Previous Next
Bağla

“Proqramlaşdırma yarışlarına hazırlıq” adlı kitab proqramlaşdırma müsabiqələrinə hazırlaşanlar üçün dəyərli vəsaitdir

19-10-2023 15:23
 “Proqramlaşdırma yarışlarına hazırlıq” adlı kitab proqramlaşdırma müsabiqələrinə hazırlaşanlar üçün dəyərli vəsaitdir

Yarış proqramlaşdırması ən perspektivli intellektual idman növlərindən biridir. Bu yarışlara ən iti zəkalı şagird və tələbələr həvəs göstərir.

Olimpiada proqramlaşdırmasının getdikcə populyarlaşması insan həyatının digər sahələrinə də müsbət təsir göstərməkdədir. Ən mürəkkəb məsələləri məhdud bir zamanda həll etmək bacarıqları gənclərə gələcəkdə bəşəriyyətin qarşılaşdığı gerçək problemlərlə səmərəli məşğul olmağa kömək edəcəkdir.

Bu günlərdə İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru İsmayıl Calallı (Sadıqov) və ADA Universitetinin müəllimi, dosent, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Mixail Medvedyevin həmmüəllifi olduqları “Proqramlaşdırma yarışlarına hazırlıq” adlı vəsait “Bakınəşr” tərəfindən işıq üzü görüb.

Kitabda proqramlaşdırma olimpiadalarının keçirilmə mexanizmi və onlara hazırlaşmağın yolları ətraflı təsvir edilir, əsas mövzular və alqoritmlər təhlil olunur.

Vəsait ilk növbədə, proqramlaşdırma müsabiqələrinə hazırlaşan şagird və tələbələr, onların müəllimləri üçün nəzərdə tutulmuşdur. Bu kitab eyni zamanda informatika təmayüllü liseylər üçün də faydalı dərs vəsaiti olacaqdır. Vəsaitdən ali və orta ixtisas təhsili müəssisələrinin informasiya-komminikasiya texnologiyaları ixtisaslarının tələbələri də yararlana bilərlər.

Kitabın materialları “IOI” sillabusu əsasında seçilib. Belə ki, məhz bu proqram Beynəlxalq İnformatika Olimpiadalarında təklif oluna biləcək mövzuları müəyyən edir. Kitabdakı bütün nümunələr C++ dilində yazılmışdır. Proqram kodları əksər müasir yarışlarda icazə verilən C++11 standartına uyğundur.

11 bölmədən ibarət kitabın hər bölməsinin sonunda yer alan “Praktikum” hissəsində mövzu ilə bağlı məsələlər və onların həll alqoritmləri verilir. Həmçinin mövzunun mənimsənilməsini möhkəmləndirmək məqsədilə müstəqil iş üçün “Eolymp” portalından əlavə məsələlər tövsiyə olunur. 

Qeyd edək ki, Azərbaycan dilində proqramlaşdırma olimpiadaları ilə bağlı işıq üzü görmüş üçüncü nəşr olan bu kitab Azərbaycanda yarış proqramlaşdırmasının əsasını qoymuş, Beynəlxalq İnformatika Olimpiadalarında Azərbaycan komandasına rəhbərlik etmiş görkəmli alim və pedaqoq Ramin Mahmudzadənin əziz xatirəsinə ithaf olunur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Proqramlaşdırmanın əsaslarına dair yeni kitab çap olunub

21-11-2020

“Delphi 7 və proqramlaşdırma” kitabının təqdimat mərasimi keçiriləcək

16-11-2009

“Beynəlxalq informatika olimpiadaları” kitabının təqdimatı keçirilib

30-04-2012

“İnformatika. 555 test” kitabı işıq üzü görüb

11-06-2015

İnformatikada işlədilən terminlərin 3 dildə izahı-Yeni kitab

28-03-2017

“Proqramlaşdırma texnologiyaları” adlı dərs vəsaiti hazırlanıb

10-03-2026

Abituriyentlər üçün informatikadan tədris vəsaitinin 1-ci hissəsi nəşr olunub

07-07-2022

Daha bir informatika portalı istifadəyə verilib

16-09-2015

Mobil hesablama buludları ilə bağlı kitab nəşr olunub

05-02-2018

İnformatika.edu.az portalı istifadəyə verilib

06-09-2015

Şəbəkə texnologiyaları ilə bağlı yeni kitab

23-01-2018

Məktəblərdə informatikanın tədrisi müzakirə olunacaq

02-12-2015

Müəllimlər arasında proqramlaşdırma üzə yarışlar keçiriləcək

28-10-2016

“İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar” kitabı işıq üzü görüb

01-08-2013

“Delphi 7 və proqramlaşdırma” kitabının təqdimat mərasimi keçirilib

19-11-2009

Azərbaycanın "Şöhrət" ordenli alimi vəfat edib

09-08-2022

Google əməkdaşı məktəblilərimizə master klass keçdi

11-02-2025

İnformatika müəllimləri üçün təlimlər keçirilib

14-07-2021

İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq qruplarına seçmə imtahanı keçirilib

14-10-2024

“Bu kitabla proqramlaşdırmanı daha asan öyrənə bilərsiniz”

27-05-2016

Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycanın növbəti uğuru

01-08-2023

8-ci siniflərdə Python proqramlaşdırma dili istifadəyə verildi

30-07-2015

Azercell Cup 2024 qalibləri beynəlxalq olimpiadalara hazırlaşırlar

08-11-2024

Bakıda keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq görülür

30-09-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə