Previous Next
Bağla

“Milli Proqram” çərçivəsində 69 min beynəlxalq sertifikat verilib

27-10-2025 15:04
“Milli Proqram” çərçivəsində 69 min beynəlxalq sertifikat verilib

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”da indiyədək 37 min 500 nəfər “Coursera” platformasındakı təlimlərdən faydalanıb. İstifadəçilər 193 mindən çox təlimə müraciət edib və 69 min təlimi uğurla başa vurublar.

Xeberler.az bildirir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram” üzrə iştirakçıların sayı artmaqda davam edir.

Təlim iştirakçılarının 29 faizini universitet tələbələri və ali təhsil müəssisələrinin əməkdaşları, 12 faizini isə akademik sferada (orta məktəblər, elmi-tədqiqat institutları və s.) fəaliyyət göstərənlər təşkil edir. On bir mindən çox tələbə və universitet əməkdaşı “Coursera” onlayn tədris platformasındakı 67 mindən çox təlimə (ümumi müraciətlərin 1/3-i) müraciət edib.

“Milli Proqram”a ən çox maraq göstərən 10 ali məktəb bunlardır:

Azərbaycan Dövlət İqtisad Universiteti (2292 iştirakçı, 4821 sertifikat);

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (1559 iştirakçı, 2875 sertifikat);

Bakı Dövlət Universiteti (1229 iştirakçı, 1915 sertifikat);

Azərbaycan Texniki Universiteti (750 iştirakçı, 1743 sertifikat);

Bakı Mühəndislik Universiteti (1077 iştirakçı, 1453 sertifikat);

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (337 iştirakçı, 1088 sertifikat).

ADA Universiteti (441 iştirakçı, 1000 sertifikat);

Azərbaycan Dövlət Pedaqoji Universiteti (926 iştirakçı, 945 sertifikat);

Bakı Ali Neft Məktəbi (387 iştirakçı, 857 sertifikat);

Azərbaycan Memarlıq və İnşaat Universiteti (458 iştirakçı, 814 sertifikat).

Proqram iştirakçılarının digər hissəsini dövlət sektorunda çalışanlar (30 faiz) özəl sektorda fəaliyyət göstərənlər (14 faiz), həmçinin digər qruplar - məktəblilər, işsizlər, təqaüdçülər və s. (15 faiz) təşkil edir.

“Milli Proqram” ölkədə rəqəmsal bacarıqların, innovasiya yönümlü təfəkkürün və yeni texnologiyalara inteqrasiyanın təşviqinə xidmət edir. Layihə çərçivəsində müxtəlif ixtisaslar üzrə müasir biliklərin əldə olunması və əmək bazarının tələblərinə uyğun kadr potensialının gücləndirilməsi məqsədilə genişmiqyaslı onlayn təlim imkanları yaradılıb. Bu günədək vətəndaşlar proqram çərçivəsində 193 mindən çox təlimə müraciət edib və 69 min təlimi uğurla başa vurublar. İştirakçılar daha çox süni intellekt, data elmi, layihələrin idarə olunması, informasiya texnologiyaları və yumşaq bacarıqlar üzrə təlimlərə üstünlük veriblər.

Hazırda “Milli Proqram”ın 6-cı mərhələsinə qeydiyyat davam edir. Azərbaycan vətəndaşları yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq saytından qeydiyyatdan keçərək bu imkandan yararlana bilirlər.

“Coursera” platformasında Oksford, Kembric, Stanford, Yel, Dyuk, London, Edinburq, Mançestr, Miçiqan, Con Hopkins, İllinoys, Florida, Sidney, eləcə də “Microsoft”, “Google”, “Meta”, IBM, “AWS”, “Oracle”, “Gitlab”, “Intel”, SAP, “Salesforce”, “Siemens” kimi dünyanın 350-yə yaxın ən nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin 13 mindən çox sahəvi kurs və proqramı “Milli Proqram” istifadəçiləri üçün əlçatandır.

“Milli Proqram” istifadəçiləri platformada 2500 təlimi Azərbaycan dilində altyazı ilə, ən çox tələb olunan 15 təlim isə “deep fake” texnologiyası ilə dublyajda izləyə bilərlər (təlimlərinsiyahısı - https://bit.ly/4ogG5Mw).

Proqram SOCAR, “PAŞA Holdinq”, bp, JOCAP və “Azerconnect Group” kimi aparıcı şirkətlərin tərəfdaşlığı ilə həyata keçirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Milli Proqram” çərçivəsində daha 7500 nəfər təlimlərə başlayıb

14-05-2025

“Milli Proqram” çərçivəsində 22 500 nəfər təlimləri tamamlayıb

07-08-2025

“Milli Proqram”a qeydiyyat davam edir

26-08-2025

Milli Proqram” çərçivəsində 7500 nəfər təlimlərdən yararlanıb

26-04-2025

“Milli Proqram”ın ikinci mərhələsi üçün qeydiyyat başlayıb

11-04-2025

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18-09-2025

“Milli Proqram” çərçivəsində 15000 nəfər 27000 təlimi uğurla tamamlayıb

01-07-2025

“Milli Proqram” istifadəçilərinin sayı 60 min nəfərə çatıb

26-01-2026

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib

15-03-2025

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib

02-04-2025

“Milli Proqram” istifadəçiləri 13 mindən çox kursdan yararlana bilər

08-10-2025

“Milli Proqram”da daha çox süni intellekt və data elminə üstünlük verilib

07-05-2025

"Milli Proqram"a qeydiyyat davam edir

20-08-2025

“Milli Proqram”a qeydiyyat davam edir

13-08-2025

“Coursera”da bir sıra kurslar ana dilinə dublyaj olunub

01-08-2025

“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” üzrə finala çıxıb

16-09-2024

“4Sİ Akademiyası” layihəsinin pilot mərhələsinin bağlanış mərasimi olub

09-10-2024

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”ın açılış proqramı keçirilir

30-05-2025

4SİM 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirib

18-02-2026

"Milli Proqram” çərçivəsində 75 mindən çox kurs tamamlanıb

02-12-2025

4SİM yerli universitetlər üçün infosessiya keçirib

03-10-2025

ASAN Karyera Akselerasiya Proqramı başlayır

20-04-2026

Yüksək Texnologiyalar Parkının istismar proqramı - seminar

19-03-2024

Azərbaycanlı tələbə beynəlxalq “IT bootcamp” proqramına seçilib

23-02-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə