Previous Next
Bağla

"Milli Proqram” çərçivəsində 75 mindən çox kurs tamamlanıb

02-12-2025 11:28
"Milli Proqram” çərçivəsində 75 mindən çox kurs tamamlanıb

“Milli Proqram”ın yarımillik nəticələrinə dair təqdimat mərasimi keçirilir.

Xeberler.az məlumat verir ki, tədbirdə 4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov çıxış edib.

Soltan Bayramov bildirib ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində olan Təhsilin İnkişafı Fondunun (TİF) qlobal öyrənmə platforması ABŞ-ın “Coursera” şirkəti ilə əməkdaşlığı çərçivəsində “4Sİ Akademiyası - Milli Proqram” həyata keçirilir.

Bu təşəbbüs “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində göstərilən hədəflərə, rəqəmsal cəmiyyətə keçid prosesinə və vətəndaşların əmək bazarında rəqabətqabiliyyətli qalması üçün zəruri bilik və bacarıqların formalaşdırılması çağırışlarına cavab olaraq hazırlanıb. “Milli Proqram” çərçivəsində vətəndaşlara 191 milyondan çox istifadəçisi ilə dünyanın ən böyük onlayn təhsil platforması olan “Coursera”da təqdim olunan 13.000-dən çox kursa ödənişsiz giriş imkanı yaradılıb. Eyni zamanda, 2.500 kurs Azərbaycan dilində altyazı ilə, ən çox seçilən 15 kurs isə süni intellekt texnologiyası vasitəsilə dublyajda təqdim olunur. Soltan Bayramov vurğulayıb ki, aprel ayından bu günədək “Milli Proqram” üzrə 75 mindən çox kurs tamamlanıb.

“Ölkənin insan kapitalının inkişafına xidmət edən bu genişmiqyaslı təşəbbüs dövlət qurumlarının əməkdaşlarının, eləcə də onların sıx tərəfdaşlıq etdiyi vətəndaş auditoriyasının maarifləndirilməsi və peşəkar inkişafının dəstəklənməsini hədəfləyir”, - deyə S.Bayramov əlavə edib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri səlahiyyətlərini icra edən İlqar Bayramlı çıxışında qeyd edib ki, yeni təhsil müəssisələrinin inşası və mövcud infrastrukturun yenilənməsi prosesində əvvəlki benefisiarların, həmçinin yeni tərəfdaşların fəal iştirakı xüsusi əhəmiyyət daşıyır. Bu proses cəmiyyətin müxtəlif sosial qruplarını – xüsusilə gəncləri – təhsilin inkişafına daha geniş şəkildə cəlb etməyə imkan yaradır: “4Sİ Akademiyası - Milli Proqram” kimi layihələr ölkədə insan kapitalının gücləndirilməsi baxımından mühüm addımdır. Yeni təhsil proqramları milli prioritetlərə uyğun şəkildə hazırlanır. Proqramların tətbiqi ölkədə yeni düşüncə tərzinin formalaşmasına, gənclərin daha yaradıcı, innovativ və məsuliyyətli şəkildə yetişməsinə zəmin yaradır. Biz inanırıq ki, həyata keçirilən bu layihələr sayəsində ölkəmizin təhsil sahəsi daha da güclənəcək və uzunmüddətli perspektivdə davamlı inkişaf təmin olunacaq”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Milli Proqram"a qeydiyyat davam edir

20-08-2025

“Milli Proqram”a qeydiyyat davam edir

13-08-2025

“Milli Proqram” çərçivəsində daha 7500 nəfər təlimlərə başlayıb

14-05-2025

“Milli Proqram” istifadəçilərinin sayı 60 min nəfərə çatıb

26-01-2026

“Milli Proqram” 2026-cı ilin aprel ayınadək davam edəcək

02-12-2025

Milli Proqram” çərçivəsində 7500 nəfər təlimlərdən yararlanıb

26-04-2025

“Coursera”da bir sıra kurslar ana dilinə dublyaj olunub

01-08-2025

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib

02-04-2025

“Milli Proqram”a qeydiyyat davam edir

26-08-2025

“Milli Proqram”ın ikinci mərhələsi üçün qeydiyyat başlayıb

11-04-2025

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib

15-03-2025

“4Sİ Akademiyası” layihəsinin pilot mərhələsinin bağlanış mərasimi olub

09-10-2024

“Milli Proqram” çərçivəsində 22 500 nəfər təlimləri tamamlayıb

07-08-2025

“Milli Proqram” istifadəçiləri 13 mindən çox kursdan yararlana bilər

08-10-2025

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”ın açılış proqramı keçirilir

30-05-2025

“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024”ün qalibi seçilib

18-09-2024

“Milli Proqram”da daha çox süni intellekt və data elminə üstünlük verilib

07-05-2025

“Milli Proqram” çərçivəsində 15000 nəfər 27000 təlimi uğurla tamamlayıb

01-07-2025

“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” üzrə finala çıxıb

16-09-2024

“Milli Proqram” çərçivəsində 69 min beynəlxalq sertifikat verilib

27-10-2025

4SİM 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirib

18-02-2026

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18-09-2025

4SİM Pekində keçirilən beynəlxalq forumda təmsil olunub

21-07-2025

“Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsinə başlanılıb

19-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə