Previous Next
Bağla

Azərbaycanda kağız diplom dövrü başa çatır - Osman Gündüz

09-01-2026 13:28
Azərbaycanda kağız diplom dövrü başa çatır - Osman Gündüz

Azərbaycanda diplomlar, attestatlar və digər təhsil sənədləri bundan sonra yalnız rəqəmsal formada təqdim ediləcək. Bununla bağlı hökumət tərəfindən müvafiq qərar qəbul olunub.

Xeberler.az bildirir ki, bununla bağlı Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz sosial şəbəkə hesabında paylaşdığı statusda qeyd edib ki, bu qərar Prezidentin hələ 2020-ci ildə “Təhsil haqqında” qanuna edilmiş dəyişikliklərin təsdiqi ilə bağlı fərmanında nəzərdə tutulsa da, sənədin qəbulu uzun müddət gecikib.

Ekspertin sözlərinə görə, bu yanaşma dünyada az sayda ölkənin tətbiq etdiyi qabaqcıl və cəsarətli model hesab olunur. Bir çox inkişaf etmiş ölkələrdə hələ də əsas hüquqi sənəd kağız diplom sayıldığı halda, Azərbaycan birbaşa rəqəmsal sənədə hüquqi qüvvə verən və kağız daşıyıcını dövriyyədən çıxaran ölkələr sırasında yer alır:

"Yeni qaydalara əsasən, təhsil sənədləri təhsil müəssisələri tərəfindən məzunların məlumatlarının Elm və Təhsil Nazirliyinin Təhsil Məlumatlarının İdarəetmə Sisteminə (TMİS) daxil edilməsi əsasında elektron formada yaradılacaq. Diplom və attestat məlumatları eyni zamanda myGov şəxsi kabinetində yerləşdiriləcək və tam hüquqi qüvvəyə malik olacaq. Sənədlərin həqiqiliyi onlayn yoxlama və QR-kod mexanizmləri vasitəsilə təsdiqlənəcək".

Osman Gündüz vurğulayıb ki, bu modeldə universitetlərin və təhsil müəssisələrinin rolu əhəmiyyətli dərəcədə artırılır. Artıq ali təhsil müəssisələri diplom blanklarının mərkəzləşdirilmiş şəkildə paylanmasından asılı olmayacaq, məzun məlumatlarını birbaşa dövlət sisteminə daxil edəcək. Qaydalara əsasən, diplomların maksimum 10 iş günü ərzində hazırlanması nəzərdə tutulur və məzunların diplomlarını məzun olduqları gün əldə etməsi mümkün olacaq.

Ekspertin sözlərinə görə, bu dəyişiklik universitetlərin diplomların vaxtında verilməsi ilə bağlı məsuliyyətini artırmaqla yanaşı, təhsil müəssisələrinin institusional rolunu da gücləndirir. Eyni zamanda, saxta diplomlarla mübarizə daha effektiv mərhələyə keçəcək – elektron sənədlərin mərkəzləşdirilmiş reyestrdə yaradılması, onlayn yoxlanması və arxa tarixlə sənəd tərtibinin mümkünsüzlüyü saxtakarlığın qarşısını alacaq.

O, qeyd edib ki, bu model işəgötürənlər və qurumlar üçün sənədlərin ani yoxlanılması imkanını yaradır, notarial təsdiq tələblərini aradan qaldırır və artıq heç bir universitet qəbul zamanı attestat tələb edə bilməyəcək.

Osman Gündüz ilkin mərhələdə müəyyən texniki risklərin ola biləcəyini bildirsə də, Elm və Təhsil Nazirliyinin bütün təhsil müəssisələrinin hazırlığını gücləndirəcəyinə ümid etdiyini bildirib. O, həmçinin rəqəmsal diplomların xaricdə tanınması üçün Apostil mexanizmlərinin Xarici İşlər Nazirliyi ilə birgə hazırlanmasının vacibliyini vurğulayıb.

Ekspertin fikrincə, Azərbaycanın seçdiyi bu model təhsildə şəffaflığı və etimadı artıracaq, vətəndaş məmnunluğunu yüksəldəcək və rəqəmsal hökumət quruculuğu sahəsində nümunəvi təcrübə kimi çıxış edəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Rəqəmsal diplomlar nə zaman veriləcək?

19-10-2023

Təhsil sənədlərinin “mygov” üzərindən təqdim olunması artıq tam hüquqidir

10-01-2026

Diplomların vahid elektron məlumat bazası yekunlaşır

19-08-2015

Nazirlik elektron xidmətlərlə bağlı qalmaqallı ittihamlara cavab verdi

29-03-2021

Azərbaycan Türkiyədə distant təhsil alanların diplomlarını tanıyacaqmı?

17-02-2023

Təhsil nazirliyi diplom bazasını 5 ildir niyə yeniləmir?

12-03-2021

Təhsil haqqında dövlət sənədləri elektron formada veriləcək

08-01-2026

“mygov” portalına yeni təhsil sənədləri və məlumatları əlavə olunub

19-07-2024

Bütün təhsil sənədləri tamamilə elektronlaşdırılacaq

24-02-2026

“Bütün diplomlar elektron formada olacaq” – Nazirlikdən açıqlama

29-01-2015

Ekspert: Xarici distant diplomun tanınmaması üçün heç bir hüquqi əsas yoxdur

18-01-2021

Ekspert: TN, DİM və ali təhsil müəssisələri informasiya sistemlərini inteqrasiya etməlidir

19-07-2022

Ekspert: Xarici universiteti distant formada bitirənlərin diplomunun tanınması nə üçün müşkülə çevrilib?

02-01-2021

Ekspert: Təhsil qurumlarının eGov-a inteqrasiyası başa çatmayıb

10-08-2019

Osman Gündüz: "Rəqəmsal şəxsiyyət vəsiqəsini tanımaqdan imtina halları ictimailəşdirilməlidir"

27-09-2024

Elm və Təhsil Nazirliyi yeni elektron xidmət hazırlayıb

19-08-2023

Diplomların tanınması ilə bağlı qurumlar müəyyənləşib

27-03-2019

Distant formada təhsil alanların sənədləri tanınacaqmı ?

13-08-2013

Nazirlik rəsmisi: 8 növ təhsil xidməti “myGov”a inteqrasiya edilib

24-02-2026

Sağlamlıq haqqında tibbi arayışlar məktəbəqədər təhsil müəssisələrinin elektron sisteminə inteqrasiya olunur

12-02-2025

Vətəndaşlara aid diplom məlumatlarının dəqiqliyi yoxlanılıb

04-07-2025

Azərbaycanda daha 23 sənəd rəqəmsal formata keçirilib

28-01-2025

Ali təhsil haqqında arayışları da online ala biləcəyik

11-04-2015

Taksi sürücülərindən tələb ediləcək sənədlər açıqlandı

01-12-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə