Previous Next
Bağla

Rəqəmsal diplomlar nə zaman veriləcək?

19-10-2023 17:56
Rəqəmsal diplomlar nə zaman veriləcək?

Prezident 2020-ci ildə “Təhsil haqqında” qanuna edilən dəyişikliyi təsdiqləyib.

Yeni qaydalara görə təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd (diplom, attestat və s.) formasında təhsil haqqında dövlət sənədi verilməlidir.

Bu tələb ali məktəb diplomlarına, orta ixtisas təhsili müəssisələrinin və peşə məktəblərinin diplomlarına, ümumtəhsil məktəblərinin attestatlarına və təhsil arayışlarına da şamil olunacaq.

Xeyli müddət keçməsinə baxmayaraq hələlik ETN rəqəmsal təhsil sənədlərinin verilməsinə başlamayıb.

Bildiyim qədər ETN artıq bununla bağlı yeni Qaydaları hazırlayıb və digər qurumlarla razılaşdırmalara təqdim edib.

Düşünmək olar ki, bu xidmətin reallaşması üçün bir neçə dövlət qurumunun informasiya sistemlərinin də inteqrasiyasına ehtiyac var.

Bizdə isə məlum olduğu kimi, müəyyən işlər görülsə də, hələlik dövlət qurumları arasında inteqrasiya prosesləri tam başa çatmayıb.

Ümid edirəm RİNN-in İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin də dəstəyi ilə, cari tədris ilinin sonuna ETN "rəqəmsal diplom" xidmətini reallaşdıra biləcək.

Yeri gəlmişkən, İRİA açıqlayıb ki, hazırda MyGov-da olan bəzi sənədləri rəqəmsallaşdıracaq. Məlum olduğu kimi hazırda bu servisdə olan hansısa məlumatlar sadəcə bir informasiyadır, hüquqi qüvvəsi olan bir sənəd hesab edilmir.

Ümid edirəm, diplomlar haqqında məlumatlar da İRİA-nın rəqəmsallaşmaq istədiyi sənədlər siyahsına daxil edilib.

Ümumiyyətlə isə, diplomların, attestatların, hansısa sertifikatların rəqəmsal formada təqdim edilməsi, onların rəqəmsal bazalarda yerləşdirilməsi əhəmiyyətli bir addımdır.

Bununla da saxtakarlığın, saxta diplomların qarşısnı almaq, bu tip sənədlərin həqiqiliyini yoxlamaq daha asan olacaq.

Həmçinin rəqəmsal təhsil sənədləri bazalarına giriş imkanı olanlar üçün mütəxəssislərlə bağlı daha güvənli və əlçatan informasiyalar formalaşmış olacaq.

Müşahidələr göstərir ki, adətən bizdə diplomların verilməsi xeyli ləngiyir. Rəqəmsallaşandan sonra isə təhsili bitirənlər dərhal bu sənədi əldə edə biləcəklər.

Düşünmək olar ki, bundan sonra diplomların notarial təsdiqi də öz əhəmiyyətini itirmiş olacaq.

Yeri gəlmişkən, xatırladıram ki, hazırda MyGov-da Elm və Təhsil Nazirliyi tərəfindən təqdim edilən "Diplom haqqında arayış" adlı elektron xidmət var. Təəssüf ki, hələlik bu bazadan yalnız məhdud bir dövr üçün diplomlar haqqında məlumat əldə etmək mümkündür. Bir müddət bu istiqamətdə sürətli işlər getsə də sonradan bu proses xeyli ləngidir.

Osman Gündüz,

Azərbaycan İnternet Forumunun prezidenti, ekspert

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Təhsil sənədlərinin “mygov” üzərindən təqdim olunması artıq tam hüquqidir

10-01-2026

Azərbaycanda kağız diplom dövrü başa çatır - Osman Gündüz

09-01-2026

Nazirlik elektron xidmətlərlə bağlı qalmaqallı ittihamlara cavab verdi

29-03-2021

Elm və Təhsil Nazirliyi yeni elektron xidmət hazırlayıb

19-08-2023

Nazirlik rəsmisi: 8 növ təhsil xidməti “myGov”a inteqrasiya edilib

24-02-2026

Diplomların vahid elektron məlumat bazası yekunlaşır

19-08-2015

“Bütün diplomlar elektron formada olacaq” – Nazirlikdən açıqlama

29-01-2015

Təhsil haqqında dövlət sənədləri elektron formada veriləcək

08-01-2026

Hansı universitet məzun günündə diplom verə bilir ?

20-06-2024

Təhsil nazirliyi diplom bazasını 5 ildir niyə yeniləmir?

12-03-2021

“mygov” portalına yeni təhsil sənədləri və məlumatları əlavə olunub

19-07-2024

Şəxsi sənədlər rəqəmsallaşdırılır

13-06-2024

Şəxsi sənədlər rəqəmsallaşdırılır

13-06-2024

Ekspert: TN, DİM və ali təhsil müəssisələri informasiya sistemlərini inteqrasiya etməlidir

19-07-2022

Rəqəmsal notariat: Qazaxıstan və Azərbaycan

25-10-2023

Bütün təhsil sənədləri tamamilə elektronlaşdırılacaq

24-02-2026

Azərbaycan Türkiyədə distant təhsil alanların diplomlarını tanıyacaqmı?

17-02-2023

Vətəndaşlara aid diplom məlumatlarının dəqiqliyi yoxlanılıb

04-07-2025

Azərbaycanda yeni Super Portal istifadəyə veriləcək

21-07-2023

Ekspert:Bir Nazirlik nə qədər kütləvi imtahan təşkil edə bilər?

30-08-2022

Ekspert: Qəbul edilən yeni sənədlər RİNN-nin sektorda rolunu gücləndirəcək

14-08-2025

AzTU-ya qəbul olunanlardan kağız formada heç bir sənəd tələb olunmayacaq

05-07-2024

Ekspert: Təhsil qurumlarının eGov-a inteqrasiyası başa çatmayıb

10-08-2019

Rəqəmsal Məcəllədən nə xəbər var ?

15-01-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə