Previous Next
Bağla

“İnformatikanın lazımsız olduğunu düşünənlər səhv yoldadırlar”

23-06-2015 12:44
“İnformatikanın lazımsız olduğunu düşünənlər səhv yoldadırlar”

“İnformatikaya 4-cü dəfə hücum edirlər”

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Təhsil naziri Mikayıl Cabbarov   təmayülləşmə ilə bağlı əmr imzalayıb.

Nazirin 2015-ci il 8 iyun tarixli bu əmri ilə 2015-2016-cı dərs ilindən 50 məktəbin X-XI siniflərində informatika fənni ləğv edilib.

Xüsusilə də əmrdə Texniki təmayül nəzərdə tutulsa da bu təmayül üzrə İnformatika fənninin tədrisi nəzərdə tutulmayıb.

Nazirin bu əmri təhsil və İKT ekspertləri tərəfindən birmənalı qarşılanmayıb

Fizika-riyaziyyat elmləri namizədi, BDU-nun dosenti, məktəblilərdən ibarət informatika üzrə Ümumittifaq və beynəlxalq olimpiadalara hazırlıq işlərinin rəhbəri, “Şöhrət” ordenli İnformatika müəllimi Ramin Mahmudzadə nazirliyin bu qərarını informatikaya 4-cü hücum adlandırıb.

O, Xeberler.az-a açıqlamasında deyib ki, əvvəllər üç dəfə  İnformatika fənninin ləğv edilməsinə  cəhd olunması mütəxəssislərin müzakirəsinə çevrilmişdi. İndi də bu qərar  onlar üçün  üçün gözlənilməz olub. Ramin Mahmudzadə bunun səbəblərini açıqlayıb:

“Amma mən bilirəm nə baş verib. Güman ki, bəziləri düşünür ki, artıq hamı kompüterdə yazmağı, İnternetə daxil olmağı, kompüterdə müxtəlif oyunlar oynamağı bacarır, belə hallarda informatika nəyə lazımdır. Əslində isə məsələ tam başqadır”.

Ramin Mahmudzadə Xeberler.az-a vurğulayıb ki, İnformatika fundamental elmdir. Onun fikrincə, bu elmin bünövrəsini məktəblərdə tədris etmək lazımdır:

“Qərar qəbul edənlər  bilirmi ki, informatika elmi nədir? Cənab prezident Bakutel 2012-də  “İnformasiya və Kommunikasiya Texnologiyaları bizim üçün prioritet məsələ deməkdir, bu elm inkişaf, biznes, təhsil, şəffaflıq, gələcəyə addım üçün vasitədir” deyibsə  bugünkü məsələ nə deməkdir axı?  İKT-nin inkişafı İKT mütəxəssislərsiz necə mümkün ola bilər? İKT mütəxəssisləri yalnız universitetdəki biliklərlə kifayətlənə bilməz axı”.

Ramin Mahmudzadə bu məsələnin  cəmiyyətin gələcək inkişafı ilə bağlı olduğunu diqqətə çatdırıb.

“Fikrimcə, qərar qəbul edənlər cəmiyyətin inkişaf tendensiyasına nəzərə almalıdırlar. Diqqət yetirilməlidir ki, gələcəkdə bizə hansı mütəxəssislər lazım olacaq. İnformatikadan imtahan salmaq əvəzinə, infromatika fənninin tədrisini təkmilləşdirmək əvəzinə belə addımın atılması anlaşılmazdır. Qəbul imtahanına kimya salınır , amma sonradan heç kim onu öyrənmir, informatikadan imtahan yoxdur amma sonradan hamımız onu öyrənirik və istifadə edirik. Bu necə izah oluna bilər axı”.

Ramin Mahmudzadə qeyd edib ki, əgər Azərbaycanda 50 idman və ya humanitar yönümlü pilot məktəblərdə  bu qərar icra olunacaqdırsa, bəlkə də ilk baxışdan anlaşılan ola bilərdi.

Ramin Mahmudzadə  qərara münasibətini aşağıdakı fikirlərlə yekunlaşdırıb :

“1961-ci ildən tələbələrlə, 1962-ci ildən şagirdlərlə işləyən, yetişdirmələri  İKT sahəsində müxtəlif ölkələrin universitet və şirkətlərinə, dövlət qurumlarında işləyən təcrübəli pedaqoq olaraq əminəm ki,  informatikasız heç nə, başqa elmlər, mədəniyyət və s.  mümkün deyil  və  İKT potensialı da dövlət üçün mühüm əhəmiyyət kəsb edir. Bu potensialdan istifadə isə  İKT mütəxəssislərisiz mümkün deyil”.

 

Ruhəngiz Muradova

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnformatika problemini hansı qurum həll etməlidir?

11-08-2015

Səsverənlərin 79 faizi İnformatikanın ləğvini yanlış hesab edir

24-07-2015

Təhsil nazirinin informatikanın ləğvi ilə bağlı qərarı gündəmdən düşmür

25-06-2015

“Mikayıl Cabbarovun rəyi bu məsələdə çox vacibdir”- Deputat

22-06-2015

İnformatikanın məktəblərdə tədrisi müzakirə olunub

04-12-2015

Azərbaycanın "Şöhrət" ordenli alimi vəfat edib

09-08-2022

İnformatika fənni üzrə texniki tapşırıqlar müzakirə olunub

30-12-2015

Təmayül məktəblərdə İnformatika tədris olunacaqmı?

04-08-2017

Müəllimlər arasında proqramlaşdırma üzə yarışlar keçiriləcək

28-10-2016

50 məktəbdə informatika fənni ləğv edildi

22-06-2015

Test imtahanlarına İnformatika da salınsın

16-01-2013

İnformatika fənninin ləğvinə münasibətiniz necədir? - SORĞU

25-06-2015

Məktəblərdə informatikanın tədrisi müzakirə olunacaq

02-12-2015

Komandamız Beynəlxalq İnformatika Olimpiadasından yenə əliboş qayıtdı

04-08-2015

İnformatika üzrə elmi-metodiki seminar kecirilib

23-12-2015

Məktəblilərimizdən Avropa İnformatika Olimpiadasında növbəti uğurlu nəticə

07-10-2022

“Ümid edirik ki, informatikanın ləğvi məsələsinə yenidən baxılacaq”

23-06-2015

Ekspert:İT yönümlü ixtisas seçənlər kimya əvəzinə informatikadan qəbul imtahanı verəcəklər

07-06-2022

“Məktəblər texnoparklar vasitəsi ilə birləşməlidir”

26-11-2015

İnformatikanın tədrisi nə üçün zəifdir?-Video

14-06-2016

Hansı prioritetdir İnformatika yoxsa Kimya ?

09-08-2019

Ekspert: "İnformatika yoxsa Kimya" problemi növbəti imtahanadək həll edilməlidir

19-01-2021

DİN dərsləri yoxsa innovasiya və informatika?

01-05-2019

İnformatika fənninin qəhrəmanları Azərbaycana növbəti uğurlar qazandırıb

02-03-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə