Previous Next
Bağla

“TEKNOFEST Azərbaycan”ın ilk mərhələsinin nəticələri açıqlanıb

25-03-2022 19:18
“TEKNOFEST Azərbaycan”ın ilk mərhələsinin nəticələri açıqlanıb

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına hazırlıq çərçivəsində texnologiya müsabiqələrinin ilk mərhələsinin nəticələri məlum olub.

Xeberler.az bildirir ki, orijinallığı ilə seçilən və kommersiyalaşdırıla bilən innovativ layihələr müsabiqənin 2-ci mərhələsinə keçid alıb.

Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” Türkiyə Teknoloji Takımı Vakfının (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə bu ilin 26-29 may tarixlərində Bakıda ilk dəfə olaraq keçiriləcək.

Müsabiqələrdə iştirak etmək üçün 1000 komanda, ümumilikdə isə 5 min məktəbli, tələbə və fərdi sahibkar qeydiyyatdan keçiblər. Bütün müsabiqələr üzrə təqdim olunmuş layihələr münsiflər heyəti tərəfindən 100 ballıq şkala ilə qiymətləndirilib. Sözügedən qiymətləndirmədə innovativ ideyanın irəli sürülməsi, problemin qoyuluşu, həll yollarının təklif edilməsi, məhsul və ya prototipin mövcudluğu və ən əsası, kommersiyalaşdırıla bilən layihələr əsas götürülüb. Açıqlanan nəticələrə əsasən II mərhələyə vəsiqə qazanmış komandaların ümumi sayı 220-dir.

Belə ki, “Robotexnika” müsabiqəsi üzrə – “A” kateqoriyasından 25 komanda, “B” kateqoriyasından 23 komanda; “Yaşıl texnologiyalar” üzrə – “A” kateqoriyasından 26 komanda, “B” kateqoriyasından 25 komanda, “C” kateqoriyasından 20 komanda; “Aqrar texnologiyalar” üzrə – “B” kateqoriyasından 24 komanda, “C” kateqoriyasından 16 komanda;  “Pilotsuz uçuş aparatları” üzrə – Azərbaycandan 14, Türkiyədən 6 komanda; “Sosialyönümlü texnologiyalar” üzrə – “B” kateqoriyasından 24 komanda, “C” kateqoriyasından isə 17 komanda növbəti mərhələdə iştirak
etmək hüququ qazanıb.

Qeyd edək ki, müvafiq müsabiqələr üzrə “A” kateqoriyası yuxarı sinif şagirdlərini, “B” kateqoriyası universitet tələbələrini, “C” kateqoriyası isə startap və fərdi sahibkarları əhatə edir.

Xatırladaq ki, istisna olaraq “Həvəskar peyk modelləşdirilməsi” (CanSat), “Baku Skills” və “Sailplaner” müsabiqələri PDR (İlkin Layihələndirilmə) mərhələsindən kənar keçirilib. PDR mərhələsində iştirak etmiş 523 komandadan 220-si II mərhələyə uğurla keçid alıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

  Bakı Ali Neft Məktəbinin 16 komandası “Teknofest”də finala yüksəlib  

25-05-2022

“Planer” üzrə sınaq uçuşları keçirilib

22-05-2022

"Teknofest Azərbaycan" çərçivəsində texnoloji müsabiqələrə qeydiyyat başa çatıb

02-03-2022

“Take Off Baku” beynəlxalq startap sammitinə qeydiyyat başa çatıb

04-04-2022

Azərbaycan Dünya Robot Olimpiadasında təmsil olunub

14-11-2019

“TEKNOFEST Azərbaycan” çərçivəsində keçiriləcək bir neçə müsabiqənin qeydiyyat müddəti uzadılıb

19-02-2022

“Rocket League” Avropa çempionatına qeydiyyat davam edir

15-03-2022

“CanSat Azərbaycan 2020” müsabiqəsinin qalibləri mükafatlandırılıb

01-02-2022

“TEKNOFEST Azərbaycan”da Bakı məktəblilərindən maraqlı layihələr  

09-06-2022

Azərbaycan Türkiyədə keçirilən “Teknofest 2022”də milli pavilyonla təmsil olunur  

30-08-2022

“TEKNOFEST Azərbaycan”ın keçiriləcəyi məkana media tur təşkil olunub

24-05-2022

BDU tələbələrinin layihəsi “TEKNOFEST”in finalına vəsiqə qazanıb

11-04-2025

48-ci Beynəlxalq proqramlaşdırma müsabiqəsinin Azərbaycan üzrə təsnifat mərhələsi keçirilib

25-10-2023

Azərbaycanda Facebook istifadəçilərinin sayı 6 faizdən çox artıb

11-01-2011

“Take Off Baku” beynəlxalq startap sammiti keçiriləcək

02-03-2022

BANM “TEKNOFEST”də Azərbaycanı ən çox komanda ilə təmsil edəcək

22-08-2024

AzMİU-nun iki komandası “Teknofest Azərbaycan” festivalının birinci mərhələsində uğur qazanıb

07-04-2022

“Smart Qarabağ” Hakatonuna qeydiyyat başa çatdı

11-04-2022

50 startap “Take Off Baku”da iştirak hüququ qazanıb

19-04-2022

“CanSat Azərbaycan 2019” model peyk müsabiqəsinin qalibləri müəyyən olub

02-07-2019

"SmartSolutions Hackathon 2026" sabah start götürür

09-04-2026

“Həvəskar peyk modelləşdirilməsi’’ müsabiqəsinə qeydiyyat davam edir

08-02-2022

“Azercell Telekom” MMC festivalın baş sponsoru oldu

12-04-2022

BDU-nun komandası ICPC-nin Azərbaycan üzrə finalına vəsiqə qazanıb

31-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə