Previous Next
Bağla

“Milli Proqram” çərçivəsində 22 500 nəfər təlimləri tamamlayıb

07-08-2025 10:22
“Milli Proqram” çərçivəsində 22 500 nəfər təlimləri tamamlayıb

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”ın 4-cü mərhələsinə start verilib. Proqram çərçivəsində növbəti 7500 vətəndaş “Coursera” onlayn təhsil platformasındakı təlimlərdən 6 həftə ərzində ödənişsiz istifadə imkanı qazanıb.

Xeberler.az bildirir ki, aprel ayından başlayan “Milli Proqram”da ümumilikdə 22 min 500 nəfər onlayn təhsil platformasından ödənişsiz yararlanıb. Vətəndaşlar 120 minə yaxın təlimə qoşulub. Təlimləri uğurla başa vuranlar 41 mindən çox beynəlxalq sertifikat əldə ediblər. İstifadəçilər daha çox süni intellekt və data elmi sahəsində təlimlərə üstünlük verib. Bununla yanaşı, layihələrin idarə olunması, yumşaq bacarıqlar, kibertəhlükəsizlik, eləcə də biznes sahəsi üzrə təlimlərə böyük maraq qeydə alınıb.

“Milli Proqram” çərçivəsində istifadəçilərin ən çox müraciət etdiyi 10 təlim aşağıdakılardır:

  1. Süni intellekt hamı üçün (AI For Everyone)
  2. Layihələrin idarəolunmasının əsasları (Foundations of Project Management)
  3. Süni intellektə giriş (Introduction to Artificial Intelligence)
  4. Data elminin əsasları: Data hər yerdə (Foundations: Data, Data, Everywhere)
  5. Liderlik bacarıqları (Leadership Skills)
  6. Süni intellekt, biznes və gələcəyin peşələri (AI, Business & the Future of Work)
  7. Layihələrin idarəolunmasının əsasları (Project Management Fundamentals)
  8. Data elmi nədir? (What is Data Science?)
  9. İngilis dilində peşəkar email yazışmaları (Write Professional Emails in English)
  10. Layihələrin idarəolunmasına giriş (Introduction to Project Management) 

“Coursera” platformasında Oksford, Stenford, Yel, Dyuk, London, Edinburq, Mançestr, Miçiqan, Con Hopkins, İllinoys, Florida, Sidney, eləcə də “Microsoft”, “Google”, “Meta”, IBM, “AWS”, “Oracle”, “Gitlab”, “Intel”, SAP, “Salesforce” kimi dünyanın 350-yə yaxın ən nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin 12 mindən çox sahəvi kurs və təlimi “Milli Proqram” istifadəçiləri üçün əlçatandır.

Qeyd edək ki, avqust ayından etibarən “Milli Proqram” çərçivəsində “Coursera” platformasında daha 5 təlim Azərbaycan dilinə dublyaj olunaraq vətəndaşların ixtiyarına verilib. Beləliklə, hazırda 15 ən çox tələb olunan  təlim Azərbaycan dilində təqdim olunur. (Kursların siyahısı - https://bit.ly/4ogG5Mw). 

“Milli Proqram” çərçivəsində daha bir yenilik yerli təhsil müəssisələrinin və özəl şirkətlərin “Course Builder” aləti vasitəsilə öz təlim və kurslarını “Coursera” platformasına inteqrasiya etməyə başlamasıdır. 

“Milli Proqram”ın əsas məqsədi Azərbaycanda rəqəmsal transformasiyanı sürətləndirmək, vətəndaşların dördüncü sənaye inqilabı texnologiyaları üzrə bilik və bacarıqlarını artırmaq və əmək bazarında rəqabətqabiliyyətli kadrların hazırlanmasına dəstək verməkdir. Proqram çərçivəsində 1 il ərzində on minlərlə istifadəçinin dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da təlimlərdən faydalanması nəzərdə tutulub. Azərbaycan vətəndaşları yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq https://form.4sim.gov.az saytından qeydiyyatdan keçərək bu imkandan yararlana bilirlər. 

Proqram SOCAR, “Paşa Holdinq”, bp, JOCAP və “Azerconnect Group” kimi aparıcı şirkətlərin tərəfdaşlığı ilə həyata keçirilir. 

Qeyd edək ki, ötən il “4Sİ Akademiyası”nın pilot mərhələsində 10 min nəfər “Coursera”dan faydalanıb, 4200-dən çox beynəlxalq sertifikat əldə olunub. Layihə 2024-cü ildə “Coursera” şirkəti tərəfindən “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin “Süni İntellekt İnno

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Milli Proqram” çərçivəsində 15000 nəfər 27000 təlimi uğurla tamamlayıb

01-07-2025

“Milli Proqram” istifadəçiləri 13 mindən çox kursdan yararlana bilər

08-10-2025

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18-09-2025

“Milli Proqram”da daha çox süni intellekt və data elminə üstünlük verilib

07-05-2025

“Milli Proqram”a qeydiyyat davam edir

26-08-2025

“Milli Proqram” çərçivəsində daha 7500 nəfər təlimlərə başlayıb

14-05-2025

Milli Proqram” çərçivəsində 7500 nəfər təlimlərdən yararlanıb

26-04-2025

“Milli Proqram”ın ikinci mərhələsi üçün qeydiyyat başlayıb

11-04-2025

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib

02-04-2025

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib

15-03-2025

“Milli Proqram” istifadəçilərinin sayı 60 min nəfərə çatıb

26-01-2026

“Milli Proqram” çərçivəsində 69 min beynəlxalq sertifikat verilib

27-10-2025

"Milli Proqram"a qeydiyyat davam edir

20-08-2025

“Milli Proqram”a qeydiyyat davam edir

13-08-2025

“Coursera”da bir sıra kurslar ana dilinə dublyaj olunub

01-08-2025

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”ın açılış proqramı keçirilir

30-05-2025

“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” üzrə finala çıxıb

16-09-2024

“4Sİ Akademiyası” layihəsinin pilot mərhələsinin bağlanış mərasimi olub

09-10-2024

“Course Builder” aləti ilə bağlı vebinar keçirilib

22-05-2026

“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024”ün qalibi seçilib

18-09-2024

Fariz Cəfərov: İşğaldan azad edilmiş ərazilərə köç etmiş vətəndaşlar üçün kurslar təşkil olunacaq

09-10-2024

"Milli Proqram” çərçivəsində 75 mindən çox kurs tamamlanıb

02-12-2025

4SİM 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirib

18-02-2026

Azərbaycanda 10 minə yaxın şəxs ödənişsiz 4Sİ texnologiyaları üzrə kursa qoşula biləcək

30-08-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə