Previous Next
Bağla

“Süni intellekt standartlarının media kommunikasiyası” təqdimatı keçirilib

11-12-2025 13:02
“Süni intellekt standartlarının media kommunikasiyası” təqdimatı keçirilib

11 dekabr 2025-ci il tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Medianın İnkişafı Agentliyi və AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün “Süni intellekt standartlarının media kommunikasiyası” mövzusunda təqdimat tədbiri keçirilib.

Xeberler.az bildirir ki, tədbirin əsas məqsədi süni intellekt sahəsində qəbul edilən dövlət standartları barədə media nümayəndələrini məlumatlandırmaq, sözügedən sahədə düzgün, dəqiq və məsuliyyətli ictimai kommunikasiya mühitinin formalaşdırılmasına dəstək göstərmək olub.

Görüş zamanı media nümayəndələrinə süni intellekt üzrə mövcud normativ baza, standartlaşdırma proseslərinin mahiyyəti və bu proseslərin dövlət, biznes, cəmiyyət üçün əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Tədbir çərçivəsində Azərbaycanda indiyədək qəbul edilmiş 8 süni intellekt dövlət standartı barədə geniş təqdimat nümayiş etdirilərək qeyd olunub ki, sözügedən standartlar süni intellekt sistemlərində terminologiyanın vahidləşdirilməsi, risklərin idarəolunması, idarəetmə və etibarlılıq mexanizmlərinin təkmilləşdirilməsi kimi mühüm istiqamətləri əhatə edir. Bu standartlar ölkədə süni intellekt ekosisteminin düzgün, təhlükəsiz və beynəlxalq tələblərə uyğun şəkildə formalaşdırılması üçün əsas baza rolunu oynayır.

Təqdimat zamanı sahə üzrə müxtəlif dövlət və ictimai qurumları özündə birləşdirən informasiya-kommunikasiya texnologiyalarının standartlaşdırılması üzrə Texniki Komitənin fəaliyyətindən bəhs edilib. Bildirilib ki, süni intellekt üzrə dövlət standartlarının hazırlanması və uyğunlaşdırılması prosesi Texniki Komitənin koordinatorluğu ilə həyata keçirilir və Komitə beynəlxalq texniki qurumlarla əməkdaşlıq etməklə Azərbaycan üçün zəruri olan Sİ standartlarının seçilməsi, işlənməsi və təsdiqinin təmin edilməsində mühüm rol oynayır. Bu əməkdaşlıq ölkənin süni intellekt sahəsində qlobal standartlaşdırma təşəbbüslərinə inteqrasiyasını gücləndirir.

Vurğulanıb ki, süni intellekt ekosisteminin sağlam və etibarlı şəkildə inkişaf etdirilməsi üçün standartların tətbiqi xüsusi əhəmiyyət daşıyır. Sözügedən standartlar informasiya dəqiqliyinin təmin edilməsinə, yanlış və qeyri-dəqiq məlumatların qarşısının alınmasına, süni intellekt sistemlərində şəffaflıq və etimadın artırılmasına, risklərin düzgün idarə edilməsinə və innovativ texnologiyaların təhlükəsiz tətbiqinə xidmət edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AZSTAND nümayəndəsi Süni İntellekt Standartları Sammitində iştirak edib

17-12-2025

Süni intellekt sahəsində yeni dövlət standartları qəbul edilib

05-06-2025

Milli Süni İntellekt Mərkəzi 3 süni intellekt layihəsini istifadəyə verib

11-12-2025

Süni intellekt sahəsinə aid dövlət standartları qəbul edilib

28-12-2024

AZSTAND Milli mətbuatının 150 illiyinə həsr edilmiş seminar keçirib

25-06-2025

Azərbaycanda süni intellektlə bağlı dövlət standartı qəbul edilib

28-07-2025

Süni intellekt üzrə prioritet sektorların siyahısı hazırlanacaq

19-03-2025

Azərbaycan nümayəndələri "Süni intellektlə bağlı" layihədə iştirak ediblər

14-07-2025

“Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” konfransı keçirilib

14-05-2025

Süni intellekt Strategiyasının məqsədləri məlum olub

19-03-2025

“Süni intellekt və media savadlılığı” adlı dəyirmi masa təşkil olunub

18-12-2024

Azərbaycanda "Mülki pilotsuz uçan aparatlar" üzrə Texniki Komitə yaradılıb

16-06-2023

Azərbaycanın Rabitə Nazirliyi informasiya təhlükəsizliyi standartlarını qəbul edib

26-10-2010

Azərbaycan "Nvidia" ilə əməkdaşlığı müzakirə edib

13-12-2025

AZSTAND beynəlxalq standartlaşdırma təşkilatının layihəsinə qoşulub

15-07-2025

Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

06-04-2026

İnformasiya təhlükəsizliyi üzrə Azərbaycan milli standartlarının tətbiqinə başlanılacaq

16-05-2009

Azərbaycan ABŞ ilə süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib

10-02-2026

Qazaxıstan və Çin süni intellekt laboratoriyasının yaradılması üzrə layihəyə başlayacaq

09-02-2025

"Kibertəhlükəsizlik sahəsində süni intellekt" adlı seminar keçirilib

26-11-2025

Dövlət Agentliyi Süni intellekt üzrə Komitənin Bürosunda təmsil olunacaq

22-11-2019

AZSTAND yeni Texniki Komitə yaradıb

30-06-2025

XRİTDX “İnnovasiyalar və Süni İntellekt” Konfransında iştirak edib

03-10-2025

Azərbaycanda Süni İntellekt Akademiyası yaradılacaq

19-03-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə