Previous Next
Bağla

“mygov” portalına yeni təhsil sənədləri və məlumatları əlavə olunub

19-07-2024 17:34
 “mygov” portalına yeni təhsil sənədləri və məlumatları əlavə olunub

19 iyul tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin birgə brifinqi keçirilib.

Brifinqdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinin müavini Rəşad Xalıqov, Rəqəmsal məhsulların inkişafı departamentinin rəhbəri Vurğun Hacıyev, Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov və Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz təqdimatlarla çıxış edib.

Tədbirdə ilkin olaraq İRİA-nın sədr müavini Rəşad Xalıqov Azərbaycan Texniki Universitetinə bakalavr səviyyəsində sənəd qəbulunun rəqəmsallaşdırılmasından danışıb. Bildirib ki, artıq vətəndaşlar sənəd qəbulu prosesini portal.edu.az vasitəsilə tam rəqəmsal formada həyata keçirə biləcək. Eyni zamanda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan-Fransız Universitetində (UFAZ) də sənəd qəbulunun rəqəmsallaşdırılması üzrə işlərə başlanıldığı da qeyd olunub.


Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz kağızdan azad olub rəqəmsallaşmaya keçidin universitetə yeni qəbul olmuş tələbələrin işini əhəmiyyətli dərəcədə asanlaşdırdığını vurğulayıb:

“Onlar evdən çıxmadan rəqəmsal formada sənədləşmə işlərini apara biləcəklər. Bu addımı rəqəmsəl hökumət quruculuğu baxımından böyük uğur hesab edə bilərik. Digər universitetlər də bundan qısa zaman ərzində istifadə etsələr uğurlu nəticələr əldə etmək olar”

Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov çıxışında “mygov” üzərindən təhsil arayışlarının, məzunların arayışlarını rəqəmsal formada əldə etməyin əhəmiyyətindən danışıb. O, gələcəkdə sistem üzərindən digər xidmətlərin də aktivləşəcəyini, bir sıra proseslərin rəqəmsallaşacağını vurğulayıb.

Brifinqdə daha sonra Rəqəmsal məhsulların inkişafı departamentinin rəhbəri Vurğun Hacıyev “mygov” portalına daha 6 təhsil sənədi və məlumatların yerləşdirilməsi mövzusunda təqdimat edib. Belə ki, vətəndaşlar artıq portalda “Peşə təhsili sənədləri haqqında məlumatlarım”, “Ümumi təhsil haqqında məlumatlarım”, “Cari ali və ortaixtisas təhsili haqqında məlumatlarım”, “Cari ümumi təhsil haqqında məlumatlarım”, “Cari peşə təhsili haqqında məlumatlarım”, “Övladlarımın cari ümumi təhsili haqqında məlumatları” kimi təhsil sənədləri və məlumatlarını elektron formada əldə edə bilərlər. Bunlarla birlikdə ümumilikdə 10 təhsil sənədi və məlumatı tam rəqəmsal formada vətəndaşlara təqdim olunur.

Həmçinin, vətəndaşlar təhsil məlumatlarını “mygov” tətbiqi üzərindən QR kod vasitəsilə paylaşmaq, PDF formatda yükləmək və paylaşmaq, o cümlədən yaranmış problemi “Dəstək” bölməsinə müraciət edərək aradan qaldıra biləcək. Eyni zamanda portalda təhsil məlumatlarının nə vaxt, kiminlə, harada paylaşıldığının tarixçəsinə də nəzər yetirmək mümkündür.

Bununla da sözügedən məlumatları əldə etmək üçün qurumlara müraciət etməyə və növbə gözləməyə ehtiyac qalmayacaq, kağız sənəddən istifadə minimuma enəcək.

Bundan əlavə, “mygov” tətbiqində “Sənədlər” bölməsində tələbə kartının rəqəmsal versiyası da təqdim olunur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Təhsil sənədlərinin “mygov” üzərindən təqdim olunması artıq tam hüquqidir

10-01-2026

Nazirlik rəsmisi: 8 növ təhsil xidməti “myGov”a inteqrasiya edilib

24-02-2026

"İmtahana buraxılış vərəqəm" məlumatları “mygov”a inteqrasiya olunub

05-05-2025

Hərbi xidmətlə bağlı məlumatlar “mygov”a inteqrasiya edilib

02-06-2025

Bütün təhsil sənədləri tamamilə elektronlaşdırılacaq

24-02-2026

Bir sıra rəqəmsal sənəd və məlumatlar vətəndaşların istifadəsinə verilib

13-02-2025

“Müəllim” mobil tətbiqi istifadəyə verilir

24-02-2026

Rəqəmsal diplomlar nə zaman veriləcək?

19-10-2023

"mygov"a yeni təhsil xidmətləri inteqrasiya edilib

14-05-2026

İRİA: "Türkiyə ilə rəqəmsal sənəd dövriyyələrinin inteqrasiyasını planlaşdırırıq"

13-12-2024

Nikahın qeydə alınması “mygov”a inteqrasiya edilib

19-11-2024

“mygov”da tibbi məlumatlara çıxış imkanları genişlənib

30-05-2025

“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!

23-09-2024

“mygov” platformasına yeni tibbi məlumatlar inteqrasiya olunub

07-07-2025

"Mygov Checker" tətbiqi yaradılıb

11-03-2024

Məhkumluq haqqında arayışı "Mygov" vasitəsilə əldə etmək olacaq

28-10-2024

Yenilənmiş "mygov" platforması 1 yaşını qeyd edir

12-09-2025

Rəqəmsal şəxsiyyət vəsiqələrinin doğruluğu necə yoxlanılır?

10-12-2024

Azərbaycanda kağız diplom dövrü başa çatır - Osman Gündüz

09-01-2026

Nəqliyyat sahəsi üzrə bu xidmətlərə “mygov”dan müraciət etmək mümkündür

16-05-2026

Təhsil haqqında dövlət sənədləri elektron formada veriləcək

08-01-2026

Təhsil Nazirliyində yeni təyinat

19-02-2018

Laborator analiz nəticələrini “mygov”dan öyrənmək mümkündür

04-12-2024

Sərhədkeçmə məlumatları “mygov”a inteqrasiya edilib

05-01-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə