunur

25-11-2024

Zakir Nuriyev: "Fintex" şirkətlərinin şəffaflığının artırılması zəruridir"

13-06-2023

Bakıda “Fintex Sammit 2025” keçiriləcək

17-06-2025

Gələn həftə Bakıda “FİNTEX SAMMİT 2023” maliyyə və texnologiyalar sərgisi keçiriləcək

10-06-2023

Bakıda “Fintex Summit” - Maliyyə və Texnologiyalar Sərgisi keçirilir

16-06-2022

II Maliyyə və İnvestisiya Forumu baş tutub

06-06-2018

Proqramçıların sevimli müsabiqəsi başlayır

08-11-2018

Bakıda “Fintex Forumu 2025” keçirilir

09-10-2025

Bakıda “Financial Innovation Forum 2015” keçiriləcək

21-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə