Previous Next
Bağla

“Sənaye 4.0 Hazırlıq” çərçivəsində müəssisələr qiymətləndirilir

14-11-2025 13:34
“Sənaye 4.0 Hazırlıq” çərçivəsində müəssisələr qiymətləndirilir

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) həyata keçirdiyi “Sənaye 4.0 Hazırlıq” Proqramına müraciət edən müəssisələrin texnoloji hazırlıq səviyyələrinin müəyyənləşdirilməsi prosesi davam edir.

Xeberler.az bildirir ki, bu çərçivədə artıq bir neçə müəssisədə yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə texnoloji transformasiya üzrə yerində qiymətləndirmə aparılıb. “Azərsun Holding”in “Sun Tea” çay fabrikində, “Azertexnolayn” MMC-nin Sumqayıt Sənaye Parkında yerləşən polad boru zavodunda, “Azəri Taxıl” MMC-nin  quşçuluq təsərrüfatında, “KonstraLab Industries” QSC-nin tikinti materialları istehsalı müəssisəsində və “STP Polimer” zavoduna baxış keçirilib. 

İstehsal prosesləri, əməliyyatların idarə olunması, texnoloji infrastruktur, avtomatlaşdırma səviyyəsi və rəqəmsallaşma potensialı təhlil olunub. Müəssisələrdə həmçinin dayanıqlı inkişaf istiqaməti üzrə qiymətləndirmələr aparılır, enerji səmərəliliyi, resursların idarəedilməsi, tullantıların optimallaşdırılması, sosial məsuliyyət və korporativ idarəetmə üzrə mövcud vəziyyət araşdırılır. Növbəti mərhələdə toplanmış məlumatlar əsasında müəssisələrin cari vəziyyətini əks etdirən ətraflı qiymətləndirmə hesabatları hazırlanacaq. 

“Sənaye 4.0 Hazırlıq” Proqramı İqtisadiyyat Nazirliyinin dəstəyi ilə həyata keçirilir və ölkə sənayesində texnoloji transformasiyanı sürətləndirməyi, innovasiya əsaslı istehsal modellərinin tətbiqini genişləndirməyi, müəssisələrin əməliyyat səmərəliliyini və rəqabət qabiliyyətini artırmağı hədəfləyir. Proqrama qoşulan yerli sənaye müəssisələrinin həm texnoloji transformasiya, həm də dayanıqlı inkişaf göstəriciləri beynəlxalq metodologiya əsasında qiymətləndirilir və hər bir müəssisə üçün fərdi inkişaf üzrə yol xəritəsi hazırlanır. 

Proqrama qoşulmaq istəyən şirkətlər industry4.az platforması üzərindən qeydiyyatdan keçə bilərlər. İştirak tamamilə ödənişsizdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Sənaye 4.0 Hazırlıq” çərçivəsində yerli müəssisələrlə görüş keçirilib

15-10-2025

4SİM 15 müəssisəyə transformasiya üzrə yol xəritəsi təqdim edib

05-02-2026

Bu il 15 müəssisə “Sənaye 4.0 Hazırlıq” proqramına qoşulub

21-11-2025

“Sənaye 4.0 Hazırlıq” çərçivəsində növbəti şirkətlə danışıqlar aparılıb

21-10-2025

“Sənaye 4.0 Hazırlıq” Proqramı texnoloji transformasiyaya dəstək verir

11-08-2025

“Sənaye 4.0 Hazırlıq” çərçivəsində “Təcrübə mübadiləsi sessiyası” keçirilib

28-11-2025

“Sənaye 4.0 Hazırlıq” Proqramına müraciət edən müəssisələrin qiymətləndirilməsinə başlanılıb

25-09-2025

“Sənaye 4.0 Hazırlıq Proqramı” çərçivəsində ilk “bootcamp” keçirilib

24-07-2025

“Sənaye 4.0 Hazırlıq Proqramı”na müraciət üçün portal istifadəyə verilib

17-07-2025

4SİM DİF-in platformasında Azərbaycanın “NextGen” modelini təqdim edib

01-05-2026

Fariz Cəfərov DİF-in Proqram rəhbəri ilə görüşüb

26-01-2026

4SİM 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirib

18-02-2026

Rəqəmsal iqtisadiyyata töhfə verəcək superkompüter infrastrukturu yaradılacaq

11-07-2025

Azərbaycan “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə qoşulub

23-01-2026

4SİM və ADNSU arasında əməkdaşlıq imkanları müzakirə olunub

05-09-2025

Sənaye 4.0 şəraitində texnoloji-iqtisadi inkişafın idarə olunması araşdırılıb

26-09-2025

COP29 çərçivəsində dayanıqlı inkişaf liderlərinin görüşü keçiriləcək

11-11-2024

4SİM “Regional Universitet-Sənaye Birliyi Sammiti”ndə təmsil olunub

27-10-2025

4SIM 2030-cu ilədək 650 müəssisənin rəqəmsal transformasiyasını həyata keçirməyi planlaşdırır

05-03-2025

Azərbaycan Texnoparklarının uğurları davam edir

14-08-2019

Azərbaycanda 4.0 Sənaye Mərkəzi yaradılacaq

05-03-2025

4SİM və SOCAR Davos Forumunda birgə sessiya təşkil edib

23-01-2026

4SİM Dünya İqtisadi Forumunun regional tədbirində iştirak edib

31-10-2025

“Sənaye 4.0: Hakaton 2025” tədbiri keçirilib

22-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə