Previous Next
Bağla

Ekspert:İT yönümlü ixtisas seçənlər kimya əvəzinə informatikadan qəbul imtahanı verəcəklər

07-06-2022 20:47
Ekspert:İT yönümlü ixtisas seçənlər kimya əvəzinə informatikadan qəbul imtahanı verəcəklər

Gələn il ölkədə ilk dəfə olaraq İT yönümlü ixtisas seçənlər kimya əvəzinə informatikadan qəbul imtahanı verəcəklər.

Xeberler.az bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz “Facebook” səhifəsində paylaşım edib.

“Bununla əlaqləli vəziyyət necədir və hansı gözləntilər var?

Məhz bu tip suallara cavab axtarmaq üçün DİM-in informatika fənni üzrə işçi qrupunun üzvləri ilə Azərbaycan Texniki Universitetinin İKT yönümlü fakültələrinin əməkdaşları arasında görüş keçirilib.

Görüş çox maraqlı oldu və bir çox məsələlərə aydınlıq gətirildi.

DİM-in işçi qrupu tərəfindən bir il sonra baş tutacaq ilk informatika imtahanına hazırlıqla bağlı bir xeyli işlərin görüldüyü haqqında məlumat verildi.

Görüş haqqında geniş açıqlama verildiyindən qısa olaraq qərar qəbul edənlərin diqqətinə aşağıdakıları çatdırmaq istərdim :

1. İnformatikadan imtahan hazırlığında indiki mərhələdə Təhsil Nazirliyinin üzərinə böyük yük düşür.

DİM artıq özündən asılı olan əsas işi edib, informatikadan qəbul imtahanını təsdiqləyib və hazırlıq prosesi davam edir.

Yəni, DİM qiymətləndirməyə hazırdır.

Amma görəsən gələn il məktəblərdən gələnlərin informatika hazırlığı necə olacaq?

Ümumiyyətlə, İnformatikanın tədrisi necədir? Yeni imtahan modeli ilə bağlı İnformatikanın tədris keyfiyyətini yüksəltmək üçün planlar varmı?

Şəxsən mən ehtiyat edirəm ki, gələn il informatikadan imtahanın nəticəsi bir müddət öncə 9-cu siniflərin riyaziyyat(kurikulum) nəticəsi kimi acınacaqlı olar.

Odur ki, fikrimcə elə indidən Təhsil Nazirliyi İnformatika ilə əlaqəli bütün resursları səfərbər etməlidir

2. Hazırda Təhsil Nazirliyi İnformatika ilə bağlı bir xeyli məktəbə, "Rəqəmsal bacarıqlar" və s. layihələrlə , əlavə güclü resurslar xərcləməklə keyfiyyətə ciddi təsir edə bilib.

Amma maraqlıdır ki, dövlət resursları hesabına İnformatikadan hazırlıq vəziyyətinə kəskin təsir edə biləcək bu amil ilk İnformatika imtahanından sonrakı durumda necə nəzərə alınacaq?

3. İnformatika tədris olunmayan və ya İnformatikanın digər ixtisasll müəlimlər tərəfindən tədris olunan məktəblər (bu tip məktəblər isə yetərincədir) müəyyən olunmalıdır.

İnformatika imtahanını nəzərə alaraq qarşıdakı dövrdə bu tip məktəblərin kadrlarla təminatına xüsusi diqqət yetirilməlidir

4. Artıq məktəblərdən daha savadlı, kod yaza bilən uşaqlar ali məktəblərə daxil olacaq və getdikcə onların sayı artacaq . Universitetlərin buna hazır olması üçün ali məktəb müəllimlərinin peşəkarlığının artırılmasına ciddi diqqət yetirilməlidir.

5. DİM və Təhsil Nazirliyi İnformatikadan imtahana hazırlığı yüksəktmək üçün əlavə resursların, vəsaitlərin hazırlanmasına xüsusi önəm verməlidir

6. İnformatika sahəsində bacarığı olanları, İT yönümlü ixtisaslar olan Universitetlərin əməkdaşlarını DİM-lə , Təhsil Nazirliyi ilə daha güclü əməkdaşlığa çağırıram.

DİM , həmçinin AzTU bu sahəyə cəlb olunan markerlər(müəllimlər, doktorantlar, magistirlər və s) üçün əlavə ödənişlər ediləcəyini açıqlayıb.

DİM artıq bu məqsədlə elektron sistem də qurub.

7. Təhsil kurslarından, yenicə formalaşmaqda olan informatika üzrə repetitorlardan da xahişimiz odur ki , bir ildən sonra baş tutacaq ilk informatika qəbul imtahanına hazırlığa indidən başlasınlar. DİM-in model testlərini və vəsaitlərini əldə etsinlər. Əlavə vəsaitlərin hazırlanmaısını da tövsiyə edərdik.

Valideynlər arasında bu istiqamətdə maarifçilik işlərinin gücləndirilməsi də faydalı olardı.”

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert: "İnformatika yoxsa Kimya" problemi növbəti imtahanadək həll edilməlidir

Ekspert: "İnformatika yoxsa Kimya" problemi növbəti imtahanadək həll edilməlidir

19-01-2021
Ekspert: İnformatika, yoxsa Kimya? məsələsi hələ də öz həllini tapa bilmir

Ekspert: İnformatika, yoxsa Kimya? məsələsi hələ də öz həllini tapa bilmir

14-04-2021
İnformatikadan ilk qəbul imtahanına hazırlıq necədir?

İnformatikadan ilk qəbul imtahanına hazırlıq necədir?

12-01-2022
Qəbul imtahanı üçün informatikadan vəsait hazırlanacaq

Qəbul imtahanı üçün informatikadan vəsait hazırlanacaq

16-11-2021
Test imtahanlarına İnformatika da salınsın

Test imtahanlarına İnformatika da salınsın

16-01-2013
İnformatika fənni niyə qəbul imtahanına salınmır?

İnformatika fənni niyə qəbul imtahanına salınmır?

17-10-2017
Ekspert: “İT-ni seçən abituriyentin imtahana İnformatika əvəzinə Kimya üzrə hazırlaşması doğru deyil”

Ekspert: “İT-ni seçən abituriyentin imtahana İnformatika əvəzinə Kimya üzrə hazırlaşması doğru deyil”

09-09-2021
Hansı prioritetdir İnformatika yoxsa Kimya ?

Hansı prioritetdir İnformatika yoxsa Kimya ?

09-08-2019
İnformatika üzrə bunker müəllimləri hazırlanır

İnformatika üzrə bunker müəllimləri hazırlanır

15-02-2023
Ölkədə informatikanın inkişafını əngəlləyən amillər nələrdir?

Ölkədə informatikanın inkişafını əngəlləyən amillər nələrdir?

08-07-2019
Ekspert DİM-i tənqid etdi: "Qurum ciddi işlərə zaman ayırsın"

Ekspert DİM-i tənqid etdi: "Qurum ciddi işlərə zaman ayırsın"

23-04-2021
Ekspert: Ölkəmiz nə üçün Beynəlxalq İnformatika Olimpiadasında qızıl medal qazana bilmir?

Ekspert: Ölkəmiz nə üçün Beynəlxalq İnformatika Olimpiadasında qızıl medal qazana bilmir?

29-06-2021
Ekspert informatika olimpiadası haqqında açıqlama verdi

Ekspert informatika olimpiadası haqqında açıqlama verdi

06-09-2018
Ekspert: Təhsil və innovasiya ekosisteminin indiki vəziyyəti absurddur

Ekspert: Təhsil və innovasiya ekosisteminin indiki vəziyyəti absurddur

14-06-2021
Ekspert beynəlxalq informatika olimpiadasından danışıb

Ekspert beynəlxalq informatika olimpiadasından danışıb

12-06-2019
Dövlət İmtahan Mərkəzində informatika fənni üzrə işçi qrupunun iclası keçirilib.

Dövlət İmtahan Mərkəzində informatika fənni üzrə işçi qrupunun iclası keçirilib.

12-01-2022
Azərbaycanda ilk dəfə informatika fənni üzrə qəbul imtahanı keçirildi

Azərbaycanda ilk dəfə informatika fənni üzrə qəbul imtahanı keçirildi

05-06-2023
Ekspert: Ermənistan revanş məsələsinə lap aşağılardan başlamaq niyyətindədir

Ekspert: Ermənistan revanş məsələsinə lap aşağılardan başlamaq niyyətindədir

11-11-2020
İnformatika problemini hansı qurum həll etməlidir?

İnformatika problemini hansı qurum həll etməlidir?

11-08-2015
Ali məktəblərə tələbə qəbulu üzrə sınaq imtahanı keçiriləcək

Ali məktəblərə tələbə qəbulu üzrə sınaq imtahanı keçiriləcək

05-01-2023
DİN dərsləri yoxsa innovasiya və informatika?

DİN dərsləri yoxsa innovasiya və informatika?

01-05-2019
“İnformatikanın lazımsız olduğunu düşünənlər səhv yoldadırlar”

“İnformatikanın lazımsız olduğunu düşünənlər səhv yoldadırlar”

23-06-2015
Təhsil Nazirliyi bütün şagirdlərin 2 almasının səbəblərini müzakirə edəcəkmi ?

Təhsil Nazirliyi bütün şagirdlərin 2 almasının səbəblərini müzakirə edəcəkmi ?

04-09-2019
Ekspert: Qonşu ölkələr olimpiadaya daha ciddi hazırlaşıblar

Ekspert: Qonşu ölkələr olimpiadaya daha ciddi hazırlaşıblar

15-08-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə