Previous Next
Bağla

“Startup School 3” çərçivəsində beynəlxalq təlimlərə start verilib

05-08-2025 13:39
“Startup School 3” çərçivəsində beynəlxalq təlimlərə start verilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının ABŞ-ın Nevada Universiteti Özmen Sahibkarlıq Mərkəzi ilə birgə həyata keçirdiyi “Startup School 3” layihəsi çərçivəsində “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramında onlayn təlimlərə start verilib.

Xeberler.az bildirir ki, təlimlərin ilk günündə İİTKM-nin icraçı direktoru, Prof. Dr. Vüsal Qasımlı açılış nitqi ilə çıxış edib. O, dövrümüzdə və gələcəkdə yaşıl və rəqəmsal texnologiyaların iqtisadiyyatda əhəmiyyətindən danışaraq, bu sahələrdə artan investisiya imkanlarını vurğulayıb. Prof. V. Qasımlı “Startup School 3” platformasının təşəbbüskarlar və innovatorlar üçün dəstəkləyici yanaşmalarını qeyd edərək, “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramından böyük gözləntiləri olduğunu bildirib.

İlk təlim “Yaşıl iqtisadiyyat və təsirli startap təlimi” (Green economy and impact startup training) mövzusunda, Maltada fəaliyyət göstərən “A8” Akselrasiya Mərkəzinin Layihələr rəhbəri Gonca Kara tərəfindən təqdim olunub. Azərbaycan, Türkiyə, Pakistan, Qırğızıstan, Gürcüstan və Cənubi Koreyadan qatılan 126 startap komandasının iştirak etdiyi təlimlər 2 ay ərzində davam edəcək.

Qeyd edək ki, “Startup School 3” layihəsinin ABŞ-ın Nevada Universiteti Özmen Sahibkarlıq Mərkəzi, Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi, Türkiyənin OSTİM Texniki Universiteti də olmaqla, Çin, Pakistan, Qazaxıstan, Rusiya, Estoniya, Özbəkistan və digər ölkələrdən 20-dən artıq beynəlxalq tərəfdaşı var. Layihəyə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İqtisadi Zonaların İnkişafı Agentliyi, Əqli Mülkiyyət Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı ilə birlikdə 30-a yaxın yerli qurum tərəfdaşlıq edir.

“Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramının əsas məqsədi yaşıl enerji və rəqəmsallaşma sahələrində fəaliyyət göstərən startapları bir araya gətirmək və bu istiqamətlərdə innovativ ideyaların inkişafını dəstəkləməkdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İİTKM “Startup School 3” layihəsinə start verir

16-04-2025

“Startup School 3” layihəsinə 125 layihə seçilib

01-08-2025

“Startup School 3” layihəsi müzakirə edilib

27-02-2025

"Startup School 3" layihəsinin açılış mərasimi keçirilib

08-08-2025

“Enterprise Azerbaijan” yeni startap məktəbinin infosessiyalarına başlayır

21-04-2025

İİTKM nümayəndələri Qətərin investisiya şirkəti ilə görüşüb

15-08-2025

“Startup School 3” layihəsinin ekspert heyəti təqdim olunub

25-06-2025

“StartUp School 2 – AI for Green Solidarity” layihəsinin “Məzun Günü” keçirilib

06-12-2024

“Startup School 3” layihəsində təlim sessiyaları başa çatıb

16-09-2025

“Startup School 2” layihəsinin final mərhələsi keçiriləcək

05-12-2024

“Startup School 3” layihəsində fərdi mentorluq mərhələsi başlayıb

19-09-2025

Startap məktəbinin xarici mentorları ilə görüş keçirilib

09-02-2023

“Startup School 3” finalının münsiflər heyəti elan olundu

17-11-2025

"Demo Day" başladı- Finala çıxan 30 layihə sərgidə nümayiş olunur

21-11-2025

“Startup School 3” çərçivəsində memorandum imzalanıb

21-06-2025

AMEA-da “Startup School 3” layihəsi təqdim edilib

14-05-2025

“Startup School” məzunları “Failory” beynəlxalq platformasında yer alıb

19-02-2026

“Startup School”un açılış mərasimi keçirilib

04-04-2023

Azərbaycanda “StartUp School” fəaliyyətə başlayır

17-02-2023

“Enterprise Azerbaijan” portalının “Startup School” layihəsinin qalibləri məlum olub

19-05-2023

İİTKM: "200-ə qədər startap "StartUp" məktəbimizdə iştirak etmək istəyib"

19-05-2023

Azərbaycanda startap məktəbi fəaliyyətə başlayacaq

16-01-2023

“Enterprise Azerbaijan” portalı startap komandaları arasında intellektual yarış keçirəcək

10-10-2024

Milli Aviasiya Akademiyasında “StartUp School” layihəsi təqdim olunub

06-03-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə