Previous Next
Bağla

İnformatika problemini hansı qurum həll etməlidir?

11-08-2015 14:37
İnformatika problemini hansı qurum həll etməlidir?

Tanınmış pedaqoq, İnformatika üzrə olimpiadalara hazırlıq işlərinin rəhbəri Ramin Mahmudzadə İnformatika fənninin tədrisi, fənnə münasibət və digər məsələlərlə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadəyə açıq məktub yazıb.

Xəbərlər-in verdiyi məlumata görə, həmin məktubda qeyd edilir ki, bu gün məktəb İnformatikasının inkişafına əsas maneə törədən amillərdən biri də ali məktəblərin qəbul imtahanlarına İnformatikadan sualların daxil edilməməsidir.

Bu məsələ ekspertlər tərəfindən birmənalı qarşılanmayıb. Belə ki,  İnformatika probleminin həllinin başqa qurumlardan asılı olduğu bildirilir.

Xeberler.az məsələ ilə  bağlı Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüzdən fikirlərini öyrənib.

Osman Gündüz İnformatikaya qarşı diqqətin cəlb edilməsi baxımından müraciəti müsbət dəyərləndirsə də  problemin həlli baxımından ünvanın düzgün seçilmədiyini qeyd edib.

“Məncə, burada nəsə anlaşımazlıq var. İndiki məqamda TQDK-ya müraciət etmək nə dərəcədə məntiqlidir ?. Axı hazırda Təhsil Nazirliyi İnformatika fənninin ləğvi xəttini götürüb. Artıq rəsmi əmrlə 50 məktəbdə İnformatika fənni ləğv edilib. Belə olan halda Məleykə xanıma İnformatikadan gələcəkdə imtahan salınmasını tələb etmək, fikrimcə, düzgün yanaşma olmazdı. Axı bu necə ola bilər ki, təhsilə cavabdeh qurum fənni ləğv etsin, təhsilə qiymət verən qurumdan isə imtahan tələb edilsin. Ramin müəllimə bütün hörmətlərimə, İnformatika üçün çalışmalarına baxmayaraq bu addımı məntiqli hesab etmirəm".

Osman Gündüz qeyd edib ki, Təhsil Nazirliyinin həmin məşhur ləğvetmə əmrindən öncə bəlkə də TQDK-ya  belə bir müraciət etmək düzgün addım kimi qiymətləndirilə bilərdi və ya Nazirliyin ləğvetmə əmrindən öncə adıçəkilən problemlə bağlı hər iki quruma birgə müraciət oluna bilərdi:

Forum rəhbəri xatırladıb ki,  Təhsil Nazirliyinin İnformatika fənninin ləğvetmə əmrindən öncə onun TQDK-ya bununla bağlı müraciətləri  olub.  Onun sözlərinə görə,  TQDK hələ o zaman orta məktəblərdə İnformatikanin tədrisinin keyfiyyətsiz olmasını əsas gətirərək İnformatikadan imtahan daxil edilməsini əsaslı saymırdı:

"Odur ki, indiki halda İnformatika probleminin həllinin, bununla bağlı müraciətin bir ünvanı var, o da Təhsil Nazirliyidir. Hansı ki bu qurum İnformatika ilə bağlı siyasətini dəyişməlidir, İnformatikanın tədrisini yaxşılaşdırmalıdır".

Osman Gündüz hesab edir ki,Təhsil Nazirliyinin bu addımlarından sonra   TQDK –nın İnformatika ilə bağlı gələcəkdə imtahan salınacağı mesajı da problemin həllinə kömək edə bilər.

Təhsil Nazirliyinin 2015-ci il 8 iyun tarixli 644 saylı əmri ilə 50 məktəbdə  İnformatika fənni ləğv edilib.

Diqqət çəkən məqam həm də ondan ibarətdir ki, adıçəkilən əmr Təhsil Nazirliyinin saytından yığışdırılıb.

Xatırladırıq ki, 2019-cu ildə Beynəlxalq İnformatika Olimpiadası Bakıda keçiriləcək.

 Ruhəngiz Muradova 

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Test imtahanlarına İnformatika da salınsın

16-01-2013

“İnformatikanın lazımsız olduğunu düşünənlər səhv yoldadırlar”

23-06-2015

Ekspert: "İnformatika yoxsa Kimya" problemi növbəti imtahanadək həll edilməlidir

19-01-2021

İnformatika fənni üzrə texniki tapşırıqlar müzakirə olunub

30-12-2015

“Mikayıl Cabbarovun rəyi bu məsələdə çox vacibdir”- Deputat

22-06-2015

İnformatika fənni niyə qəbul imtahanına salınmır?

17-10-2017

Təmayül məktəblərdə İnformatika tədris olunacaqmı?

04-08-2017

Müəllimlər arasında informatika fənni üzrə seçmə imtahan keçirilib

03-11-2022

DİN dərsləri yoxsa innovasiya və informatika?

01-05-2019

Qəbul imtahanı üçün informatikadan vəsait hazırlanacaq

16-11-2021

İnformatikanın məktəblərdə tədrisi müzakirə olunub

04-12-2015

Ekspert:İT yönümlü ixtisas seçənlər kimya əvəzinə informatikadan qəbul imtahanı verəcəklər

07-06-2022

İnformatikanın ləğvi ilə bağlı Təhsil nazirinin əmri saytdan nə üçün silinib?

05-08-2015

Təhsil nazirinin informatikanın ləğvi ilə bağlı qərarı gündəmdən düşmür

25-06-2015

Ekspert: İnformatika, yoxsa Kimya? məsələsi hələ də öz həllini tapa bilmir

14-04-2021

Hansı prioritetdir İnformatika yoxsa Kimya ?

09-08-2019

Beynəlxalq İnformatika Olimpiadasında növbəti uğurumuz!

18-08-2022

İnformatikadan ilk qəbul imtahanına hazırlıq necədir?

12-01-2022

İnformatikanın tədrisi nə üçün zəifdir?-Video

14-06-2016

İnformatika üzrə olimpiadalara hazırlıq qruplarına seçmə imtahanlar keçirilib

18-10-2024

İnformatika üzrə elmi-metodiki seminar kecirilib

23-12-2015

İnformatika fənninin qəhrəmanları Azərbaycana növbəti uğurlar qazandırıb

02-03-2022

Məktəblilərimizdən Avropa İnformatika Olimpiadasında növbəti uğurlu nəticə

07-10-2022

İnformatika fənninin ləğvinə münasibətiniz necədir? - SORĞU

25-06-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə