Xercim.az tətbiqinə yeni imkanlar artırılıb

19-06-2015 / 11:54

Xərcim.az tətbiqində xeyli müddətdir ki, yeni funksiyalar üzərində işlər aparılır.

Xeberler.az-ın məlumatına görə, tətbiq artıq 3 dildə ( İngilis, Azərbaycan, Rus) xidmət göstərəcək.

Bununla yanaşı, yenilənmiş tətbiqdə “Yerlər” bölməsindən ünvanı aktiv olan yerə Uber taksi xidmətini sifariş etmək olacaq.

 

Tətbiqdə daha bir yenilik isə xüsusi təkliflərlə bağlıdır. Belə ki, yeni yaradılmış “Push” bölməsindən yeni xidmətlərlə bağlı istifadəçilərə səsli bildiriş göndəriləcək.

Xercim.az Azərbaycanlı gənc iş adamları tərəfindən hazırlanmış mobil cüzdan tətbiqidir.

Qeyd edək ki, tətbiq sabah yenilənəcək.

Məltəm Talıbzadə 

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə