Previous Next
Bağla

Uber şirkətinin iki rəhbəri polis tərəfindən saxlanılıb

30-06-2015 09:25
Uber şirkətinin iki rəhbəri polis tərəfindən saxlanılıb

Ucuz taksi, yaxud şəxsi sürücüləri axtarmağa, sifariş etməyə və xidmətlərini ödəməyə imkan verən UberPOP mobil xidmətini yaradan Uber şirkətinin iki rəhbəri Fransa polisi tərəfindən saxlanılıb.

Xeberler.az-ın Report-a istinadən verdiyi məlumata görə, saxlanılanlar Uber şirkətinin Fransa şöbəsinin rəhbəri Thibaud Simphal və Uber şirkətinin Qərbi Avropa qanadının rəhbəri Pierre-Dimitri Gore-Coty-dir.

Keçən cümə günü Fransa daxili işlər naziri Bernard Cazeneuve deyib ki, UberPOP xidməti bağlanmalıdır, avtomobillər isə sərnişin daşımalarını davam etdirdiyi təqdirdə müsadirə olunmalıdır.

Ənənəvi taksi əvəzinə daha ucuz taksi sifariş etməyə imkan verən UberPOP xidməti artıq Fransada qeyri-qanuni elan olunmuşdu, lakin bu qadağaya məhkəmədə baxıldığına görə hələ də istifadə edilir.

Uber şirkəti bəyan edib ki, ölkənin ən yüksək məhkəmə instansiyası tərəfindən qadağan olunana qədər bu xidmət Fransada işləyəcək.

Fransız taksi sürücüləri öz lisenziyalarına minlərlə avro ödəyirlər.

Onlar Uber şirkətini ədalətsiz konkurensiyada günahlandırırlar, cünki şirkətin sürücüləri rəsmi lisenziya sistemindən yan kecə bilirlər. Ənənəvi taksi sürücüləri belə hesab edir ki, son iki il ərzində onlar gəlirlərinin 30 faizdən 40 faizə qədərini Uberin populyarlığı nəticəsində itirib.

Kecən həftə Fransiz taksi sürücüləri Uberə qarşı aksiya keçirib: onlar Paris aeroportlarına gedən yolları bağlayaraq avtomobil təkərlərini yandırıb.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Fransa Uber-ə 1.2 milyon avro cəza kəsdi

Fransa Uber-ə 1.2 milyon avro cəza kəsdi

28-01-2016
Uber-dən  istifadə qadağan ediləcək

Uber-dən istifadə qadağan ediləcək

01-10-2015
ABŞ korporasiyası Uber-ə investisiya yatırıb

ABŞ korporasiyası Uber-ə investisiya yatırıb

04-08-2015
Uber taksi xidməti bu ölkədə ləğv edilə bilər

Uber taksi xidməti bu ölkədə ləğv edilə bilər

31-05-2018
Makronla “Uber” şirkəti arasında gizli sövdələşmə olduğu üzə çıxıb

Makronla “Uber” şirkəti arasında gizli sövdələşmə olduğu üzə çıxıb

18-07-2023
Bakıda Uber xidməti fəaliyyətə başladı

Bakıda Uber xidməti fəaliyyətə başladı

23-04-2015
Uber-dən daha bir yenilik

Uber-dən daha bir yenilik

18-01-2016
Uber-lə helikopter də sifariş etmək mümkün olacaq

Uber-lə helikopter də sifariş etmək mümkün olacaq

19-01-2016
Google sürücüsüz avtomobil şirkəti Uber-ə qarşı

Google sürücüsüz avtomobil şirkəti Uber-ə qarşı

05-02-2015
Uber loqosunu dəyişdi- Fotolar

Uber loqosunu dəyişdi- Fotolar

03-02-2016
Uber Bakıdakı fəaliyyətini dayandırır?

Uber Bakıdakı fəaliyyətini dayandırır?

11-02-2016
Niderland “Uber”i 290 milyon avro cərimələyib

Niderland “Uber”i 290 milyon avro cərimələyib

26-08-2024
Bakı Nəqliyyat Agentliyinə yeni hüquq verildi

Bakı Nəqliyyat Agentliyinə yeni hüquq verildi

01-04-2019
Uber-in Azərbaycan fəaliyyəti və vergi məsələləri

Uber-in Azərbaycan fəaliyyəti və vergi məsələləri

24-07-2015
Sürücüsüz taksilər dövrü başlayır

Sürücüsüz taksilər dövrü başlayır

01-02-2017
Uber taksi xidmətindən istifadə edirsiniz? -Sorğu

Uber taksi xidmətindən istifadə edirsiniz? -Sorğu

22-09-2017
Uber-in yeni xidməti fəaliyyətə başladı

Uber-in yeni xidməti fəaliyyətə başladı

15-10-2015
Uber Çin bazarındakı fəaliyyətini dayandırır?

Uber Çin bazarındakı fəaliyyətini dayandırır?

01-08-2016
Uber-in vergiyə cəlb edilməsinə dair iclas keçirilib

Uber-in vergiyə cəlb edilməsinə dair iclas keçirilib

17-10-2017
 “PAŞA Holdinq” taksi bazarına da daxil olur-ŞƏRH

“PAŞA Holdinq” taksi bazarına da daxil olur-ŞƏRH

03-05-2023
SİMA ilə taksi səfərləri daha etibarlı!

SİMA ilə taksi səfərləri daha etibarlı!

14-07-2025
Uber-in rəhbəri şirkətdən ayrılıb

Uber-in rəhbəri şirkətdən ayrılıb

14-06-2017
Taksi sürücülərinin identifikasiyası üçün "SİMA"nın tətbiqinə başlanılıb

Taksi sürücülərinin identifikasiyası üçün "SİMA"nın tətbiqinə başlanılıb

10-07-2025
Uber tədbir iştirakçılarının işini asanlaşdıracaq

Uber tədbir iştirakçılarının işini asanlaşdıracaq

28-09-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə