Previous Next
Bağla

GəncLİK proqramının açılış mərasimi keçirilib

08-10-2019 14:57
GəncLİK proqramının açılış mərasimi keçirilib

Xeberler.az bildirir ki, 8 oktyabr 2019-cu il tarixində Bakı Konqres Mərkəzində “GəncLİK” (Gənc Liderlərin İnkişafı Konsepsiyası)  Proqramının açılış mərasimi keçirilib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılır.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Gənclər  Fondunun icraçı direktoru Fərid Cəfərov, gənclər təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclər siyasətinə xüsusi önəm verdiyini vurğulayıb, ölkəmizdə bu sahədə uğurlu dövlət siyasətinin təmin edildiyini diqqətə çatdırıb. Bildirilib ki, “GəncLİK” proqramı, o cümlədən müxtəlif istiqamətlərdəki digər layihələr gənclərin hərtərəfli inkişafını dəstəkləməklə onların yeni bilik və bacarıqlar əldə etməsinə imkan verir.

Gənclər  Fondunun icraçı direktoru Fərid Cəfərov Azərbaycanda gənclər siyasətinin prioritet istiqamətlərdən olduğunu və ölkə başçısının bu sahəyə xüsusi diqqət ayırdığını qeyd edib.  Diqqətə çatdırılıb ki,  bu gün Azərbaycan gəncliyi ölkə prezidentinin qayğısı ilə tam əhatə olunub və  Dövlət Agentliyi ilə birgə həyata keçirilən “GəncLİK” proqramı gənclərimizdə liderlik keyfiyyətlərinin dövlətçilik maraqlarına uyğun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli proqramlardandır.

Daha sonra Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev çıxış edib.

Həmçinin gənc liderlər -  Türkan Şahvələdli,  Sənan Cəfərov, Ülviyyə Bayramova  çıxış ediblər.

Tədbirdə gənc liderlərə dair videoçarx da nümayiş olunub və onlara iştirakçı paketləri təqdim olunub. Sonda xatirə şəkli çəkdirilib.

“GəncLİK” proqramı üçün daxil olan 1000 müraciətdən yalnız seçim meyarlarına uyğun gələn 321 gənc növbəti mərhələdə test imtahanında  iştirak şansı qazanıb. Test imtahanı, video müraciət və müsahibə mərhələlərini isə 30 gənc uğurla başa vuraraq “GəncLİK” Proqramında iştirak hüququ qazanıb.

Cari ilin oktyabr-dekabr aylarını əhatə edəcək Proqramın yekununda iştirakçıların inkişafının qiymətləndirilməsi aparılacaq. Sonra gənclər 2 ay ərzində profilə uyğun olaraq aparıcı şirkətlər, beynəlxalq təşkilatlarda və innovativ idarəetmə üsulları tətbiq edilən yerli qurumların rəhbər şəxslərinin yanında təcrübə keçəcəklər.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət Agentliyinin sədri "GəncLİK" proqramının iştirakçıları ilə görüşüb

17-02-2020

“ASAN Akademiya 2019” başa çatıb

28-06-2019

Gənc liderlər Azərkosmosda olublar

14-01-2020

GəncApp mobil tətbiqinin təqdimatı keçirilib

30-09-2019

Gənc sahibkarlar investisiya ilə mükafatlandırılıb

01-08-2019

Şamaxıda ASAN Həyat kompleksinin açılışı olub

05-12-2019

Youth Inc. Bakutel-də iştirak edib-Foto

01-12-2016

Ülvi Mehdiyev Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilib

27-04-2018

ASAN xidmət-ə qəbulla bağlı keçirilən test imtahanları başa çatıb

22-09-2015

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

19-04-2024

"Gənclərin innovativ təşəbbüslərinin dəstəklənməsi” layihəsi başa çatıb - FOTO

05-06-2023

“Yüksəliş” müsabiqəsi qaliblərinin təltifetmə mərasimi keçirilib

27-07-2023

AzTU tələbələrinin startap layihəsi qalib oldu

07-07-2023

Azərbaycanda ilk dəfə olaraq “Gənclər Hökuməti” modeli yaradılır

07-11-2013

Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününə həsr olunan respublika toplantısında iştirak edib

01-02-2019

Bakıda Gənclərin Süni İntellekt Forumu keçirilib

20-06-2025

Bakıda yeni Biznes İnkubasiya Mərkəzi açılıb

22-10-2015

Gənclər Fondu startapları maliyyələşdirməyi planlaşdırır

11-02-2016

ASAN Məktub layihəsinin 3 yaşı qeyd olunub

21-11-2018

BMT-nin Dövlət Xidmətləri Forumu ilə bağlı mətbuat konfransı keçirilib

20-06-2019

“İnnovation Awards Gala” mükafatlandırma mərasimi keçirilib

24-10-2019

“Qadınlar üçün karyera inkişafı və rəqəmsal bacarıqlar” adlı panel müzakirə keçirilib

06-03-2025

Azərbaycan Çində keçirilən Dünya İnternet Konfransında təmsil olunub

22-11-2024

BDU-da Süni intellekt etikası üzrə birinci Gənclər Forumu keçiriləcək

06-08-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə