Sadiqlik kartlarını mobil telefonda saxlamağa imkan verən və xüsusi təkliflər təqdim edən Xərcim.az- iKeebon tətbiqdə bir neçə yeni funksiyanı təkmilləşdirib.
Xeberler.az-ın məlumatına görə,artıq tətbiqdəki kartların qarşısında loqoları da yerləşdirilib. Belə ki, bundan sonra istifadəçilər tətbiqə kart əlavə etdikdə loqolar əsasında kartları rahatlıqla ayırd edə biləcəklər.
Bundan əlavə , tətbiqdə “xüsusi təkliflər” bölməsindın saytlara keçid əlavə edilib.
Bu isə o deməkdir ki, xüsusi təkliflər yalnız tətbiq daxilindəki təkliflərlə bitmir, eyni zamanda Xərcim.az-da müxtəlif onlayn platformalar, elektron ticarət saytları, hətta Instagram və Facebook profillərinə də istiqamətləndirmə imkanı veriləcək.
Hazırda iKeebon - Amazon.com, Booking.com, RealMadrid FC-nin rəsmi onlayn mağazası, Kaspersky, Hilton Otellər şəbəkəsi və s. şirkətlərlə rəsmi tərəfdaşlıq edir. Bu xidmətin isə iki növü var- xüsusi təklifdən bir başa sayta keçid, xüsusi təklif haqqında ətraflı məlumat verilməklə sayta keçid.
iKeebon-da növbəti yenilik isə iBeacon təkliflərlə bağlıdır. Belə ki, istifadəçilər iBeacon ilə olan gizli təkliflərin harada olduqlarını görə biləcək və əgər onlara maraqlı olarsa , həmin yerə yaxınlaşaraq, telefonunun bluetooth-nu aktivləşdirməklə gizli təklifi aça biləcəklər.
Onu da qeyd edək ki,yaxın zamanda tətbiqdən qeydiyyatasız istifadənin də mümkün olacağı gözlənilir.
Məltəm Talıbzadə
Rəsmilərin sosial mediaya gəlişi nəyi dəyişəcək ?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri