Previous Next
Bağla

“INMerge” İnnovasiya Sammiti başa çatıb

30-09-2025 22:19
“INMerge” İnnovasiya Sammiti başa çatıb

Sentyabrın 29-30-da “PAŞA Holdinq”in təşkilatçılığı ilə Bakıda keçirilən “INMerge” İnnovasiya Sammiti başa çatıb.

Xeberler.az məlumat verir ki, Sammitin sonuncu günü maraqlı çıxış və müzakirələrlə yadda qalıb.

Günün birinci yarısında “Netflix” şirkətinin həmtəsisçisi Mark Randolf şirkətin ideyadan uğurlu biznesə qədər keçdiyi yoldan danışıb, eləcə də startapların biznes qurarkən hansı vacib məqamları nəzərə almalı olduqları ilə bağlı məsləhətlər verib. Eksperimentlər və yaradıcı sistemlərin gələcəyin formalaşdırılmasındakı roluna həsr olunan paneldə “PAŞA Holdinq"in baş icraçı direktoru Cəlal Qasımov, “Netflix” şirkətinin həmtəsisçisi Mark Randolf, Massaçusets Texnologiya İnstitutunun professoru Hal Qregersen və “Pixar” şirkətinin həmtəsisçisi Ed Katmul çıxış ediblər.

Bundan əlavə, gün ərzində vençur kapitalının regional vəziyyəti, marketinq və sosial medianın yerli biznes və mədəniyyətə təsiri, süni intellektin dövrün reallığına çevrilməsi, həmçinin datanın və enerji sektorunun müasir biznes trendləri ilə uzlaşmasına dair panel sessiyaları keçirilib. Sessiyalarda iştirak edən liderlər müxtəlif ölkələrdəki təcrübələrin qlobal trendlərlə uzlaşmasını, eyni zamanda yenilənən dünyanın reallıqlarına uyğun addımların atılmasının əhəmiyyətini vurğulayıblar.

Sammit müxtəlif ölkələrdən olan 40 startapın mübarizə apardığı InBattle Startap Müsabiqəsinin qaliblərinin mükafatlandırılması ilə başa çatıb. Onların arasında MULK PROTOCOL adlı startap əsas mükafata layiq görüldü.

Qeyd edək ki, 5-ci dəfədir baş tutan və “PAŞA Holdinq”in təşkilatçılığı ilə keçirilən “INMerge” İnnovasiya Sammiti innovasiya, investisiya və əməkdaşlıq sahələrini əhatə edən regional əhəmiyyətli tədbirdir.

Sammit Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistandan olan korporasiyaları, investorları, startapları və ekosistem oyunçularını bir araya gətirir ki, bu da öz növbəsində 5000-dən çox iştirakçını, 150 spikeri, 100 startapı və 80-dən çox vençur fondunu bir araya toplayaraq əməkdaşlıq və inkişaf üçün güclü imkanlar yaradır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
"INMerge" İnnovasiya Sammitinin ilk günü başa çatıb

"INMerge" İnnovasiya Sammitinin ilk günü başa çatıb

29-09-2025
Cəlal Qasımov: "INMerge" - Mərkəzi Asiyanın əsas innovasiya hadisəsidir"

Cəlal Qasımov: "INMerge" - Mərkəzi Asiyanın əsas innovasiya hadisəsidir"

29-09-2025
“Youtube” şirkətinin həmtəsisçisi “INMerge” İnnovasiya Sammitində iştirak edəcək

“Youtube” şirkətinin həmtəsisçisi “INMerge” İnnovasiya Sammitində iştirak edəcək

20-09-2024
Cəlal Qasımov: "INMerge” İnnovasiya Sammiti yeni təşəbbüslər üçün mühüm əhəmiyyət kəsb edir"

Cəlal Qasımov: "INMerge” İnnovasiya Sammiti yeni təşəbbüslər üçün mühüm əhəmiyyət kəsb edir"

11-10-2024
Bakıda “INMerge Innovasiya Sammiti” başa çatıb

Bakıda “INMerge Innovasiya Sammiti” başa çatıb

12-10-2024
Bakıda “INMerge” innovasiya sammiti davam edir

Bakıda “INMerge” innovasiya sammiti davam edir

11-10-2024
Bu gün “INMerge” İnnovasiya Sammiti işinə başlayır

Bu gün “INMerge” İnnovasiya Sammiti işinə başlayır

29-09-2025
“Amazon”un vitse-prezidenti və “YouTube”un həmtəsisçisi Bakıya gəlir

“Amazon”un vitse-prezidenti və “YouTube”un həmtəsisçisi Bakıya gəlir

30-08-2024
"Youtube"un həmtəsisçisi Bakıda "INMerge” İnnovasiya Sammitinə qatılacaq

"Youtube"un həmtəsisçisi Bakıda "INMerge” İnnovasiya Sammitinə qatılacaq

23-09-2024
 “InMerge İnnovasiya Sammiti”nə 1 ay qaldı!

“InMerge İnnovasiya Sammiti”nə 1 ay qaldı!

12-09-2024
“InMerge İnnovasiyalar Sammiti”nin ilk gününün xülasəsi

“InMerge İnnovasiyalar Sammiti”nin ilk gününün xülasəsi

01-12-2023
“InMerge İnnovasiyalar Sammiti”nin ilk gününün xülasəsi

“InMerge İnnovasiyalar Sammiti”nin ilk gününün xülasəsi

01-12-2023
Bakıda dördüncü “INMerge” Innovasiya Sammiti keçirilir

Bakıda dördüncü “INMerge” Innovasiya Sammiti keçirilir

10-10-2024
4SİM "InMerge" İnnovasiya Sammitinin əsas tərəfdaşıdır

4SİM "InMerge" İnnovasiya Sammitinin əsas tərəfdaşıdır

25-09-2024
InMerge Innovation Summiti baş tutacaq

InMerge Innovation Summiti baş tutacaq

03-11-2023
4SİM bu il də INMerge İnnovasiya Sammitinin əsas tərəfdaşıdır

4SİM bu il də INMerge İnnovasiya Sammitinin əsas tərəfdaşıdır

22-09-2025
"Bakcell" “INMerge” İnnovasiya Sammitinin əsas tərəfdaşıdır!

"Bakcell" “INMerge” İnnovasiya Sammitinin əsas tərəfdaşıdır!

07-10-2024
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq

26-05-2025
İnnovasiya və startap ekosisteminin inkişafı üçün memorandum imzalanıb

İnnovasiya və startap ekosisteminin inkişafı üçün memorandum imzalanıb

30-11-2023
Bakcell innovasiyaları dəstəkləyir

Bakcell innovasiyaları dəstəkləyir

14-12-2022
Bakıda İnnovasiya Sammiti keçirilib

Bakıda İnnovasiya Sammiti keçirilib

18-12-2021
Azərbaycanda “INMerge Ventures” kapital fondu yaradılıb

Azərbaycanda “INMerge Ventures” kapital fondu yaradılıb

10-10-2024
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

24-09-2025
Vençur maliyyələşmə şirkətinin təsis edilməsinə dair müqavilə imzalanıb

Vençur maliyyələşmə şirkətinin təsis edilməsinə dair müqavilə imzalanıb

29-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə