Previous Next
Bağla

Məhkumluq haqqında arayışı "Mygov" vasitəsilə əldə etmək olacaq

28-10-2024 12:19
Məhkumluq haqqında arayışı "Mygov" vasitəsilə əldə etmək olacaq

Məhkumluq haqqında arayışı almaq üçün fiziki olaraq xidmət mərkəzlərinə getməyə artıq ehtiyac qalmayacaq. Vətəndaşlar bu prosesi tam rəqəmsal formada “mygov” platforması üzərindən həyata keçirə biləcəklər.

Xeberler.az məlumat verir ki, bu yenilik sayəsində vətəndaşlar iş yeri və ya şəxsi məqsədlər üçün tələb olunan məhkumluq haqqında arayışı rahatlıqla və qısa müddətdə əldə edəcəklər.

Məhkumluq haqqında arayışı əldə etmək üçün vətəndaş “mygov”a giriş edərək “Xidmətlər” bölməsindən “Məhkumluq haqqında arayış” xidmətinə daxil olur. Arayışın hansı məqsədlə tələb olunduğunu bildirmək üçün “İş yeri” və ya “digər” variantlarından birini seçir.

İş yeri seçildiyi halda vətəndaş əldə etdiyi arayışı fiziki formada quruma təqdim etmək məcburiyyətində qalmır, arayış hazır olan zaman onun nüsxəsi ƏMAS sisteminə rəqəmsal qaydada ötürülür. Arayışın göndəriləcəyi qurumu iki üsulla axtarmaq mümkündür:

1.Qurumun adını qeyd edərək

2.Qurumun VÖEN-ni daxil edərək

Digər şəxsi məqsədlər üçün arayış tələb edildikdə isə, sistem vətəndaşı birbaşa müraciət ekranına yönləndirir. Daha sonra vətəndaş arayış üçün göndəriləcək müraciət ərizəsində tələb olunan şəxsi məlumatları yoxlayır. Məlumatlar tam və düzgün olduqda, “Ərizəni oxudum” bölməsini təsdiq edir və “Göndər” düyməsinə klikləyərək müraciətini quruma göndərir. Yaxın günlərdə “mygov”un yenilənmiş versiyasında vətəndaş, müraciət təsdiqləndikdən sonra arayışın hazır olduğu barədə bildiriş ala biləcək. Qeyd edək ki, müraciət 1 iş günü ərzində təsdiq olunur. Arayışı, həmçinin PDF formatında “Şəxsi məlumatlarım” bölməsindən yükləmək mümkündür.

Vətəndaşlar, “Xidmətin tarixçəsi” bölməsindən bütün müraciətlərinin siyahısını izləyə bilər. Müraciət cavablandırılana qədər vətəndaş tərəfindən yeni müraciət göndərilə bilməz, müraciət tamamlandıqdan sonra yenidən müraciət etmək mümkündür.

Bu rəqəmsal xidmət vətəndaşlara daha sürətli, rahat və çevik təcrübə təqdim etməklə, fiziki olaraq dövlət qurumlarına və xidmət mərkəzlərinə müraciət etmə zərurətini aradan qaldırır. Bunun sayəsində vətəndaşlar vaxtlarına və digər resurslarına qənaət edərək əlavə xərclərdən azad olur. Xidmət bu prosesdə kağız sərfiyyatını minimuma endirərək ətraf mühitə də öz müsbət təsirini göstərir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Məhkumluq haqqında arayışı ƏMAS-dən əldə etmək mümkündür

Məhkumluq haqqında arayışı ƏMAS-dən əldə etmək mümkündür

29-11-2024
Ailə üzvləri haqqında arayışı “mygov”dan əldə etmək mümkündür

Ailə üzvləri haqqında arayışı “mygov”dan əldə etmək mümkündür

21-04-2025
“Subaylıq haqqında arayış” "Mygov"a inteqrasiya edilib

“Subaylıq haqqında arayış” "Mygov"a inteqrasiya edilib

10-03-2025
Məhkumluq haqqında arayışın İKZF-yə rəqəmsal təqdim edilməsi mümkün olub

Məhkumluq haqqında arayışın İKZF-yə rəqəmsal təqdim edilməsi mümkün olub

27-05-2025
Vətəndaşlar iş yerinə dair arayışı “mygov”dan da əldə edə biləcəklər

Vətəndaşlar iş yerinə dair arayışı “mygov”dan da əldə edə biləcəklər

13-11-2025
Məhkumluq haqqında arayış "mygov" üzərindən təqdim olunacaq

Məhkumluq haqqında arayış "mygov" üzərindən təqdim olunacaq

17-09-2024
Daha bir elektron xidmət “mygov”a inteqrasiya edilib

Daha bir elektron xidmət “mygov”a inteqrasiya edilib

03-04-2025
 İş yerinə dair elektron arayış alanların sayı artıb

İş yerinə dair elektron arayış alanların sayı artıb

17-04-2017
Nəqliyyat sahəsi üzrə bu xidmətlərə “mygov”dan müraciət etmək mümkündür

Nəqliyyat sahəsi üzrə bu xidmətlərə “mygov”dan müraciət etmək mümkündür

16-05-2026
Nikahın qeydə alınması “mygov”a inteqrasiya edilib

Nikahın qeydə alınması “mygov”a inteqrasiya edilib

19-11-2024
İş yerinə dair 111 mindən çox e-arayış alınıb

İş yerinə dair 111 mindən çox e-arayış alınıb

12-06-2017
"mygov"dan istifadə edən vətəndaşların sayı 2 milyonu ötüb

"mygov"dan istifadə edən vətəndaşların sayı 2 milyonu ötüb

24-11-2025
 “İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı açıqlanıb

“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı açıqlanıb

06-05-2017
Məhkumluq arayışlarını portaldan əldə etmək mümkün olacaq

Məhkumluq arayışlarını portaldan əldə etmək mümkün olacaq

21-01-2025
Rəqəmsal şəxsiyyət vəsiqələrinin doğruluğu necə yoxlanılır?

Rəqəmsal şəxsiyyət vəsiqələrinin doğruluğu necə yoxlanılır?

10-12-2024
"Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması" elektron xidməti istifadəyə verilib

"Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması" elektron xidməti istifadəyə verilib

02-06-2021
Suya görə borcun olması barədə arayış elektronlaşdırılır

Suya görə borcun olması barədə arayış elektronlaşdırılır

30-06-2015
Vətəndaşlar daha 4 arayışı elektron formada əldə edə biləcəklər

Vətəndaşlar daha 4 arayışı elektron formada əldə edə biləcəklər

15-04-2015
Xalq Bankdan yeni xidmət – elektron arayış

Xalq Bankdan yeni xidmət – elektron arayış

02-10-2015
İş yerinə dair 670 min e- arayış alınıb

İş yerinə dair 670 min e- arayış alınıb

26-09-2017
İş yerinə dair arayış e-xidmətindən istifadə sayı açıqlandı

İş yerinə dair arayış e-xidmətindən istifadə sayı açıqlandı

09-08-2017
“mygov” ilə dövlət qurumlarına rəsmi məktub göndərilməsi mümkün olub

“mygov” ilə dövlət qurumlarına rəsmi məktub göndərilməsi mümkün olub

03-12-2025
 Nazirlikdən 47 min 546 nəfər elektron arayış alıb

Nazirlikdən 47 min 546 nəfər elektron arayış alıb

27-04-2015
Elektron arayışları necə əldə etmək olar?

Elektron arayışları necə əldə etmək olar?

06-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə