Previous Next
Bağla

“Euronews Academy” beynəlxalq tədris proqramı başlayıb

23-06-2025 11:46
“Euronews Academy” beynəlxalq tədris proqramı başlayıb

İyunun 23-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Avropanın aparıcı xəbər şəbəkələrindən biri olan “Euronews” telekanalının birgə əməkdaşlığı çərçivəsində “Euronews Academy” beynəlxalq tədris proqramına başlanılıb.

Xeberler.az məlumat verir ki, açılış mərasimində çıxış edən “Euronews”un Bakı üzrə icraçı direktoru Fernando Soaresin sözlərinə görə, sözügedən proqram gənc jurnalistlərə beynəlxalq standartlara uyğun bilik və bacarıqlar qazandırmaqla yanaşı, onları informasiya mühitində mövcud çağırışlara cavab verə bilən peşəkar kadrlar kimi formalaşdırmağı hədəfləyir. O, layihənin jurnalistlərin etik prinsiplərə sadiq qalaraq keyfiyyətli və obyektiv xəbər istehsalına mühüm töhfə verəcəyini vurğulayıb.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli isə qeyd edib ki, media sahəsində peşəkarlığın artırılması, müasir jurnalistika standartlarının təşviqi və rəqəmsal dövrdə yeni bacarıqların əldə olunması baxımından belə beynəlxalq platformaların rolu böyükdür. O, tədris proqramının Azərbaycanda informasiya mühitinin inkişafı və jurnalistlərin beynəlxalq təcrübə ilə zənginləşməsində vacib rol oynayacağını qeyd edib.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Mətbuat Şurasının sədr müavini Vüqar Zifəroğlu isə çıxışında belə təşəbbüslərin gənc jurnalistlərin qlobal media proseslərinə inteqrasiyasına təkan verdiyini bildirib. O diqqətə çatdırıb ki, beynəlxalq ekspertlərlə birbaşa ünsiyyət imkanını təmin edən proqramlar tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla zənginləşdirməsinə şərait yaradır.

Medianın İnkişafı Agentliyinin BDU-da xüsusi auditoriyasında keçirilən beşgünlük təlim proqramının ilk günü “Rəqəmsal xəbər toplama və məlumatlara əsaslanan jurnalistika” mövzusuna həsr olunub. İştirakçılar “Euronews” telekanalının tanınmış mütəxəssisi, 14 ildən artıq beynəlxalq təcrübəyə malik multimedia jurnalisti Tuba Altunkayanın təqdimatında rəqəmsal mühitdə xəbərlərin toplanması, məlumatların təhlili və faktlara əsaslanan jurnalistikanın əsas prinsipləri ilə tanış olublar.

Təlim proqramı interaktiv mühazirələr, praktiki tapşırıqlar, qrup müzakirələri, mətn və video analizləri ilə davam edib.

Təlim proqramı iyunun 27-dək davam edəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“TV və canlı jurnalistika” mövzusunda təlim proqramı başlayıb

11-11-2025

“Rəqəmsal jurnalistika” mövzusunda təlim proqramına başlanılıb

17-11-2025

“Rəqəmsal jurnalistika” mövzusunda təlim proqramı yekunlaşıb

20-11-2025

MEDİA və “Euronews” birgə təlim proqramına start verir

21-10-2025

MEDİA və “Euronews” telekanalının təşkil etdiyi təlim başa çatıb

28-06-2025

Media nümayəndələri üçün “Data Jurnalistikası” təliminə başlanılıb

06-05-2025

MEDİA Milli mətbuatın yubileyi çərçivəsində seminarlara başlayıb

19-06-2025

MEDİA-da Monqolustanın nümayəndə heyəti ilə görüş keçirilib

14-04-2026

“Süni intellektin mediada tətbiqi” mövzusunda seminarlara başlanılıb

27-10-2025

“Data jurnalistikası” mövzusunda təlim yekunlaşıb

09-05-2025

Onlayn laboratoriya təqdim olunacaq

21-02-2012

Fernando Soares: Media işçiləri informasiya cəmiyyətinin formalaşmasında mühüm rol oynayır

20-07-2025

Yeni medianın tədris modulları Elmi Şurada təsdiqlənib

30-05-2012

Mətbuatın 150 illiyi ilə əlaqədar keçirilən seminarlar başa çatıb

20-06-2025

Yeni medianın tədris modulları çap olunub

12-10-2012

Yeni medianın tədris proqramları və “Onlayn Media Təhsili” layihələri təqdim olunub

15-11-2012

“Euronews” kanalının Azərbaycan dilində yayımı üzərində iş gedir

17-11-2011

Universitetdə internet studiya yaradılır

13-01-2012

“Yeni medianın tədrisinin təkmilləşdirilməsi” layihəsinin icrasına başlanılıb

30-09-2011

Jurnalistika fakültəsinin dekanı bəlli oldu – Rəsmi

06-07-2017

Media nümayəndələri WUF13 çərçivəsində məlumatlandırılıb

27-04-2026

“A-dan Z-yə internet: media üçün praktik təlim” təşkil olunub

25-02-2026

Yeni Medianın yeni tədris modeli hazırlanmalıdır

22-11-2011

“Media Savadlılığı” platformasının təqdimatını edib.

20-12-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə