Previous Next
Bağla

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18-09-2025 17:36
“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

“4Sİ Akademiyası” çərçivəsində həyata keçirilən “Milli Proqram”da indiyədək 30 min nəfər təlimlərə qoşulub, onlar 60 mindən çox təlimi  uğurla bitirblər. 

Xeberler.az bildirir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “4Sİ Akademiyası” çərçivəsində həyata keçirilən “Milli Proqram”ın 4-cü mərhələsi tamamlanıb. Bu mərhələdə “Milli Proqram”a qoşulan 7500 nəfər “Coursera” onlayn təhsil platformasında rekord sayda - 18 mindən çox təlimi uğurla bitirib. Vətəndaşlar daha əvvəlki mərhələlərdə maksimum 14 min təlimi uğurla başa vurmuşdular. 

Bu ilin aprel ayından başlayan Proqram çərçivəsində bu günədək ümumilikdə 30 min nəfər təhsil platformasında təqdim olunan təlimlərdən ödənişsiz yararlanmaq imkanı qazanıb. Vətəndaşlar 60 mindən çox təlimi uğurla başa vuraraq beynəlxalq səviyyəli sertifikatlar əldə ediblər. 

Bu gündən başlayaraq “Milli Proqram”ın 5-ci mərhələsinə start verilib. Beləliklə, növbəti 7500 nəfər 6 həftə ərzində platformada təqdim olunan kurslardan yararlanmaq imkanı əldə edib. 

“Milli Proqram” istifadəçiləri daha çox süni intellekt və data elmi sahəsində təlimlərə üstünlük verir. Bununla yanaşı, layihələrin idarə olunması, informasiya texnologiyaları, yumşaq bacarıqlar, kommunikasiya və dil, sosial elmlər, eləcə də biznes sahəsi üzrə təlimlərə də maraq artıb. 

Avqust ayından başlayaraq yerli universitetlər və şirkətlər “Milli Proqram” çərçivəsində öz kurs və təlimlərini “Course builder“ aləti vasitəsilə “Coursera” platformasında yerləşdirmək imkanı əldə ediblər. Ümumilikdə 25 təlim proqramı artıq platformada yerləşdirilib və bu proqramlar üzrə istifadəçilər 2000 təlimdə uğurla iştirak ediblər. “Milli Proqram” iştirakçılarının ən çox müraciət etdiyi 15 təlim üzrə 2-ci,4-cü və 7-ci yerlərdə yerli şirkətlərin hazırladığı proqramlar yer alır. 

“Milli Proqram” istifadəçilərinin ən çox müraciət etdiyi təlimlər:

  1. Süni intellekt hamı üçün (AI For Everyone);
  2. Rəqəmsal texnologiyanın gücü: STEM-də texnoloji trendlər;
  3. Layihələrin idarəolunması əsasları (Project Management Fundamentals);
  4. STEM-də Elmin rolu: Kəşflərə aparan yol;
  5. Layihələrin idarəolunmasının əsasları (Foundations of Project Management);
  6. Data elminin əsasları: Data hər yerdə (Foundations: Data, Data, Everywhere);
  7. Robotiksə giriş: STEM-də ağıllı sistemlər dünyası;
  8. Data elmi nədir? (What is Data Science?);
  9. Peşəkarlar üçün tənqidi düşünmə bacarıqları (Critical thinking skills for the Professional);
  10. Rəqəmsal transformasiya perspektivləri: Aqrobizneslər (Perspectives in Digital Transformation: Agribusiness);
  11. Süni intellektə giriş (Introduction to Artificial Intelligence);
  12. Liderlik bacarıqları (Leadership Skills);
  13. Süni intellekt, biznes və gələcəyin peşələri (AI, Business & the Future of Work);
  14. İngilis dilində peşəkar email yazışmaları (Write Professional Emails in English);
  15. Layihələrin idarəolunmasına giriş (Introduction to Project Management).

Proqramın məqsədi ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək məqsədilə dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır. Azərbaycan vətəndaşları yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq https://form.4sim.gov.az saytından qeydiyyatdan keçərək bu imkandan yararlana bilirlər.

“Coursera” platformasında Oksford, Stenford, Yel, Dyuk, London, Edinburq, Mançestr, Miçiqan, Con Hopkins, İllinoys, Florida, Sidney, eləcə də “Microsoft”, “Google”, “Meta”, IBM, “AWS”, “Oracle”, “Gitlab”, “Intel”, SAP, “Salesforce” kimi dünyanın 350-yə yaxın ən nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin 12 mindən çox sahəvi kurs və proqramı “Milli Proqram” istifadəçiləri üçün əlçatandır. 

“Milli Proqram” iştirakçıları platformada 2500 kursu Azərbaycan dilində altyazı ilə, ən çox tələb olunan 15 kursu isə “deep fake” texnologiyası ilə dublyaj vasitəsilə izləyə bilərlər (kursların siyahısı - https://bit.ly/4ogG5Mw). 

Proqram çərçivəsində 1 il ərzində on minlərlə istifadəçinin dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da təlimlərdən faydalanması nəzərdə tutulub. “Milli Proqram” SOCAR, “Paşa Holdinq”, bp, JOCAP və “Azerconnect Group” kimi aparıcı şirkətlərin tərəfdaşlığı ilə həyata keçirilir. 

Qeyd edək ki, “4Sİ Akademiyası”nın ilkin pilot mərhələsində 10 min nəfər təlimlərdən faydalanıb, 4200-dən çox beynəlxalq sertifikat əldə olunub. Layihə 2024-cü ildə “Coursera” şirkəti tərəfindən “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin “Süni İntellekt İnnovasiyası” kateqoriyası üzrə qalibi olub.

 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Milli Proqram” çərçivəsində 22 500 nəfər təlimləri tamamlayıb

07-08-2025

“Milli Proqram” çərçivəsində 15000 nəfər 27000 təlimi uğurla tamamlayıb

01-07-2025

“Milli Proqram” istifadəçiləri 13 mindən çox kursdan yararlana bilər

08-10-2025

“Milli Proqram” çərçivəsində daha 7500 nəfər təlimlərə başlayıb

14-05-2025

“Milli Proqram”da daha çox süni intellekt və data elminə üstünlük verilib

07-05-2025

Milli Proqram” çərçivəsində 7500 nəfər təlimlərdən yararlanıb

26-04-2025

“Milli Proqram”a qeydiyyat davam edir

26-08-2025

“Milli Proqram”ın ikinci mərhələsi üçün qeydiyyat başlayıb

11-04-2025

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib

02-04-2025

“Milli Proqram” istifadəçilərinin sayı 60 min nəfərə çatıb

26-01-2026

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib

15-03-2025

“Milli Proqram” çərçivəsində 69 min beynəlxalq sertifikat verilib

27-10-2025

"Milli Proqram"a qeydiyyat davam edir

20-08-2025

“Milli Proqram”a qeydiyyat davam edir

13-08-2025

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”ın açılış proqramı keçirilir

30-05-2025

“Coursera”da bir sıra kurslar ana dilinə dublyaj olunub

01-08-2025

“4Sİ Akademiyası” layihəsinin pilot mərhələsinin bağlanış mərasimi olub

09-10-2024

“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” üzrə finala çıxıb

16-09-2024

“Course Builder” aləti ilə bağlı vebinar keçirilib

22-05-2026

4SİM 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirib

18-02-2026

“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024”ün qalibi seçilib

18-09-2024

"Milli Proqram” çərçivəsində 75 mindən çox kurs tamamlanıb

02-12-2025

Fariz Cəfərov: İşğaldan azad edilmiş ərazilərə köç etmiş vətəndaşlar üçün kurslar təşkil olunacaq

09-10-2024

4SİM-də təcrübə keçən tələbə və könüllülərlə görüş keçirilib

13-01-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə