Previous Next
Bağla

“Sənaye 4.0 Hazırlıq” Proqramına müraciət edən müəssisələrin qiymətləndirilməsinə başlanılıb

25-09-2025 14:47
“Sənaye 4.0 Hazırlıq” Proqramına müraciət edən müəssisələrin qiymətləndirilməsinə başlanılıb

İqtisadiyyat Nazirliyinin dəstəyi ilə nazirliyin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən həyata keçirilən “Sənaye 4.0 Hazırlıq” Proqramına müraciət edən müəssisələrin texnoloji imkanlarının təhlilinə start verilib. Proqrama əsasən istehsalyönümlü sənaye sahələrində fəaliyyət göstərən və ixrac potensiallı müəssisələr müraciət edib.

Xeberler.az məlumat verir ki, qiymətləndirilmə prosesi zamanı müəssisələrin istehsal əməliyyatları, satınalma və təchizat zənciri, logistika, eləcə də digər əsas biznes funksiyaları sənaye 4.0 yetkinlik səviyyəsinə dair əhatəli analiz edilir. Bu mərhələdə əsas maraqlı tərəflərlə müsahibələr aparılır, müəssisələrin mövcud İT arxitekturası və tətbiq olunan texnologiyalar təhlil olunur, rəqəmsal transformasiyaya maneə yarada biləcək boşluqlar və risklər müəyyənləşdirilir. Nəticədə hər bir şirkətin özünəməxsus ehtiyaclarına uyğun konkret tətbiq sahələri müəyyən edilir və onlar əhəmiyyət dərəcəsinə görə sıralanır. Bu yanaşma müəssisələrə investisiya qərarlarını məlumatlara əsaslanaraq vermək, dəyəryönümlü və strateji transformasiya yol xəritəsi formalaşdırmaq imkanı yaradır.

Müstəqil ekspert komandası tərəfindən həyata keçirilən bu diaqnostika 5-8 həftə davam edir və proqramın sonunda şirkətlər texnoloji transformasiya üçün təsdiqlənmiş yol xəritəsi əldə edəcəklər.

Rəqəmsal texnologiyaların sürətli inkişafı və Dördüncü Sənaye İnqilabının (Sənaye 4.0) çağırışları fonunda həyata keçirilən proqram məqsədi yerli müəssisələrin Sənaye 4.0 texnologiyalarına inteqrasiyasına dəstək göstərmək, onların əməliyyat səmərəliliyini artırmaq, innovasiyaları təşviq etməklə rəqabət qabiliyyətini gücləndirmək və nəticə etibarilə ölkə iqtisadiyyatının inkişafına töhfə verməkdir.

Proqram çərçivəsində:

• Müəssisələrin texnoloji hazırlıq səviyyəsi beynəlxalq metodologiya əsasında qiymətləndirilir;

• Şirkətlərin spesifik ehtiyaclarına uyğun texnoloji transformasiya üzrə yol xəritələri hazırlanır;

• Yol xəritələrinin icrası zamanı müəssisələrə həm maliyyə, həm də peşəkar ekspert dəstəyi göstərilir.

Sənaye 4.0 transformasiyası müəssisələrə mühəndis və əməliyyat xərclərinin optimallaşdırılması, məhsuldarlığın artırılması, istehsal keyfiyyətinin yüksəldilməsi kimi mühüm üstünlüklər qazandırır. Bu, şirkətlərin daha çevik, rəqabətqabiliyyətli və davamlı fəaliyyət göstərməsinə şərait yaradır.

2024-cü ildə proqramın pilot mərhələsi uğurla başa çatdırılıb və bu müddətdə “Metak”, “Azerfloat” və “STP Global Cable” şirkətlərinin texnoloji transformasiya prosesinə dəstək göstərilib.

Hazırda isə istehsalat, mədənçilik, tikinti, kənd təsərrüfatı və digər sahələr üzrə fəaliyyət göstərən müəssisələrin proqramda iştirakı üçün yeni mərhələyə start verilib. Proqrama qoşulmaq istəyən müəssisələr “industry4.az” platforması üzərindən qeydiyyatdan keçə bilərlər. Proqramda iştirak tamamilə ödənişsizdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Sənaye 4.0 Hazırlıq” Proqramı texnoloji transformasiyaya dəstək verir

11-08-2025

“Sənaye 4.0 Hazırlıq” çərçivəsində yerli müəssisələrlə görüş keçirilib

15-10-2025

4SİM 15 müəssisəyə transformasiya üzrə yol xəritəsi təqdim edib

05-02-2026

“Sənaye 4.0 Hazırlıq” çərçivəsində müəssisələr qiymətləndirilir

14-11-2025

Bu il 15 müəssisə “Sənaye 4.0 Hazırlıq” proqramına qoşulub

21-11-2025

“Sənaye 4.0 Hazırlıq” çərçivəsində növbəti şirkətlə danışıqlar aparılıb

21-10-2025

“Sənaye 4.0 Hazırlıq Proqramı”na müraciət üçün portal istifadəyə verilib

17-07-2025

“Sənaye 4.0 Hazırlıq” çərçivəsində “Təcrübə mübadiləsi sessiyası” keçirilib

28-11-2025

“Sənaye 4.0 Hazırlıq Proqramı” çərçivəsində ilk “bootcamp” keçirilib

24-07-2025

4SİM DİF-in platformasında Azərbaycanın “NextGen” modelini təqdim edib

01-05-2026

4SİM 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirib

18-02-2026

4SIM 2030-cu ilədək 650 müəssisənin rəqəmsal transformasiyasını həyata keçirməyi planlaşdırır

05-03-2025

Rəqəmsal iqtisadiyyata töhfə verəcək superkompüter infrastrukturu yaradılacaq

11-07-2025

Azərbaycan sənaye portalı istifadəyə verilib

08-09-2015

Azərbaycanda 4.0 Sənaye Mərkəzi yaradılacaq

05-03-2025

4SİM “Regional Universitet-Sənaye Birliyi Sammiti”ndə təmsil olunub

27-10-2025

4SİM Süni İntellekt üzrə Qlobal Alyansa üzv olub

12-02-2025

Azərbaycan “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə qoşulub

23-01-2026

"Milli Proqram"a qeydiyyat davam edir

20-08-2025

4SİM: Azərbaycanda “Sənaye 4.0” təhsil mərkəzi yaradılacaq

23-09-2025

Süni intellekt üzrə Milli Strategiya üçün Yol Xəritəsi tərtib edilib

26-01-2023

Naxçıvanda Sənaye Parkı yaradılacaq

05-06-2023

Fariz Cəfərov DİF-in Proqram rəhbəri ilə görüşüb

26-01-2026

4SİM Pekində keçirilən beynəlxalq forumda təmsil olunub

21-07-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə