Previous Next
Bağla

“TEKNOFEST Azərbaycan”da Bakı məktəblilərindən maraqlı layihələr  

09-06-2022 17:27
“TEKNOFEST Azərbaycan”da Bakı məktəblilərindən maraqlı layihələr   

Bakıda keçirilən “Teknofest Azərbaycan” festivalında paytaxt məktəbliləri uğurlu nəticə göstəriblər.

Xeberler.az bildirir ki, Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri maraqlı layihələrlə çıxış ediblər.

“Teknofest Azərbaycan” festivalında STEAM layihəsinin təşkilatçılığı ilə  keçirilən “Baku Skills” müsabiqəsində paytaxtdakı 81 nömrəli tam orta məktəbin komandası III yerə layiq görülüb.

Maraqlı layihələrdən biri 20 nömrəli məktəb-liseyin VII sinif şagirdi Mehdi Musayevin kapitanı olduğu "TechnoCad" komandasına məxsus "Smart Trashbin" layihəsidir. "TechnoCad" müsabiqəyə qatılan 141 komanda arasında final mərhələsinə keçən 25 komandadan biri olub. Komanda insanların həm işini asanlaşdıracaq, həm də gigiyenik baxımdan qeyri-adi zibil qutularının layihəsini hazırlayıb. Zibil qutusunun iş prinsipi belədir: Əlimizi 4 santımetrədək yaxınlaşdırdıqda servomotor hərəkətə gələrək qutunun qapağını açır. Bu qutuların istifadəsi gigiyenanı təmin etməklə yanaşı, ayaqdan əlil insanların qutunu asanlıqla açmasını da təmin edəcək.

“Timely transport” kəşfi 189-190 və 236 nömrəli tam orta məktəblərin VII sinif şagirdlərinə məxsusdur. İcadın məqsədi təcili tibbi yardımın mənzil başına vaxtında çatmasıdır. Belə ki, bu qurğunun köməkliyi ilə tibbi yardım avtomobili tıxac vaxtı digər avtomobillərin üzərindən keçmək imkanı qazanacaq.

Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” çərçivəsində yuxarı sinif şagirdləri, tələbələr və startapçılar arasında ümumilikdə 8 müsabiqə - “Baku Skills”, “Pilotsuz uçuş aparatları”, “ROBOTİKS”, “AgroTech”, “Sosial innovasiyalar”, “Həvəskar peyk modelləşdirilməsi”, “PLANER”, “Yaşıl texnologiyalar” təşkil olunub. Müsabiqələr 3 kateqoriya iştirakçı arasında keçirilib. Müsabiqələrə qatılmaq üçün 5 mindən çox gəncin formalaşdırdığı 1000-dən çox komanda müraciət edib.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

  Bakı Ali Neft Məktəbinin 16 komandası “Teknofest”də finala yüksəlib  

25-05-2022

“TEKNOFEST Azərbaycan”ın ilk mərhələsinin nəticələri açıqlanıb

25-03-2022

II və III yer üzrə qaliblər təltif olunub

29-05-2022

AMEA 2023-cü ildə Türkiyədə keçiriləcək “TEKNOFEST ” Festivalında iştirak edəcək

03-06-2022

Azərbaycan Texnologiya Festivalında təmsil olunur

18-09-2019

“TEKNOFEST” çərçivəsində “Baku Skills” müsabiqəsinə start verilib

02-02-2022

“TEKNOFEST Azərbaycan”ın keçiriləcəyi məkana media tur təşkil olunub

24-05-2022

"Teknofest-2022" çərçivəsində peyk və PUA müsabiqələri keçiriləcək

19-01-2022

“Teknofest” aerokosmik və texnologiya festivalında Azərbaycan komandası yarışın qalibi olub

19-09-2024

Bakı Elm Olimpiadasının I mərhələsinin tarixi açıqlanıb

27-04-2022

Bakı Ali Neft Məktəbinin 2 komandası "Teknofest"də birinci yeri tutub

30-05-2022

Məktəblilərimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında (EJOI 2024) uğurla çıxış ediblər

23-08-2024

AMEA-nın müəssisələri “Teknofest Azərbaycan”da iştirak edəcək

14-03-2022

"Teknofest Azərbaycan" çərçivəsində texnoloji müsabiqələrə qeydiyyat başa çatıb

02-03-2022

Azercell-in İT sahəsində dəstəklədiyi gənclər ölkəmizə dörd medal qazandırıblar

29-04-2026

Gənclər və idman naziri "Teknofest"ə qatılıb

25-09-2021

Məktəblilər arasında fənn müsabiqələri keçirilib

07-11-2015

“TEKNOFEST” çərçivəsində yeni müsabiqəyə start verilib

31-01-2022

“Həvəskar peyk modelləşdirilməsi’’ müsabiqəsinə qeydiyyat davam edir

08-02-2022

“Pilotsuz Uçuş Aparatları’’ müsabiqəsinə qeydiyyat davam edir

10-02-2022

Azercellin dəstəyi ilə məktəblilər ilin ilk uğuruna imza atıb

17-01-2020

"Aqrar texnologiyalar" müsabiqəsinə qeydiyyat aparılır

11-02-2022

Paytaxt məktəblisi Startap Proqramının rəhbəri seçilib

08-02-2023

“TEKNOFEST Azərbaycan” çərçivəsində keçiriləcək bir neçə müsabiqənin qeydiyyat müddəti uzadılıb

19-02-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə