Previous Next
Bağla

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib

15-03-2025 08:26
“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib. Dünyanın 350-yə yaxın nüfuzlu universiteti və qabaqcıl texnologiya şirkətlərinin 8000-dən çox təliminə qeydiyyat başlayıb.

Xeberler.az məlumat verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu və ABŞ-ın “Coursera” şirkətinin birgə əməkdaşlığı ilə “Milli Proqram”a start verilib. SOCAR, “PASHA Holding”, bp və JOCAP şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilən proqram çərçivəsində 1 il ərzində on minlərlə istifadəçinin dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da təlimlərdən ödənişsiz faydalanması nəzərdə tutulub. Proqramın məqsədi ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır. Azərbaycan vətəndaşları yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq https://4sim.gov.az saytında qeydiyyatdan keçərək bu imkandan yararlana biləcəklər.

Qeydiyyatdan keçənlər “Coursera” onlayn platformasından istifadə etmək üçün 6 həftəlik lisenziya əldə edəcəklər. İstifadəçilər onlayn platformada Oksford, Stenford, Yel, Dyuk, London, Edinburq, Mançestr, Miçiqan, Con Hopkins, İllinoys, Florida, Sidney, eləcə də “Microsoft”, “Google”, “Meta”, IBM, AWS, “Oracle”, “Gitlab”, “Intel”, SAP, “Salesforce” kimi dünyanın 350-yə yaxın ən nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin kurs və təlimlərindən yararlanacaqlar. Platformada 4Sİ texnologiyaları, süni intellekt, maşın öyrənməsi, böyük verilənlər, data analitika, blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, eləcə də liderlik, şəxsi inkişaf və kommunikasiya kimi bacarıqlar da daxil olmaqla ümumilikdə 8000-ə qədər sahəvi kurs və proqramlar “Milli Proqram”istifadəçiləri üçün əlçatan olacaq. Kursları uğurla bitirənlər “Coursera” platforması tərəfindən beynəlxalq səviyyədə tanınan sertifikatlarla təltif olunurlar.

“Milli Proqram” çərçivəsində “Coursera” platformasında ən çox müraciət olunan 2500 kurs süni intellektin köməyi ilə Azərbaycan dilində altyazı ilə müşayiət olunacaq. Bundan əlavə, daha çox tələbatın olduğu 10 kurs isə süni intellektin “deep-fake” texnologiyası ilə Azərbaycan dilində səsləndiriləcək.

Bununla yanaşı, platformada “Hiring Solutions” (İşəgötürmə həlləri) aləti Azərbaycandakı işəgötürənlər üçün əlçatan olacaq. Müəssisələr bu alət vasitəsilə istədikləri bilik və bacarıqlara uyğun kursları bitirmiş şəxslər haqqında məlumat alacaqlar və onları işə dəvət edə biləcəklər. İstifadəçilər həmçinin, süni intellekt əsaslı “Coursera coach” bələdçi funksiyasından faydalanaraq təhsil və karyera hədəflərinə uyğun dərsləri seçəbiləcəklər.

Qeyd edək ki, ötən il “4Sİ Akademiyası”nın ilkin mərhələsində 10000 nəfər 1 il ərzində növbəli şəkildə “Coursera”platformasında ödənişsiz kurslardan faydalanıb. İştirakçılar 32 min saatdan çox kurs dinləyiblər, təlimləri uğurla tamamlayanlar ümumilikdə 4200 beynəlxalq sertifikat əldə ediblər. Layihə 2024-cü ildə “Coursera” şirkəti tərəfindən “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin “Süni İntellekt İnnovasiyası” kateqoriyası üzrə qalibi olub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib

02-04-2025

“Milli Proqram”ın ikinci mərhələsi üçün qeydiyyat başlayıb

11-04-2025

“Milli Proqram” çərçivəsində daha 7500 nəfər təlimlərə başlayıb

14-05-2025

Milli Proqram” çərçivəsində 7500 nəfər təlimlərdən yararlanıb

26-04-2025

“Milli Proqram”da daha çox süni intellekt və data elminə üstünlük verilib

07-05-2025

“Milli Proqram” çərçivəsində 15000 nəfər 27000 təlimi uğurla tamamlayıb

01-07-2025

“Milli Proqram”a qeydiyyat davam edir

26-08-2025

“Milli Proqram” çərçivəsində 22 500 nəfər təlimləri tamamlayıb

07-08-2025

“4Sİ Akademiyası” layihəsinin pilot mərhələsinin bağlanış mərasimi olub

09-10-2024

“Milli Proqram” istifadəçiləri 13 mindən çox kursdan yararlana bilər

08-10-2025

"Milli Proqram"a qeydiyyat davam edir

20-08-2025

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18-09-2025

“Milli Proqram” istifadəçilərinin sayı 60 min nəfərə çatıb

26-01-2026

“Coursera”da bir sıra kurslar ana dilinə dublyaj olunub

01-08-2025

“Milli Proqram”a qeydiyyat davam edir

13-08-2025

“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” üzrə finala çıxıb

16-09-2024

“Milli Proqram” çərçivəsində 69 min beynəlxalq sertifikat verilib

27-10-2025

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”ın açılış proqramı keçirilir

30-05-2025

“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024”ün qalibi seçilib

18-09-2024

Fariz Cəfərov: İşğaldan azad edilmiş ərazilərə köç etmiş vətəndaşlar üçün kurslar təşkil olunacaq

09-10-2024

Azərbaycanda 10 minə yaxın şəxs ödənişsiz 4Sİ texnologiyaları üzrə kursa qoşula biləcək

30-08-2023

"Milli Proqram” çərçivəsində 75 mindən çox kurs tamamlanıb

02-12-2025

4SİM 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirib

18-02-2026

“Course Builder” aləti ilə bağlı vebinar keçirilib

22-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə