Previous Next
Bağla

“TV və canlı jurnalistika” mövzusunda təlim proqramı başlayıb

11-11-2025 10:14
“TV və canlı jurnalistika” mövzusunda təlim proqramı başlayıb

Noyabrın 11-də Medianın İnkişafı Agentliyi və Avropanın aparıcı xəbər şəbəkələrindən biri olan “Euronews” telekanalının birgə əməkdaşlığı çərçivəsində “Euronews Academy” beynəlxalq tədris proqramının “TV və canlı jurnalistika (“live journalism”)” mövzusuna həsr olunan növbəti mərhələsinə start verilib.

Xeberler.az məlumat verir ki, “Euronews”un Bakı üzrə icraçı direktoru Fernando Soares diqqətə çatdırıb ki, “live journalism” formatı auditoriya ilə birbaşa ünsiyyətə əsaslanan və iştirakçılıq prinsipini önə çıxaran yeni nəsil media təcrübəsidir. Təlim proqramı jurnalistlərə hadisələri canlı, faktoloji dəqiqlik və emosional təsir balansı ilə təqdim etmə bacarıqlarını təkmilləşdirməyə imkan yaradır. Vurğulanıb ki, bu təşəbbüs informasiya məkanında etibarlılığın və ictimai marağın davamlılığının təmininə xidmət edən mühüm addımdır.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli isə qeyd edib ki, müasir media mühitində televiziya jurnalistikasının keyfiyyət göstəricilərinin daha da yüksəldilməsi və yeni texnoloji trendlərin tətbiqi xüsusi əhəmiyyət kəsb edir. O bildirib ki, belə beynəlxalq əməkdaşlıq layihələri gənc jurnalistlərin bilik və bacarıqlarının inkişafına, həmçinin milli televiziya məzmununun beynəlxalq standartlara uyğunlaşdırılmasına töhfə verməklə yanaşı, medianın dayanıqlı inkişafına şərait yaradır.

Dördgünlük təlim proqramı Medianın İnkişafı Agentliyinin Bakı Dövlət Universitetindəki xüsusi auditoriyasında “Televiziya xəbərlərinin hazırlanması, televiziya reportajları və canlı yayım” mövzusu ilə başlayıb. İştirakçılar “Euronews” telekanalının Astana bürosunun rəhbəri, televiziya yayımı sahəsində geniş təcrübəyə malik peşəkar jurnalist və media rəhbəri Bojan Brkiçin təqdimatında xəbər süjetlərinin hazırlanması, efir üçün materialların strukturlaşdırılması və canlı bağlantıların idarə olunması kimi praktiki bacarıqlarla tanış olublar.

Tədris prosesi interaktiv mühazirələr, praktiki tapşırıqlar, qrup müzakirələri və televiziya xəbərlərinin analizi ilə davam edib.

Qeyd edək ki, təlim proqramı noyabrın 14-dək davam edəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

MEDİA və “Euronews” birgə təlim proqramına start verir

21-10-2025

“Euronews Academy” beynəlxalq tədris proqramı başlayıb

23-06-2025

“Rəqəmsal jurnalistika” mövzusunda təlim proqramına başlanılıb

17-11-2025

“Rəqəmsal jurnalistika” mövzusunda təlim proqramı yekunlaşıb

20-11-2025

MEDİA və “Euronews” telekanalının təşkil etdiyi təlim başa çatıb

28-06-2025

Media nümayəndələri üçün “Data Jurnalistikası” təliminə başlanılıb

06-05-2025

MEDİA Milli mətbuatın yubileyi çərçivəsində seminarlara başlayıb

19-06-2025

Fernando Soares: Media işçiləri informasiya cəmiyyətinin formalaşmasında mühüm rol oynayır

20-07-2025

“Euronews” kanalının Azərbaycan dilində yayımı üzərində iş gedir

17-11-2011

Mətbuatın 150 illiyi ilə əlaqədar keçirilən seminarlar başa çatıb

20-06-2025

Çinlə radio və TV yayımı sahəsində memorandum imzalanıb

24-06-2025

Şəkidə yeni regional telekanal açılıb

29-12-2008

MEDİA-da Monqolustanın nümayəndə heyəti ilə görüş keçirilib

14-04-2026

“Data jurnalistikası” mövzusunda təlim yekunlaşıb

09-05-2025

“Süni intellektin mediada tətbiqi” mövzusunda seminarlara başlanılıb

27-10-2025

Onlayn laboratoriya təqdim olunacaq

21-02-2012

Azərbaycanla Özbəkistanın media nümayəndələri görüşüb

06-05-2025

MEDİA-da Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib

08-04-2026

“Media Savadlılığı” platformasının təqdimatını edib.

20-12-2023

Yeni medianın tədris modulları çap olunub

12-10-2012

“Yeni media : kadr təminatı və peşəkarlıq” konfransı keçiriləcək

20-11-2011

Azərbaycan və Albaniya media sahəsində memorandum imzalayıb

13-11-2024

Media nümayəndələri WUF13 çərçivəsində məlumatlandırılıb

27-04-2026

Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkətidir

07-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə