Previous Next
Bağla

“Gənc informatiklər” müsabiqəsinin final mərasimi keçirilib

08-06-2009 12:24
“Gənc informatiklər” müsabiqəsinin final mərasimi keçirilib

Sumqayıt şəhər İcra hakimiyyəti və Sumqayıt şəhər Təhsil Şöbəsi tərəfindən artıq ikinci ildir təşkil olunan “Gənc informatiklər” müsabiqəsinin final mərasimi iyun ayının 6-da Qafqaz Universitetində keçirilib.

İlk olaraq Universitetinin akt zalında “Gənc informatiklər 2009” müsabiqəsinin açılışı olub. Final mərhələsinin iştirakçılarına uğurlar diləyən Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov müsabiqə haqqında ətraflı məlumat verib. Qafqaz Universitetinin rektoru professor Ahmed Saniç və İctimai Televiziya və Radio Yayımları şirkətinin departament müdiri Cəsarət Valehov İnformasiya Texnologiyalarının gənclər arasında təbliği və şagirdlərdə bu sahəyə marağın artırılması baxımından “Gənc informatiklər 2009” müsabiqəsinin əhəmiyyətli olduğunu qeyd etdiblər.

Açılış mərasimindən sonra ayrı-ayrı otaqlarda ümumilikdə Sumqayıt şəhərindən, Abşeron və Xızı rayonlarından olan 35 məktəbdən 86 nəfər şagirdin iştirak etdiyi final mərhələsində iştirakçılar öz işlərini Münsiflər Heyəti qarşısında müdafiə ediblər.

Ölkənin tanınmış alim və mütəxəssislərindən ibarət olan münsiflər heyətinin qiymətləndirməsinə əsasən veb-sayt, təqdimat işlərinin hazırlanması və mətn yığıcılığı üzrə ümumilikdə 14 komanda müsabiqənin qalibi adını qazanacaq. Qaliblərin elan olunması və təntənəli mükafatlandımra mərasimi iyun ayının 19-da Sumqayıt şəhərində “Kimyaçı” Mədəniyyət Sarayında təşkil olunacaq, onlara müsabiqənin əsas mükafatı “Rəqəmsal dünya” heykəlciyi və dəyərli hədiyyələr veriləcək.

Müsabiqə HP şirkətinin və “Microsoft-Azərbaycan” korporasiyasının baş sponsorluğu, Aztelekom İstehsalat Birliyi və “DNS Computers” MMC-nin sponsorluğu ilə keçirilir və Sumqayıt şəhərinin 60 illik yubileyinə həsr olunur.

Ardıcıl olaraq ikinci ildir keçirilən “Gənc informatiklər” müsabiqəsinin təşkilatçıları Sumqayıt şəhər İcra hakimiyyəti və Sumqayıt şəhər Təhsil şöbəsidir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, AMEA İnformasiya Texnologiyaları İnstitutu, Qafqaz Universiteti, İctimai Televiziya və Radio Yayımları Şirkəti, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, “İntel – Gələcək üçün təhsil” proqramı, “Ultra” şirkəti, Azərbaycan İnternet Forumu və Sumqayıt Tələblər İttifaqı layihəyə təşkilati dəstək göstərirlər.

Müsabiqəyə informasiya dəstəyini İnterfaks-Azərbaycan İnformasiya Agentliyi, Xəbərlər.az portalı, 168 saat qəzetlər qrupu, Dünya televiziyası, Sumqayıt qəzeti və Explorer jurnalı göstərir.

Müsabiqə haqqında ətraflı məlumat www.informatik.az saytından əldə edilə bilər.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Gənc İnformatiklər” müsabiqəsinin final mərasimi keçirilib

11-06-2010

“Gənc İnformatiklər” müsabiqəsinə may ayının 16-da yekun vurulacaq

06-05-2009

Gənc informatiklərin mükafatlandırma mərasimi keçirilib

24-06-2009

“Gənc informatiklər” müsabiqəsində 400-dən çox şagird iştirak edəcək

17-04-2009

Bu il Gənc İnformatiklər müsabiqəsində 600-dən çox şagird və tələbə iştirak edib

11-06-2010

“Gənc informatiklər”in saytı fəaliyyətə başladı

09-04-2009

“Gənc informatik”lərə “Rəqəmsal dünya” təqdim olunacaq

24-04-2009

Sumqayıtda “Təhsil, Elm, İnformasiya Texnologiyaları” Festivalına az qaldı!

22-06-2010

Sumqayıtda “Təhsil, Elm, İnformasiya Texnologiyaları” Festivalı keçiriləcək

11-06-2010

Sumqayıtda “Təhsil, Elm, İnformasiya Texnologiyaları” Festivalı başa çatıb

24-06-2010

“Gənc kompüter istedadları” müsabiqəsinin final mərhələsi Bakıda keçiriləcək

03-02-2009

Gənc informatiklərə “Rəqəmsal dünya” təqdim olunacaq

19-06-2010

“Təhsil, Elm, İnformasiya Texnologiyaları” Festivalı öz işinə başladı

23-06-2010

Startup Azərbaycan SUMQAYIT Toplantısı keçirilib

29-04-2013

«İnnovativ Müəllimlər» Müsabiqəsinin qalibləri bəlli oldu

27-02-2009

Sumqayıtda İnformasiya Texnologiyaları Akademiyasının açılış mərasimi keçirilib

25-06-2009

"CanSat Azərbaycan 2020" müsabiqəsinin final mərhələsi oktyabrda keçriləcək

19-09-2020

Sumqayıt İT Akademiyası tələbələrlə bağlı layihə həyata keçirir

17-10-2009

Milli Net-Milli İnternet Mükafatı Müsabiqəsinə start verilir

29-09-2009

“İnformasiya Texnologiyaları Akademiyası” layihəsi çərçivəsində Kürdəmir və Zərdabda yeni təlimlər gerçəkləşdirib

02-12-2009

Sumqayıt şəhərində “BarCamp Caspian 2009”-un təqdimatı oldu

24-02-2009

“Azad Azərbaycan İnternational” televiziya kanalının rəsmi açılış mərasimi keçirilib

24-12-2009

Sumqayıt şəhər rəhbərliyi ictimaiyyətlə internet forum vasitəsilə ünsiyyət quracaq

08-10-2009

“Ali məktəb tələbələri arasında İnformatika üzrə IX Ümumrespublika Olimpiadası”nın 1-ci mərhələsi keçirilib

15-04-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə