Previous Next
Bağla

“WaterTech Bootcamp”ın açılış mərasimi keçirilib

05-09-2025 20:42
“WaterTech Bootcamp”ın açılış mərasimi keçirilib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Təlim və İnnovasiyalar Mərkəzində “WaterTech Bootcamp”ın açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov, Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Mir Mövsüm Dadaşev və agentliyin nümayəndələri iştirak ediblər.

Xeberler.az məlumat verir ki, qurumun sədr müavini İlham Bayramov bu cür təşəbbüslərin strateji əhəmiyyət daşıdığını vurğulayaraq qeyd edib ki, su təsərrüfatı sahəsində innovativ yanaşmalar və yeni texnologiyaların tətbiqi günümüzdə daha aktual və vacibdir.

“Bu gün burada toplaşan hər bir iştirakçı ölkəmizin su ehtiyatlarının qorunması və davamlı inkişafı yolunda potensial dəyişiklik yarada biləcək bir fikrin, bir texnoloji həllin müəllifi ola bilər”, - deyə İlham Bayramov bildirib.

Daha sonra çıxış edən Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Mir Mövsüm Dadaşev qeyd edib ki, bu hakatonda irəli sürülən ideyalar gələcəkdə böyük layihələrin əsasına çevrilə bilər: “Əziz tələbələr, qarşıda sizi dördgünlük gərgin, eyni zamanda, çox faydalı bir proses gözləyir. Bu müddətdə siz yalnız nəzəri biliklər qazanmayacaq, həm də komandada işləməyi öyrənəcəksiniz, fikir mübadiləsi aparacaqsınız və ortaya mövcud problemlərin real həllərini çıxaracaqsınız”.

Qeyd edək ki, sentyabrın 8-dək davam edəcək dördgünlük təlim və hakaton proqramı su ehtiyatlarının idarə olunması sahəsində süni intellektin və innovativ texnologiyaların tətbiqinə həsr olunub. Proqrama ümumilikdə 305 nəfər müraciət edib, onlardan seçilən 60 gənc iştirakçı təlimlərdə iştirak etmək imkanı qazanıb. Proqramın sonunda ən uğurlu ideyalar münsiflər heyəti tərəfindən seçilərək mükafatlandırılacaq və onların həyata keçirilməsi üçün əlavə imkanlar təqdim olunacaq.

Tədbir Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutu və SUP VC-nin təşkilatçılığı, EU4ClimateResilience layihəsinin dəstəyi ilə baş tutub. Layihə Avropa İttifaqı (Aİ) və Almaniyanın Ətraf Mühit, İqlim Fəaliyyəti, Təbiətin Mühafizəsi və Nüvə Təhlükəsizliyi üzrə Federal Nazirliyi (BMUKN) tərəfindən maliyyələşdirilir, GIZ və OECD tərəfindən icra olunur.

“WaterTech Bootcamp” iştirakçılara yeni bilik və bacarıqlar qazandırmaqla yanaşı, komanda işi, kreativlik və davamlı inkişaf prinsiplərini də təşviq edən mühüm təşəbbüsdür.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Jurnalıstlərə “Rəqəmsal Savadlılıq” təliminin sertifikatları təqdim olunub

03-08-2023

“Rəqəmsal Savadlılıq” təliminin bağlanış mərasimi keçirilib

24-10-2024

Xankəndidə “Bootcamp” keçirilib

10-10-2025

“Kənd təsərrüfatında süni intellektin tətbiqinə dair” “Bootcamp” keçirilib

07-08-2025

“Sənaye 4.0 Hazırlıq Proqramı” çərçivəsində ilk “bootcamp” keçirilib

24-07-2025

Nanotexnologiyaların meyvəçilikdə tətbiqi sahəsində tədqiqatlar aparılacaq

17-02-2023

“Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” üzrə “Bootcamp” keçirilib

15-09-2025

“Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” tədbiri keçirilib

16-04-2025

“İnnostart” layihəsinin “Grand Final” mərasimi baş tutub

21-08-2025

Texnologiyaların idarə olunması ilə bağlı konfrans keçiriləcək

02-11-2015

İki dövlət qurumu peykdən çəkiliş üzrə əməkdaşlıq edəcək

25-01-2019

“Investment Readiness” adlı “bootcamp” keçirilir

14-08-2025

Elektron Hökumət üzrə İcra Qrupunun ikinci görüşü keçirilib

10-07-2019

“Kibertəhlükəsizlik” təlim layihəsinin bağlanış mərasimi keçirilib

09-09-2022

Scale Up akselerator proqramının açılış mərasimi baş tutub

13-12-2019

GəncLİK proqramının açılış mərasimi keçirilib

08-10-2019

Azercell gənclər üçün “DataMinds Bootcamp” proqramına start verib

23-07-2025

“Mütərəqqi texnologiyalar və innovasiyalar” mövzusunda konfrans keçirilir

29-04-2026

"SOCGOV 2025" beynəlxalq konfransı başa çatıb

24-10-2025

İnnovasiyalar Agentliyi bank sektorunda innovativ həlləri müzakirə edib

30-08-2019

Mingəçevir Dövlət Universiteti ilə İnnovasiya Agentliyi memorandum imzalayıb

22-12-2019

“Dövlət İdarəçiliyində Analitik İdarəetmə və İnnovasiya” tədbirinin bağlanışı baş tutub

25-02-2025

Agentliyin nümayəndə heyəti "Dövlət Sektorunda İnnovasiya Forumu"nda iştirak edib

11-12-2025

“Yer səthinin məsafədən müşahidəsi” müsabiqəsinin qalibləri mükafatlandırılıb

27-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə