Previous Next
Bağla

“Texnoloji mütəxəssislərə ehtiyac var”

18-02-2016 11:43
“Texnoloji mütəxəssislərə ehtiyac var”

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycanın nüfuzlu şirkət nümayəndələrinin və iş adamlarının iştirakı ilə tədbir keçirilib. UNEC-in Texnologiya və dizayn fakültəsinin təşkilatçılığı ilə keçirilən tədbir “Yeni iqtisadi çağırış və modern təhsil” mövzusunda olub.

Universitetin mətbuat xidmətindən Xeberler.az-a  verilən məlumata görə, UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektoru, professor Damət Bağırov Azərbaycan Respublikası Prezidentinin ölkədə biznes mühitinin yaxşılaşdırılması və dövlət idarəçiliyində səmərəliliyin artırılması istiqamətində apardığı islahatlardan danışıb. O bildirib ki, ölkə prezidentinin çağırışlarına UNEC real addımlarla cavab verməkdədir. Belə ki, universitetdə iqtisadi təhsilin modernləşdirilməsi və iqtisadi təhsildə keyfiyyət parametrlərinin yüksəkldilməsi istiqamətində əhəmiyyətli işlər görülür.

D.Bağırov deyib  ki, UNEC-in tələbə və məzunlarının işlə təmin olunması universitetin prioritetləri sırasındadır. Bunun üçün də universitet iş adamları və sahibkarlarla daha sıx əməkdaşlıq etmək niyyətindədir.

Görüşdə iştirak edən şirkət nümayəndələri və iş adamları müasir bazar tələblərinə cavab verən kadrların hazırlanmasında universitetlərin mühüm rol oynadığını bildirib. Azərbaycandakı zavod və müəssisələrin ən son texnologiyalar əsasında qurulduğunu bildirən qonaqlar, bu avadanlıqlardan istifadə üçün müasir standartlara cavab verən texnoloji mütəxəssislərə ehtiyac olduğunu vurğulayıb. Qeyd edilib ki, sahibkarlar da müəssisə və şirkətlərə yerli kadr və mütəxəssislərin cəlb olunmasında maraqlıdır. Çünki xaricdən dəvət olunan mütəxəssislərə daha artıq vəsait ödənilir.

Bunun üçün tələbələrə nəzəri biliklərlə yanaşı, praktiki biliklərin də tədris olunmasının vacibliyi qeyd olunub. Bildirilib ki, ali təhsil müəssisələrində aktuallığını itirən fənlər yeni tələblərə cavab verən fənlərlə əvəz olunmalıdır. Bunun üçün şirkət və müəssisələrin nümayəndələri tədris planları ilə yaxından tanış olmalı, gərəkli fənlərin tədrisi üçün təkliflər verməlidir.

Görüşdə UNEC-in Karyera mərkəzinin fəaliyyəti yüksək qiymətləndirilib. Bildirilib ki, UNEC tələbələri mütəmadi olaraq şirkətlərdə tanışlıq turunda olurlar. UNEC tələbələrinin digər universitetlərlə müqayisədə daha aktiv və həvəsli olduğu da bildirilib.

Tədbir müzakirələrlə davam edib, əməkdaşlıq əlaqələrinin genişləndiriliməsi üçün təkliflər verilib.

Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
UNEC-də imtahanların da distant keçirilməsi mümkündür

UNEC-də imtahanların da distant keçirilməsi mümkündür

17-03-2020
UNEC-də distant Tyutor hazırlığı üzrə sertifikat proqramı tamamlanıb

UNEC-də distant Tyutor hazırlığı üzrə sertifikat proqramı tamamlanıb

06-09-2019
İqtisad Universitetində elektron universitet modeli tətbiq olunur

İqtisad Universitetində elektron universitet modeli tətbiq olunur

15-09-2015
Əcnəbi tələbələrin UNEC-ə qəbul qaydaları elektronlaşdırılıb

Əcnəbi tələbələrin UNEC-ə qəbul qaydaları elektronlaşdırılıb

01-07-2015
UNEC ilə MÜSİAD arasında anlaşma memorandumu imzalanıb

UNEC ilə MÜSİAD arasında anlaşma memorandumu imzalanıb

12-01-2024
İqtisad Universiteti yeni texnoparkla bağlı danışıq aparır

İqtisad Universiteti yeni texnoparkla bağlı danışıq aparır

02-10-2015
Ölkəmizdə təhsil almaq istəyən əcnəbilərlə Skype-la müsahibə götürülüb

Ölkəmizdə təhsil almaq istəyən əcnəbilərlə Skype-la müsahibə götürülüb

08-10-2015
UNEC-də gün ərzində 9200 tələbəyə distant dərslər keçilib

UNEC-də gün ərzində 9200 tələbəyə distant dərslər keçilib

12-03-2020
UNEC Rusiya Ali İqtisad Məktəbinin onlayn kurslarına qatılacaq

UNEC Rusiya Ali İqtisad Məktəbinin onlayn kurslarına qatılacaq

02-04-2020
UNEC distant təhsilə hazırlaşır

UNEC distant təhsilə hazırlaşır

23-01-2024
İqtisad Universiteti tam elekronlaşdırılmış jurnal sisteminə keçir

İqtisad Universiteti tam elekronlaşdırılmış jurnal sisteminə keçir

02-09-2015
İqtisad Universitetində Radio UNEC fəaliyyətə başlayacaq

İqtisad Universitetində Radio UNEC fəaliyyətə başlayacaq

25-06-2015
UNEC İnnovativ Gənclər Təşkilatı yaradılıb

UNEC İnnovativ Gənclər Təşkilatı yaradılıb

24-09-2024
UNEC ölkədə ilk dəfə olaraq adaptiv təhsilə başlayacaq

UNEC ölkədə ilk dəfə olaraq adaptiv təhsilə başlayacaq

04-03-2020
ADİU-nun  loqotipi  və rəsmi saytı  yeniləndi

ADİU-nun loqotipi və rəsmi saytı yeniləndi

22-05-2015
UNEC-dən növbəti yenilik: Virtual Karyera Yarmarkası

UNEC-dən növbəti yenilik: Virtual Karyera Yarmarkası

28-06-2022
UNEC Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq edəcək

UNEC Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq edəcək

23-10-2018
Azərbaycanda ilk dəfə olaraq UNEC-də distant tədrisə başlanılıb

Azərbaycanda ilk dəfə olaraq UNEC-də distant tədrisə başlanılıb

17-02-2020
UNEC-də “Açıq dərs”  canlı yayımlanıb- Video

UNEC-də “Açıq dərs” canlı yayımlanıb- Video

11-03-2016
Made in Azerbaijan-3 qalibləri Türkiyənin aparıcı universitetlərində olub

Made in Azerbaijan-3 qalibləri Türkiyənin aparıcı universitetlərində olub

07-06-2018
UNEC tələbələrinə Smart tələbə kartları təqdim olunub

UNEC tələbələrinə Smart tələbə kartları təqdim olunub

01-11-2019
UNEC Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

UNEC Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

24-03-2020
"UNEC"in rəsmi "Telegram Bot"u istifadəyə verilib

"UNEC"in rəsmi "Telegram Bot"u istifadəyə verilib

21-07-2025
İqtisad Universiteti sertifikata layiq görülüb

İqtisad Universiteti sertifikata layiq görülüb

12-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə