Xərcim.az alış-verişi daha qənaətli edəcək

01-05-2015 / 11:22

Günümüzdə demək olar ki, gündəlik alış-veriş etdiyimiz müəssisələrin əksəriyyəti  öz sadiqlik sistemini hazırlayaraq müştərilərinə plastik kartlar paylayır. Bununla müştərilərə  endirimlər və aksiyalardan yararlanma imkanı verirlər. Lakin  bu kartların verdiyi üstünlüklərlə yanaşı, onların çoxluğu əlavə bir problemə çevrilib. Bütün bu kartları daşımaq, harda hansı birindən istifadə etməyi təyin etmək və s.  problemə çevrilib.  Bu problemləri aradan qaldırmaq üçün  Xərcim.az tətbiqi  plastik kartlarla bağlı yenilik edib.

Xərcim.az tətbiqi Azərbaycanlı gənc iş adamları tərəfindən hazırlanmış mobil cüzdan tətbiqidir. Bu tətbiqə siz müxtəlif sadiqlik sistemlərinin kartlarını toplaya və lazım olan yerlərdə yalnız telefonunuzdan istifadə edərək həmin kartların verdiyi imkan və üstünlüklərdən yararlana bilərsiniz.

Tətbiqin ilk versiyası istifadəyə veriləndə orada yalnız sadiqlik sistemləri kartlarını əlavə etmək və Bakı şəhəri üzrə 500-dən çox yerdə keçərli olan sadiqlik sistemləri haqqında məlumat yerləşdirilmişdi.

“Tətbiqin ilk versiyası olduğundan bir çox səhvlər və uyğunsuzluqlar mövcud olsa da bir çoxunu aradan qaldırdıqdan sonra tətbiqin ikinci versiyası üzərində işə başladıq və hazırda kartların əlavə edilmə funksiyası da sadələşdirilərək, sistemdə mövcud olan kartlar arasından seçilərək hesaba əlavə etmə imkanı verdi”.

Bu barədə Xəbərlər-ə Xərcim.az-ın rəhbəri Orxan Əhmədov mobil tətqbin 2-ci versiyasının hazırlanmasından danışarkən deyib.

Onun sözlərinə görə,  Xərcim.az tətbiqinin 2-ci versiyasında müxtəlif yeniliklər əlavə edilib:

“Bu yeniliklərin həm istifadəçilər, həm də iş adamları tərəfindən dəyərləndiriləcəyinə əminik. Tətbiqin ikinci versiyası, BETA test mərhələsində 50-yə yaxın istifadəçi tərəfindən test edilib və ilkin nəticələr qənaətbəxş olacağı təqdirdə tətbiqi bu həftə istifadəyə verdik".

Orxan Əhmədov qeyd edib ki, tətbiq üzərində olacaq əsas yenilik kartlarla bağlıdır:

“Əvvəlki versiyada kartların dizaynını hazırlayıb maksimal dərəcədə karta oxşatsaq da yeni versiyada bu fikirdən daşındıq. Əsas problem o idi ki, kartlar şəkil formasında hazırlandığından istifadəçinin internet trafikinə təsir edirdi, bütün kartları bir-bir hazırlamaq zaman alırdı, hər hansı bir kartın şəklində olan bir səhv bütün tətbiqin işləməməsinə səbəb olurdu. Yeni versiyada isə qərarlaşdırdıq ki, kartları rəngarəng edək və istifadəçiyə lazım olan əsas məlumatları yerləşdirək. Üstəlik kartların əlavə edilmə funksiyası da sadələşdirilərək, sistemdə mövcud olan kartlar arasından seçərək hesaba əlavə etmə imkanı verdik”.

İkinci yenilik Xüsusi Təkliflər bölməsinin hazırlanması oldu. Bu bölmədə müxtəlif şirkət və müəssisələrin öz müştərilərinə təqdim etdikləri endirim və aksiyalar bir yerə toplanıb:

“Məqsədimiz isə müxtəlif şirkət və müəssisələrin öz müştərilərinə təqdim etdikləri endirim və aksiyaları bir yerdə toplamaq və daha geniş istifadəçi kütləsinə onlar haqqında xəbərdar etməkdir. Hazırda xüsusi təkliflər bölməsinin ilk versiyasındayıq və artıq növbəti versiyalarımızda daha da interaktiv imkanlar verməyə hazırlaşırıq. Hələlik isə istifadəçilər təqdim edilən aksiyalar haqqında məlumat əldə etməklə promo koddan yararlana və qənaət edə bilər”.

Digər bir yenilik isə kütləvi endirimlər təklif edən müəssisələr üçün hazırlanmış bölmədir ki, burada da əsasən Supermarketlər və pərakəndə sahəsində çalışan müəssisələr yüzlərlə məhsulun yerləşdirildiyi və aylıq çap edilən bülletenləri, elektron formada müştərilərinə çatdıra bilərlər.

Orxan Əhmədov bidirib ki, bu yeniliyin bir neçə üstün cəhəti var:

“Belə ki, ilk növbədə kağız çapına və təbii olaraq xərclərə qənaət edilmiş olur. Bundan başqa müştərilər istədikləri malları daim öz telefonlarından izləyə bilərlər ki, bu da alış-veriş zamanı rahatlıq verir. Əlavə olaraq müəssisələr tez-tez çap səhvləri və ya gözlənilməz qiymət dəyişikliklərindən əziyyət çəkirlər. Biz isə bu problemi təmamilə aradan qaldırmağa imkan veririk. Bu yenilik də hazırda test mərhələsindədir və növbəti versiyalarımızda daha da təkmilləşdirməyi planlayırıq”.

Yeni tətbiqdə  Alkredit.az layihəsi ilə əməkdaşlığa da başlanılıb və Xərcim.az istifadəçiləri tətbiqdən istifadə edərək Alkredit.az platforması üzərindən taksit və kredit kartlarına rahatlıqla müraciət edə bilərlər.

Xərcim.az-ın yeni versiyasını bu linkdən yükləyə bilərsiniz: https://play.google.com/store/apps/details?id=az.xercim

Məltəm Talıbzadə 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə